Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb VİDEO
Masallı, 1 oktyabr, AZƏRTAC
Masallı rayonunun Mollaoba kəndində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, rayon sakini Eminağa Həşimov idarə etdiyi "VAZ-2101" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yol kənarındakı həyətin darvazasına çırpılıb.
Qəza nəticəsində sürücü Eminağa Həşimov və avtomobildəki sərnişin Elvin İbrahimov həlak olublar.
Faktla bağlı araşdırma aparılır.
Müxbir- İlkin Adıyev