Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO
Ucar, 15 avqust, AZƏRTAC
Ucar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Ələt-Qazax avtomobil yolunun rayonun Alpı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə hərəkətdə olan minik avtomobili yol kənarında dayanan digər minik avtomobilinə çırpılıb. Toqquşma nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Müxbir - Rəşad Türkoğlu