Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO
Bakı, 11 iyun, AZƏRTAC
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb.
AZƏRTAC xəbər verir ki, bu gün 17 vaqondan ibarət 984 ton dizel yanacağı Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində göndərilib.
Qeyd edək ki, indiyə qədər Azərbaycandan Ermənistana 12 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.
Müxbir-Vüqar Qurbanoğlu
Fotoqraf-Nicat Haşımov
Operator-Vüsal Taqiyev