İQTİSADİYYAT


Abşeron Milli Parkına müntəzəm avtobus marşrutu xətti açılır

Abşeron Milli Parkına müntəzəm avtobus marşrutu xətti açılır

Bakı, 20 mart, AZƏRTAC

Martın 23-dən “Koroğlu” metro stansiyası - Abşeron Milli Parkı və əks istiqamətdə yeni müntəzəm marşrut xətti fəaliyyətə başlayır.

AZƏRTAC xəbər verir ki, daşınma xidməti "Zirə bələdiyyəsi nəqliyyat xidməti" MMC tərəfindən həyata keçiriləcək.

Avtobus marşrutu martın 23-dən martın 26-dək, Novruz tətili günlərində fəaliyyət göstərəcək, sonrakı dövrdə daşınma xidməti, yalnız həftənin şənbə və bazar günlərini əhatə edəcək.

Bir istiqamətdə uzunluğu 68 kilometr təşkil edən, xəttə buraxılacaq 22 yerlik avtobus səhər saat 10:30-da Koroğlu metrosundan yola düşəcək, saat 16:30-da Abşeron Milli Parkından geri qayıdacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.