İQTİSADİYYAT
3OO MİLYON AVRO SƏRMAYƏ QOYULACAQDIR
Almaniya-Azərbaycan biragə müəssisəsi olan "EUPEC/Azpetrol" şirkəti ölkəmizin neft-qaz layihələrinin gerçəkləşdirilməsinə 300 milyon avro dəyərində sərmayə qoyacaqdır.
Şirkətdən müxbirimizə məlumat vermişlər ki, bu vəsait neft-qaz kəmərlərinin korroziyadan qorunmasının təmin edilməsinə yönəldiləcəkdir. Hazırda şirkətin istehsalat sahəsində 200 min tondan çox boru var. Yaxın üç ildə "Azəri" yatağının şərq-qərb bölümlərinin işlənməsini nəzərdə tutan "Faza-2" layihəsi, həmçinin "Şahdəniz" layihəsi üzrə borulara korroziyaya qarşı örtük çəkilməsi gerçəkləşdiriləcəkdir.