Azərbaycan Dövlət İnformasiya Agentliyi

Akademik Zərifə Əliyeva oftalmologiya sahəsində müstəsna xidmətləri ilə yadda qalıb - Beynəlxalq konfrans VİDEO

Bakı, 28 aprel, AZƏRTAC

Aprelin 28-də Səhiyyə Nazirliyi, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə akademik Zərifə Əliyevanın anadan olmasının 103 illiyinə və mərkəzin 80 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib.

Tədbir iştirakçıları Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müdrik rəhbər, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyublar. Akademik Zərifə Əliyevanın əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub və tər çiçəklər düzülüb.

Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə səhiyyə naziri Teymur Musayev, Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyev, Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsinin onkoloq-cərrahı, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru professor Əziz Əliyev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, yerli mütəxəssislər, o cümlədən Rusiya, Türkiyə, İtaliya, Özbəkistan və digər ölkələrdən gələn tanınmış oftalmoloqlar iştirak ediblər.

Konfransın açılışında çıxış edən səhiyyə naziri Teymur Musayevin sözlərinə görə, akademik Zərifə Əliyevanın çoxistiqamətli elmi yaradıcılığı 12 monoqrafiyada, 160-dan çox elmi işdə öz əksini tapıb. Bununla yanaşı, böyük alim 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Akademikin uğurlu elmi fəaliyyətinin əsas mahiyyəti yalnız göz xəstəliklərinin müxtəlif bölmələrini əhatə edən elmi işlərdən deyil, problemin həllinə xüsusi yanaşma bacarığının olmasından ibarətdir. Akademik Zərifə Əliyevanın elmi fəaliyyəti yalnız ölkəmizdə deyil, beynəlxalq miqyasda da yüksək qiymətləndirilib.

Hazırda Azərbaycan səhiyyəsinin Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində inkişaf etdiyini bildirən T.Musayev fikirlərinə belə davam edib: "Bu tərəqqi yolunda ən qabaqcıl mövqe tutan elmi-tibbi müəssisələrdən biri Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzidir. Keçmişin zəngin elmi irsi və qazanılmış təcrübə mərkəzin müasir inkişaf mərhələsinə zəmin yaradıb. Tarixi nailiyyətlər üzərində formalaşan möhkəm təməlləri olan mərkəz müasir dövrdə yeni inkişaf mərhələsinə keçib. Milli Oftalmologiya Mərkəzinin fəaliyyəti sübut edir ki, müasir səhiyyə yalnız texnologiya və biliklə deyil, həm də insanlara yaxın olmaq, onların ehtiyaclarını hiss etmək və vaxtında dəstək göstərmək bacarığı ilə ölçülür. Zərifə xanım Əliyevanın adını daşıyan bu müqəddəs ocaq, əslində, təkcə bir tibb müəssisəsi deyil, bir missiyadır. Bu missiya insanlara işıq bəxş etmək və sağlam gələcəyin təmin olunmasına xidmət etməkdir".

Sonra akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi haqqında videoçarx nümayiş etdirilib.

Daha sonra çıxış edən mərkəzin direktoru, professor Elmar Qasımov qeyd edib ki, akademik Zərifə Əliyevanın elmi əsərləri müasir həkimlərin masaüstü kitabı kimi istifadə olunur və bir çox xarici dillərə tərcümə edilib.

Mərkəzin fəaliyyətindən bəhs edən Elmar Qasımov 23 şöbədən ibarət tibb ocağında dövlət tərəfindən lazım olan bütün tədbirlərin görüldüyünü və hər il avadanlığın yeniləndiyini deyib: “Mərkəzdə peşəkar və yüksəkpotensiallı tibb heyəti var. Milli Oftalmologiya Mərkəzinin Gəncə, Şəki və Masallı filialları fəaliyyətdədir. Artıq xəstələr Bakıya gəlmədən yaşadıqları yerlərdə müalicə ala bilirlər. Orada çalışan tibb heyəti məhz mərkəzin təcrübəsindən keçib. Mərkəzin nəzdində iki səyyar klinika var: avtomobil və dəmiryolu səyyar klinikası. Böyük qürur hissi ilə qeyd etmək istərdim ki, bizim dəmiryolu səyyar klinikası Vətən müharibəsi zamanı bir ay ərzində sərhəddə dayanıb və bütün xəstələrə lazımi müalicəni göstərib. Milli Oftalmologiya Mərkəzi həm tibb, həm elm, həm də təhsil ocağıdır”.

Elmar Qasımov qeyd edib ki, bugünkü tədbir oftalmologiya sahəsində yeni elmi yanaşmaların formalaşmasına və innovativ müalicə metodlarının tətbiqinə töhfə verir: “Bu cür beynəlxalq əməkdaşlıq həm klinik təcrübənin zənginləşdirilməsi, həm də yeni texnologiyaların ölkəmizdə tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir”.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli isə çıxışında bildirib ki, akademik Zərifə Əliyevanın elmi fəaliyyəti Azərbaycan tibb elminin beynəlxalq nüfuzunun artmasına böyük töhfə verib və bu irs gələcək nəsillər üçün mühüm elmi məktəb rolunu oynayır.

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxışında səhiyyə sahəsində aparılan islahatların və beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Türk Cümhuriyyətləri Oftalmologiya Dərnəyinin sədri professor Öner Gelişken akademik Zərifə Əliyevanın elmi məhsuldarlığı ilə yanaşı, insanyönümlü yanaşmasının, etik dəyərlərin bu gün də həkimlər üçün nümunə olduğunu diqqətə çatdırıb.

Konfrans çərçivəsində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Göz Bankının rəsmi açılışı da olub.

Beynəlxalq konfransda oftalmologiyanın aktual məsələləri geniş şəkildə müzakirə edilib. Tədbir çərçivəsində Milli Göz Bankının Azərbaycanda keratoplastika xidmətlərinin inkişafındakı rolu, donor mərhələsindən buynuz qişanın transplantasiyasına qədər olan proses, donorolma motivasiyası, həmçinin müxtəlif keratoplastika üsulları və onların uzunmüddətli nəticələri diqqət mərkəzində olub. Eyni zamanda, dərin ön lamellyar keratoplastikadan sonra göz yaşı təbəqəsində iltihabi və antiiltihabi sitokinlərin qiymətləndirilməsi, eləcə də endotelial keratoplastika zamanı optimal nəticələrin biomarkerləri kimi elmi mövzular da təqdim edilib.

Konfrans çərçivəsində aparılan müzakirələr həm nəzəri biliklərin, həm də praktiki təcrübənin paylaşılmasına şərait yaradır və aparılan elmi diskussiyalar oftalmologiya sahəsində yeni yanaşmaların formalaşmasına töhfə verəcək.

Müxbir - Göyçək Mahmudlu
Fotoqraf - Tofiq Babayev
Videooperator - Ceyhun Mustafayev
Akademik Zərifə Əliyeva oftalmologiya sahəsində müstəsna xidmətləri ilə yadda qalıb - Beynəlxalq konfrans VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb