Dünya çempionatının sonuncu günündə Azərbaycan güləşçisi gümüş medal qazanıb VİDEO
Bakı, 11 avqust (AZƏRTAC). Avqustun 10-da Xorvatiyanın paytaxtı Zaqrebdə gənclər arasında güləş üzrə dünya çempionatı başa çatıb.
AZƏRTAC xəbər verir ki, çempionatın sonuncu günündə 55, 66, 84 və 120 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparıblar. Güləşçilərimiz günü 1 gümüş medalla başa vurub.
Mundialda 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan pəhləvanı Mircəlal Həsənzadə finaladək inamla irəliləyib. Ardıcıl olaraq Qazaxıstan və Yaponiya güləşçilərini təmiz qələbə, Gürcüstan idmançısını böyük hesabla üstələyən təmsilçimiz, yarımfinalda ABŞ idmançısı ilə gərgin keçən görüşü də qələbə ilə başa vurub.
Finalda Mircəlal Həsənzadə Rusiya idmançısına minimal xal fərqi ilə uduzaraq dünya çempionatının gümüş medalı ilə kifayətlənib.
Sərbəst güləş yarışlarının ilk günündə güləşçilərimiz Məhəmmədhacı Muxutov (74 kq) gümüş və Vurğun Əliyev (60 kq) isə bürünc medal qazanıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:52]
Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 10.10.2026 [14:44]
Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub
- 10.10.2026 [14:23]
III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub
- 10.10.2026 [13:21]
Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur
- 10.10.2026 [11:39]
Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 10.10.2026 [10:57]
Nazir: Azərbaycan idmana böyük maraq göstərir
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [20:29]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [20:16]