Azərbaycan Dövlət İnformasiya Agentliyi

“44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində tələbələrlə növbəti görüş keçirilib

Bakı, 6 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və “Böyük Qayıdış” Gənclər İctimai Təşkilatının birgə təşkilatçılığı ilə “44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində tələbələrlə növbəti görüş keçirilib. Azərbaycan Tibb Universitetində (ATU) təşkil olunmuş görüşdə Dövlət Himni səsləndirildikdən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev xalqımızın böyük qürur və sevinc hissi ilə şanlı Qələbəmizin ildönümünü qeyd etməyə hazırlaşdığını deyib: “Ötən ilin 27 sentyabrında başlayan və 10 noyabrda düşmənin təslim olması ilə başa çatan müharibəni çox haqlı olaraq Vətən müharibəsi adlandırırıq. Ümumiyyətlə, qəhrəman hərbçilərimizin 44 günlük yürüşünü bütün gözəl epitetlərlə bəzəsək, yenə də o fədakarlığın tam mənzərəsini ifadə edə bilməyəcəyik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yenilməz Azərbaycan Ordusu təkcə tarix yazmadı, həm də yeni coğrafiya yaratdı. Çünki bizim 90-cı illərdə düşmənin hərbi təcavüzü nəticəsində itirdiyimiz doğma torpaqlarımız dövlətimizin igid övladları tərəfindən qısa bir müddətdə geri alındı”.

Professor S.Əliyev Vətən müharibəsi dövründə istər ön, istərsə də arxa cəbhədə öz sözünü deyən Azərbaycan gəncliyinin hər şeyə qadir olduğunu vurğulayıb. Onun bildirdiyinə görə, insanlarda milli ruhun yüksəldilməsi və maarifləndirmə işlərinin aparılmasında, eləcə də informasiya müharibəsi və sosial şəbəkələr vasitəsilə ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında gənclər təşkilatları böyük rol oynayıb.

Daha sonra Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov və “Böyük Qayıdış” Gənclər Təşkilatının idarə heyətinin üzvü, bir çox hərbi əməliyyatların və Aprel döyüşlərinin iştirakçısı, Qarabağ qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyev Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli və yenilməz Ordumuzun 30 illik Vətən həsrətinə son qoymasından və xalqımızı tarixi yurd yerlərinə qovuşdurmasından fəxrlə danışıblar. Çıxışçılar Vətən müharibəsinin birinci ildönümünü yaşadığımız bu günlərdə belə silsilə tədbirlərin keçirilməsinin böyük önəm daşıdığına diqqəti çəkərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bizlərə tariximizin şanlı səhifəsi olan böyük Zəfəri yaşatmış Vətən müharibəsi qəhrəmanlarının tanıdılması və gənc nəslin onlardan nümunə götürməsinin vacibliyini xüsusi vurğulayıblar.

Sonra toplantı iştirakçıları “Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktorunun müşaviri Elşən Qəhrəmanovun təqdimatında https://shehidimiz.az saytı və “Azərbaycan Gəncliyi Vətən Müharibəsində” jurnalının PDF versiyası ilə tanış olublar.

Tələbələr və gənclər arasında qəhrəman hərbçilərimizin, qazilərimizin tanıdılması məqsədilə həyata keçirilən görüşdə dövlətçilik tariximizə qızıl hərflərlə yazılmış Vətən müharibəsindəki Zəfəri və xalqımızın sevincini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə qonaq olan Vətən müharibəsi qaziləri Hüseyn Mirzəyev, Elvin Mamedov və Elnur Əkbərov müharibənin insanlara gətirdiyi fəlakətlərdən bəhs edərək, acılı-şirinli xatirələrini bölüşüblər. Onlar Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatının dünya hərb tarixinə düşməsi ilə fəxr etdiklərini bildiriblər. Qazilər çıxışlarında bu günümüzün gənc nəslinin vətənpərvər yetişməsində mənsub olduqları xalqın, tərbiyə aldıqları valideyn və müəllimlərinin rolunu xüsusi qeyd edərək, bu kontekstdə Azərbaycan Tibb Universitetinin kollektivinə öz minnətdarlıqlarını çatdırıblar.

Çıxışlardan sonra qazilər tələbələrin suallarını cavablandırıblar. Diskussiya şəklində davam edən görüşdə cəsur qəhrəmanlarımız bir daha bildiriblər ki, əldə olunan böyük uğurların ən başlıca səbəbi xalqın və xüsusilə də gənclərin dəmir yumruq kimi Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsidir.

Tələbələr adından çıxış edən ATU-nun ictimai səhiyyə fakültəsinin II kurs tələbəsi Ləman Əhmədova igid döyüşçülərimizə təşəkkür edib. O, Vətən müharibəsi zamanı şanlı Ordumuz tərəfindən nümayiş etdirilən vətənpərvərlik və birlik nümunəsini, qazilərimizin qəhrəmanlıqlarını digər tələbələrə də çatdıracaqlarına söz verib.

Sonda görüşə gəlmiş qazilərə rəhbərlik adından xüsusi hədiyyələr təqdim olunub və tədbir iştirakçıları qazilərlə birgə xatirə şəkli çəkdiriblər.

Məlumat üçün bildirək ki, bu layihə çərçivəsində paytaxt və regionlarda geniş tələbə auditoriyasına malik olan ali təhsil müəssisələrinin tələbələri ilə Vətən müharibəsində böyük hünər və şücaət göstərmiş qazilərimizin görüşləri mütəmadi olaraq davam etməkdədir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO