Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropa İttifaqı tərəfdaş ölkələrə 15,6 milyard avrodan çox maliyyə vəsaiti ayırmağı nəzərdə tutur

Avropa İttifaqı tərəfdaş ölkələrə 15,6 milyard avrodan çox maliyyə vəsaiti ayırmağı nəzərdə tutur

Bakı, 9 aprel, AZƏRTAC

Bu gün Avropa Komissiyası və Avropa İttifaqının (Aİ) Ali Nümayəndəsi ittifaqın tərəfdaş ölkələrinin koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə dəqiq və məqsədyönlü tədbirlər planının işlənib hazırlanacağına dair məlumat açıqlayıb. Bildirilib ki, Aİ-nin kollektiv fəaliyyəti dərhal diqqət tələb edən səhiyyə sahəsi ilə bağlı böhrana və onunla əlaqədar humanitar ehtiyacların aradan qaldırılmasına, tərəfdaş ölkələrin səhiyyə, su və kanalizasiya sistemlərinin, eləcə də pandemiyaya qarşı mübarizə üzrə tədqiqat və hazırlıq potensialının artırılmasına və sosial-iqtisadi təsirlərin azaldılmasına yönəldiləcək.

Qurumun ölkəmizdəki nümayəndəliyindən AZƏRTAC-a verilən məlumata görə, açıqlamada qeyd olunub ki, həmin fəaliyyətləri dəstəkləmək üçün Aİ tərəfdaş ölkələrə mövcud xarici fəaliyyət resurslarından 15,6 milyard avrodan çox maliyyə vəsaiti ayırmağı nəzərdə tutur. Tərəfdaşlar ilə birgə koronavirus pandemiyasının təsirlərinin azaldılması ilə bağlı həmin ölkələrə kömək məqsədilə Aİ tərəfindən ayrılmış əsaslı maliyyə vəsaitlərinin düzgün istiqamətdə sərf olunmasına nəzarət edilir.

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen məsələyə bu cür münasibət bildirib: “Bu virus sərhəd tanımır. Həmin qlobal problemin həlli üçün güclü beynəlxalq əməkdaşlıq tələb olunur. Avropa İttifaqı pandemiya ilə mübarizə istiqamətində yorulmadan çalışır. Hamımız bilirik ki, koronavirusun dünyaya yayılmasının qarşısını birlikdə ala bilərik. Bu məqsədlə Aİ lazımi maliyyə vəsaitlərinin səfərbər edilməsində və inkişaf etməyən ölkələrə yardım işində Ümumdünya Səhiyyə Təşkilatına dəstək məqsədilə yaxın vaxtlarda vəsaitlərin toplanmasına dair virtual tədbir keçirəcək”.

Aİ-nin Ali Nümayəndəsi və vitse-prezidenti Cozep Borrell isə deyib: “Koronavirus pandemiyası ilə bağlı vahid, qlobal tədbirlərin görülməsi tələb olunur. Avropa İttifaqı və ona üzv dövlətlər həm ittifaqın daxilində, həm də xaricində həmin səhiyyə böhranının və onun fəsadlarının aradan qaldırılmasında yaxından iştirak edirlər. Vətəndaşlarımıza dəstək vermək üçün əlimizdən gələni edirik. Qonşuluğumuzda və onun hüdudlarından kənarda olan tərəfdaşlarımızın gəlir mənbələrinə, sabitliyinə və təhlükəsizliyinə təsirləri nəzərə alaraq tərəfdaşlarımıza yardım etməliyik. Çünki onların problemləri bizim problemlərimizdir. Bu, birlikdə qalib gələcəyimiz və ya məğlub olacağımız qlobal mübarizədir. Gələcəkdə icra olunacaq əsl qlobal proqramın formalaşdırılması baxımından beynəlxalq səviyyədə əməkdaşlıq və birgə səylərimiz, eləcə də çoxtərəfli çıxış yolları kimi qarşıda duran vəzifələrin öhdəsindən gəlməliyik”.

Aİ-nin tədbirlər planı “Team Europe” yanaşmasına əsaslanır və məqsədi bu pandemiya ilə mübarizədə ittifaqın tərəfdaşlarına cəld və məqsədyönlü dəstək təmin etməklə insan həyatının xilasına yönəlib. Bu yanaşmada tərəfdaş ölkələrə dəstək olmaq və onların qısamüddətli ehtiyaclarını ödəmək, habelə pandemiyanın cəmiyyətlərə və iqtisadiyyatlara uzunmüddətli təsirini aradan qaldırmaq üçün Aİ, ona üzv dövlətlər və maliyyə qurumlarının, xüsusən Avropa İnvestisiya Bankının və Avropa Yenidənqurma və İnkişaf Bankının resursları bir yerə toplanıb. İlk “Team Europe” paketləri Qərbi Balkan dövlətləri, şərqdə və cənubda təcili diqqət tələb edən qonşu ölkələrdə icra olunmaqdadır.

Qlobal qurum kimi və beynəlxalq yardım sisteminin əsas iştirakçısı olaraq Aİ əsasən Birləşmiş Millətlər Təşkilatı, beynəlxalq maliyyə qurumları, eləcə də G7 və G20 ilə tərəfdaşlıq çərçivəsində əlaqələndirilmiş çoxtərəfli cavab tədbirlərinin təbliğ edilməsinə çalışacaq.

Avropa İttifaqı pandemiya ilə əlaqədar tədbirlərini dəyişən vəziyyətə uyğunlaşdırmağa və diqqətini Afrika, qonşuluq regionu, Qərbi Balkan dövlətləri, Orta Şərq və Şimali Afrika, Asiyanın bir hissəsi və Sakit okeanı hövzəsi, Latın Amerikası və Karib dənizi hövzəsində yerləşən ölkələr kimi səhiyyə sistemlərində köməyin tələb olunduğu daha çox zərər çəkmiş ölkələrə yönəltməyə davam edəcək. Aİ-nin cavab tədbirləri miqrantlar, qaçqınlar, məcburi köçkünlər və onları qəbul edən icmalar daxil olmaqla əhalinin ən aztəminatlı təbəqələrinə yönəldiləcək və “Yaşıl təşəbbüs”, o cümlədən rəqəmsallaşdırma proqramında göstərilən strateji hədəflərini inteqrasiya edəcək.

15,6 milyard avro təşkil edən ümumi paketin 3,25 milyard avrodan ibarət hissəsi Afrika ölkələrinə, 1,19 milyard avro təşkil edən hissəsi isə Şimali Afrika qonşuluq ölkələrinə yönəldiləcək.

Aİ bütöv qonşuluq regionu üçün cəmi 3,07 milyard avro ayırır və bunun 2,1 milyard avro həcmində hissəsi cənub, 962 milyon avro hissəsi şərqi tərəfdaş ölkələri, 800 milyon avrodan çox hissəsi isə Qərbi Balkan dövlətləri və Türkiyə üçün nəzərdə tutulub.

Ümumi paketə Avropa Dayanıqlı İnkişaf Fondunun Afrika və qonşuluq regionu üçün nəzərdə tutulmuş 1,42 milyard avro həcmində zəmanətləri də daxildir.

Aİ Asiya və Sakit okeanı hövzəsi ölkələrinə 1,22 milyard avro maliyyə dəstəyi təmin edəcək. Afrika, Karib dənizi hövzəsi və Sakit okeanı regionu üçün 291 milyon avro, Latın Amerikası və Karib dənizi hövzəsində yerləşən ölkələrə 918 milyon avro, xarici ölkələr və ərazilərə isə 111 milyon avro həcmində maliyyə yardımı ayrılıb.

Fövqəladə hallarla bağlı cavab tədbirləri üzrə fəaliyyətlərə ayrılmış 502 milyon avro əsasən aşağıdakı sahələrə yönəldiləcək:

- Zəif səhiyyə sistemlərinə malik və humanitar böhrandan əziyyət çəkən ölkələrdə fövqəladə hallar zamanı fəsadların aradan qaldırılmasına hazırlığın və cavab tədbirlərinin artırılması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının və Birləşmiş Millətlər Təşkilatının cavab tədbirlərinə, o cümlədən Beynəlxalq Qızıl Xaç Cəmiyyəti və Qızıl Aypara Hərəkatının müraciətlərinə əsasən təcili dəstəyin təmin edilməsi;

- Pandemiyadan zərər çəkmiş ölkələrə xüsusilə səhiyyə, su, kanalizasiya, gigiyena və logistika kimi sahələrdə humanitar yardımın təmin edilməsi;

- Avropada və tərəfdaş ölkələrdə fərdi qoruyucu vasitələr və tibbi cihazlarla bağlı təcili ehtiyacı ödəmək üçün istehsalın artırılmasına dəstək;

- Aİ-nin Mülki Müdafiə proqramı vasitəsilə zərər çəkmiş ölkələrə yardımların təşkili;

- Avropa Dayanıqlı İnkişaf Fondunun dəstəyi ilə beynəlxalq maliyyə qurumları və Avropa inkişaf və maliyyə qurumları vasitəsilə yerli banklara zəmanət və likvidliyin təmin olunması;

- Əsasən əsas tibbi ləvazimatlar və dərman vasitələrinin ixracı ilə bağlı məhdudiyyətlər ilə mübarizə və tədarük zəncirlərinin toxunulmamasına yönəlmiş qlobal səylərin dəstəklənməsi;

- Qərbi Balkan dövlətlərinin Aİ-nin tibbi avadanlıqlar üzrə birgə satınalma sazişi və Avropa yoluxucu xəstəliklər barədə çevik məlumatlandırma sistemi kimi təşəbbüslərinə qoşulması. Qoşulmağa dair danışıqlar mərhələsində olan ölkələr Aİ-nin Həmrəylik Fonduna ərizə ilə müraciət edə bilərlər.

Tədqiqat, səhiyyə və su sistemlərinə dəstək üçün 2,8 milyard avro ayrılıb və aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

- Dayanıqlı və çevik səhiyyə və sosial müdafiə sistemlərinin yaradılmasında tərəfdaş ölkələrə dəstək;

- Xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə əsas qoruyucu tədbirlər və gigiyenik tövsiyələr barədə ictimaiyyətin məlumatlandırılması və maarifləndirmə səylərinə dəstək;

- Aİ-nin QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə qlobal fondu, Peyvənd və immunlaşdırma üzrə qlobal alyansı (GAVI) və Qlobal maliyyə proqramı kimi sağlamlığa dair qlobal təşəbbüslərdən müəyyən miqdarda maliyyə vəsaitlərinin təmin olunması və həmin vəsaitlərin (səhiyyə ilə bağlı mühüm proqramların icrasının davam etdirilməsi şərti ilə) koronavirusa qarşı mübarizə məqsədilə istifadə edilməsi;

- Diaqnostika, müalicə və profilaktika ilə bağlı gələcək tədqiqatlara, eləcə də peyvənd mövcud olduğu halda, peyvəndlərin cəld təsdiqlənməsi və subsidiyalaşdırılması və zərər çəkmiş ölkələrə çatdırılmasına dəstək;

- Afrika, Latın Amerikası və Karib dənizi, Asiya və Sakit Okeanı hövzəsi ölkələrində mütəxəssis hazırlığı, epidemioloji nəzarət və regional səhiyyə təşkilatlarının gücləndirilməsinə dəstək;

- Qərbi Balkan dövlətlərindən olan namizəd ölkələrin Aİ-nin səhiyyə və təhlükəsizlik komitəsinə daxil edilməsi və potensial namizədlərin əlaqələndirilməsi ilə bağlı ən əlverişli yolların əks olunması;

- Miqrantlar, məcburi köçkünlər və onları qəbul edən icmaların səhiyyə sistemlərinə eyni dərəcədə çıxış imkanına dəstək.

İqtisadi və sosial fəsadların aradan qaldırılmasına 12,28 milyard avro ayrılıb və aşağıdakı tədbirlərin həyata keçirilməsi planlaşdırılır:

- Sosial-iqtisadi inkişaf və yoxsulluğun azaldılması üçün islahatların və böhran zamanı işçilərin qorunması tədbirlərinin həyata keçirilməsində tərəfdaş ölkələrin büdcəsinə birbaşa maliyyə yardımı və güzəştli maliyyələşdirmənin təmin edilməsi;

- Beynəlxalq Valyuta Fondunun dəstəyi ilə Qərbi Balkan və qonşu ölkələr üçün makromaliyyə yardımlarının səfərbər edilməsi;

- Zəmanətlər, likvidliyin təmin olunması və texniki yardımlar və kreditlər üzrə qısamüddətli risklərin bölüşdürülməsinə yönəlmiş Avropa Dayanıqlı İnkişaf Fondunun hədəfli zəmanətləri vasitəsilə özəl sektora, xüsusən kiçik və orta sahibkarlıq müəssisələrinə və özünüməşğul şəxslərə dəstək;

- Avropa İnvestisiya Bankından xüsusən səhiyyə avadanlıqları və ləvazimatların təchizatı üçün dövlət sektoru kreditlərinin verilməsi;

- Strateji sektorlarda güclü və dayanıqlı dəyər zəncirlərinin qurulması və əmək hüquqları və korporativ sosial məsuliyyətin təmin edilməsi üçün beynəlxalq təşkilatlar və Avropa şirkətləri ilə əməkdaşlıq;

- Pandemiyadan zərər çəkmiş ölkələrdə Beynəlxalq Valyuta Fondu tərəfindən nəzərdən keçirilən borclardan azadolma formalarının təşviqi.

Daha ətraflı məlumat üçün link

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ronaldu mövsümün sonunda karyerasını başa vuracağını açıqlayıb

“Tvente”nin kapitanı: Bizi pley-ffda “Qarabağ”la iki əla oyun gözləyir

Meşə yanğını ilə əlaqədar Almaniyanın Monşau şəhərində əhalinin təxliyəsinə başlanılıb

Tramp Koreya Respublikası ilə birgə hərbi təlimlərin miqyasının azaldılması barədə tapşırıq verib

İndiana ştatında fırtına və daşqınlar nəticəsində 7 nəfər ölüb

Ölkənin bir sıra rayonlarında elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

Fransa Superkubokunun qalibi bəlli olub

General-mayor Abbasəli Novruzovun dəfn mərasimi Hərbi Memorial Məzarlıqda keçiriləcək

Macarıstanda Böyük Hun-Türk Qurultayı keçirilib

Sentyabrda Böyük Britaniyada növbəti isti hava dalğası proqnozlaşdırılır

Azərbaycan Premyer Liqası: “Zirə” ilk turda “Şəfa”nı məğlub edib

İmişlidə şin partlayıb, usta xəsarət alıb

Azərbaycan güləşçisi dünya çempionatının finalına yüksəlib

Kuşner Trampın sülh planını müzakirə etmək üçün Qahirədədir

"Neftçi" yeni mövsümə inamlı qələbə ilə start verib

Azərbaycan badmintonçuları Bakıda keçirilən beynəlxalq turniri 4 medalla başa vurublar

Almaniyada meşə yanğınları baş verən bəzi bölgələrdə vəziyyət sabitləşir

Bədii gimnastika üzrə dünya çempionatının bayrağı Azərbaycana təqdim olunub

Bu saata olan əsas xəbərlər

"Sabah" və "Qarabağ"ın oyunları avrokuboklara görə təxirə salınıb

Rumıniyanın Maramureş regionu ilə Xankəndi, Ağdərə və Xocalı rayonları arasında iqtisadi əlaqələrin genişlənməsi nəzərdən keçirilir

Türk dünyasının arxeoloqları arxeoloji irsin vahid rəqəmsal bazasının yaradılması barədə razılığa gəliblər

İsrailin Qəzzadakı müharibə xərcləri 142 milyard dollara çatıb

İranın Qeşm Beynəlxalq Hava Limanında aviareyslərin bərpa olunması planlaşdırılır

Şirvan kanalından kişi meyiti tapılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Polşada 17-ci əsrə aid kilsə yanıb

Türkiyədə meşə yanğınlarını törətməkdə şübhəli bilinən 40-dan çox şəxs saxlanılıb

Ukrayna Müdafiə Nazirliyi Moskva bölgəsində “Wildberries” logistika mərkəzinə hava zərbəsi endirdiyini təsdiqləyib

Türkiyənin TPAO dövlət şirkətinə yeni neft yataqlarının kəşfiyyatı üçün icazə verilib

Türkiyədə yerli ürək-ağciyər aparatının seriya istehsalına başlanılacaq

"Neftçi" yerli basketbolçu transfer edib

Ukrayna ordusu Rusiyada raket sistemləri istehsal edən zavoda hava zərbələri endirib

Beyləqanda suvarma kanalında batan şəxsin meyiti tapılıb

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib VİDEO

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib VİDEO

"Qarabağ” Zubirlə yollarını ayırıb

Manqal və fişəng xəbərdarlığı çaşqınlıq yaratdı: Britaniyalılara göndərilən SMS-lər niyə müzakirələrə səbəb oldu?

Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib

Həftənin ilk iş günündə hava necə olacaq?

Rusiyanın hava hücumu zamanı Kiyevin ən böyük kitab bazarı məhv edilib - AZƏRTAC-ın hadisə yerindən REPORTAJI VİDEO

Rusiyanın hava hücumu zamanı Kiyevin ən böyük kitab bazarı məhv edilib - AZƏRTAC-ın hadisə yerindən REPORTAJI VİDEO

Britaniyada su qıtlığı zamanı tariflərin artırılması nəzərdə tutulur

İsrail Müdafiə Qüvvələri “Hizbullah”ın yüksəkrütbəli komandirlərindən birinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

Rahil Məmmədov: Azərbaycan ilə İsveç arasında əlaqələrin möhkəmləndirilməsi fəaliyyətimin əsasını təşkil edir MÜSAHİBƏ

Böyük Britaniyaya keçməyə çalışan 140-a yaxın miqrant xilas edilib

Macarıstanda yol qəzasında 12 nəfər ölüb

İran və Oman Hörmüz boğazı üçün gəmiçilik xəritəsi ilə bağlı razılığa gəliblər

Britaniyada Reform partiyası sosial təminat xərclərini 50 milyard funt sterlinq azaltmağı planlaşdırır

Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - Faktiki hava

“Qafqazinfo”nun 16 yaşı tamam olur

Cənubi Koreya Prezidenti Şimali Koreyaya danışıqlara başlamağı təklif edib

Böyük Britaniyada son 48 saatda 11 böyük yanğın baş verib

ABŞ-də parkda kütləvi atışma baş verib

Milli ruhun alovlu səsi: Bəxtiyar Vahabzadə

İslam Mahaçev UFC tarixinin ən uzun qələbə seriyasını rəsmiləşdirib

Rumıniya hava məkanını pozan pilotsuz uçuş aparatını vurub

İndoneziyada 7,7 maqnitudalı zəlzələ 51 nəfərin həyatına son qoyub

İran XİN: Neft çirklənməsi regiona trilyonlarla dollar zərər vurub

Berlində “Rave The Planet” texnoparadında on minlərlə insan iştirak edib

“Lala” qasırğası Havay adalarının Böyük adasına yaxınlaşır

Tovuzda 25 yaşlı gəncin ölümü ilə nəticələnən qəza VİDEO

Tovuzda 25 yaşlı gəncin ölümü ilə nəticələnən qəza VİDEO

Serbiyada Dunay çayında son 100-150 ilin ən aşağı su səviyyəsi qeydə alınıb

Kiyev ballistik raketlərlə vurulub, dağıntılar var – YENİLƏNİB

Səudiyyə Ərəbistanında Kanada mənşəli şahin 346 min dollara satılıb

Moskva-Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

Zimbabvedə bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 72-yə çatıb

Almaniyada meşə yanğınlarına qarşı mübarizə tədbirləri davam etdirilir

Fransada meşə yanğınları fonunda Makron məzuniyyətə çıxdığı üçün müxalifətin tənqidinə məruz qalıb

Mərakeşdə İspaniyanın Seuta anklavına keçməyə çalışan 111 miqrant saxlanılıb

Dövlət Departamenti 907-ci düzəlişin ləğvinin uzadılması barədə Konqresə bildiriş göndərib

Qətər XİN İrana məxsus hərbi pilotların əsir götürülməsi barədə iddiaları təkzib edib

Səfər çərçivəsində verilən tapşırıqlar Naxçıvanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir ŞƏRH

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Beyləqanda bir nəfər suvarma kanalında batıb

Bakı metrosunda xətlərin ayrılması sərnişindaşıma imkanlarını genişləndirəcək - REPORTAJ

Ucarda yol qəzası baş verib, iki nəfər ölüb VİDEO

Ucarda yol qəzası baş verib, iki nəfər ölüb VİDEO

Şəki-Zaqatala bölgəsinin 144 məzunu 600 baldan yuxarı nəticə göstərib

Rəcəb Tayyib Ərdoğan: Avropa İttifaqına üzvlük Ankara üçün prioritet məsələ deyil

Fransada prezident seçkiləri ərəfəsində xarici müdaxilə: partiyalar hansı tədbirləri təklif edir?

Moskvada Azərbaycanın turizm potensialı təqdim edilib

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bu saata olan əsas xəbərlər

Fransanın 2027-ci il büdcəsi: hökumət pensiyaların dondurulmasını yenidən gündəmə gətirir

ABŞ-də dövlət universitetinin kampusunda atışmada 5 nəfər yaralanıb

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Astarada ağacdan yıxılan 60 yaşlı kişi ölüb

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

İlkin Mehrabov: Hesablama sosial elmləri Azərbaycan ilə İsveç arasında elmi körpü ola bilər – MÜSAHİBƏ

Postmüharibə dövründə “gizli” silah: Azərbaycanın haqlı mövqeyi və qlobal təşəbbüsləri - ŞƏRH

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının növbəti regional turunun qalibi məlum olub

BŞİH: Bu gün Bakının 556 küçəsi yuyulub

Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür

Fransada “Save Europe Act” aksiyasına qarşı əks-nümayiş də qadağan edilib

Ünal Üstel: Təxribat və düşmənçilik xarakteri daşıyan bəyanatlar Kiprdə ziddiyyətlərin həllinə xidmət etmir

Bakıda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Zəngəzur dəhlizi Naxçıvanın geoiqtisadi əhəmiyyətini artırır - ŞƏRH

Xankəndi və Baia Mare qardaşlaşır - FOTO

Tədqiqat:Günəş fırtınaları aviasiyaya təhlükə yaradır

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib