"Sabah" və "Qarabağ"ın oyunları avrokuboklara görə təxirə salınıb
Bakı, 16 avqust, AZƏRTAC
Azərbaycan Premyer Liqasının II turunun oyun cədvəli məlum olub.
AZƏRTAC Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, turun “Sabah” - “Sumqayıt” və “Qarabağ” - “Kəpəz” matçları təxirə salınıb.
Müvafiq olaraq, UEFA Çempionlar Liqasında və Konfrans Liqasında çıxış edən “Sabah” və “Qarabağ”ın rəsmi müraciətlərini, onların tur üzrə rəqiblərinin rəsmi razılıq məktublarını nəzərə alan PFL ölkənin beynəlxalq arenada idman nüfuzunun uğurla təmsil olunmasını rəhbər tutaraq bu qərarı qəbul edib.
22 avqust (şənbə)
“Qəbələ” – “Şəfa”
Qəbələ şəhər stadionu, 18:30
“Zirə” – “İmişli”
Zirə İdman Kompleksinin stadionu, 20:45
23 avqust (bazar)
“Turan Tovuz” – “Şamaxı”
Tovuz şəhər stadionu, 18:30
“Neftçi” – “Araz-Naxçıvan”
“Palms Sports Arena”, 20:45
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]