Azərbaycan Dövlət İnformasiya Agentliyi

Füzulidə Kurmanqazı Yaradıcılıq Mərkəzi uşaqların incəsənətə marağını artırır VİDEO

Füzuli, 21 yanvar, Aydın Yavərzadə, AZƏRTAC

2024-2025-ci tədris ilindən qapılarını müəllim və şagirdlərin üzünə açan Füzuli Şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində şagirdlər incəsənətin sirlərini öyrənirlər. Bu mərkəz işğaldan azad edilən ərazilərdə incəsənət təhsilinin başladığı ilk tədris ocağı kimi xüsusi əhəmiyyət daşıyır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, keçmiş məcburi köçkünlərin Füzuliyə qayıdışı ilə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində təhsil alan şagirdlərin də sayı artır. Mərkəz ilk olaraq 25 şagird və 5 müəllimlə fəaliyyətə başlamışdısa, hazırda şagirdlərin sayı 100-ə yaxındır, müəllimlərin sayı isə 10 nəfərdir. Mərkəzdə 8 ixtisas üzrə tədris həyata keçirilir. Qazaxıstan Respublikası tərəfindən hədiyyə olaraq inşa edilən Kurmanqazı Yaradıcılıq Mərkəzində uşaqlar üçün bütün şərait yaradılıb.

Qarabağ Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Elşad Cəfərov bildirir ki, mərkəzə hədiyyə edilən bir ədəd avtobus uşaqların rahat gediş-gəlişini təmin edir. Onun sözlərinə görə, mərkəz artıq iki ilə yaxındır fəaliyyət göstərir və burada çalışmaq kollektiv üçün qürurvericidir. “Bu torpaqlar uğrunda canlarından keçən qəhrəmanlarımızın sayəsində Qarabağımız azaddır. Biz də çalışırıq ki, bu müqəddəs torpaqlarda əlimizdən gələni edək və uşaqların gələcəyi üçün faydalı olaq. Məqsədimiz Qarabağı təkcə Azərbaycanda deyil, dünyada da təmsil etməkdir. Mərkəzdə uşaqlar incəsənətin bir çox sirlərinə yiyələnib və öz əl işlərini Qarabağdan kənarda da nümayiş etdirirlər. Hətta dağıntılardan qalan bir daşın üzərində şagirdlər tərəfindən “Dəmir yumruq”, “Xarıbülbül” və Azərbaycan Bayrağı təsvir olunub. Hazırda mərkəzdə fortepiano, tar, qarmon, xanəndəlik, rəqs, rəssamlıq, gimnastika və xor ixtisasları üzrə 100-ə yaxın uşaq təhsil alır. Burada 10 müəllim çalışır, onlardan beşi Füzuli şəhər sakinidir. Digər müəllimlər ətraf rayonlardan gəlsələr də, bu mərkəzdə çalışmaq onlar üçün də qürur mənbəyidir. Təhsil tam ödənişsizdir. İlk vaxtlar müəllimlər könüllü olaraq dərs keçsələr də, hazırda mərkəzin rəsmi işçiləri kimi əməkhaqqı alırlar. Son ilyarım ərzində şagirdlərin ərsəyə gətirdiyi əl işləri mərkəzdə sərgilənir ki, bu da böyük uğur kimi dəyərləndirilir".

Məktəbin xor müəllimi, Füzuli şəhər sakini Elcan Əsgərov doğma yurda qayıdan müəllimlərdəndir. O bildirir ki, Füzulidə belə bir mərkəzin fəaliyyəti incəsənətin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. “Şagirdlərdə incəsənətə maraq yüksəkdir. Onlar burada həm sənət öyrənir, həm də asudə vaxtlarını səmərəli keçirirlər. Bir çox dərnəklər fəaliyyət göstərir ki, bu da uşaqlar üçün çox faydalıdır. Mən məcburi köçkün olduğumda burada təhsil alan şagirdlər yaşda idim, Füzuliyə müəllim kimi qayıtmışam və burada çalışmaq mənim üçün böyük qürurdur. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Onların bizə əmanət etdiyi bu torpaqlarda üzərimizə düşən vəzifəni sevgi ilə yerinə yetiririk”.

Mərkəzin şagirdlərindən olan 11 yaşlı Füzuli sakini Xədicə Zülfüqarlı artıq bir ildən çoxdur ki, Kurmanqazı Yaradıcılıq Mərkəzində təhsil alır. O deyir ki, burada onlar üçün hər cür şərait yaradılıb. “Bir çox rəqs nömrələri öyrənmişəm, paralel olaraq xor dərslərinə də qatılıram. Müəllimlərimizə təşəkkür edirəm, bizə çox gözəl dərs keçirlər. Kollektiv olaraq müxtəlif tədbirlərdə iştirak edirik və çıxışlarımız alqışlarla qarşılanır”.

Fatimə Yaqubova isə iki ilə yaxındır ki, rəsm dərnəyində sənətin sirlərini öyrənir. Onun sözlərinə görə, mərkəzdə rəsm sənətini öyrənmək üçün hər cür imkan var.

“Artıq rəsmləri sərbəst şəkildə çəkə bilirəm. Burada qazandığım biliklər sayəsində Şuşa qalası, “Dəmir yumruq” və azad Qarabağımıza aid bir çox rəsmlər çəkmişəm. Bu mövzuda işləmək mənim üçün qürurdur”,-deyən Fatimə Quliyeva qısa müddətdə böyük irəliləyiş əldə etdiyini bildirib. “Təxminən üç aydır ki, burada təhsil alıram. İlk gəldiyim vaxt demək olar ki, rəsm çəkə bilmirdim. İndi isə bir çox əl işlərim var, hətta onlardan biri sərgidə nümayiş olunub. Bu, mənim üçün fəxrdir. Mərkəzdə çox gözəl ab-hava var, müəllimlərimiz bizə sevgi ilə dərs keçirlər”.

Qeyd edək ki, dərslər həftədə 6 gün olmaqla kollektiv və fərdi şəkildə tədris olunur. Həmçinin uşaqların mərkəzə gediş-gəlişinin rahat təmin edilməsi üçün xüsusi avtobus da fəaliyyət göstərir. Mərkəzdə dərslər 14:00-da başlayır ki, bu da şagirdlərin məktəbdən sonrakı asudə vaxtlarının səmərəli keçməsinə imkan yaradır.

Füzulidə Kurmanqazı Yaradıcılıq Mərkəzi uşaqların incəsənətə marağını artırır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib