Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rahil Məmmədov: Azərbaycan ilə İsveç arasında əlaqələrin möhkəmləndirilməsi fəaliyyətimin əsasını təşkil edir MÜSAHİBƏ

Rahil Məmmədov: Azərbaycan ilə İsveç arasında əlaqələrin möhkəmləndirilməsi fəaliyyətimin əsasını təşkil edir MÜSAHİBƏ

Stokholm, 16 avqust, AZƏRTAC

“Azərbaycan İsveç Tələbələri və Məzunları Şəbəkəsi” (Sweden Students & Alumni Network Azerbaijan – SSANA) son illər İsveç universitetlərində təhsil alan azərbaycanlı tələbə və məzunları bir araya gətirən ən böyük platformalardan birinə çevrilib. Təşkilat yeni tələbələrə dəstək göstərir, təhsil və mədəniyyət layihələri həyata keçirir, həmçinin Azərbaycan ilə İsveç arasında əlaqələrin möhkəmləndirilməsinə töhfə verir.

AZƏRTAC-a müsahibəsində soydaşımız, SSANA-nın həmtəsisçisi Rahil Məmmədov təşkilatın yaradılmasından, təhsil və peşə fəaliyyətindən, İsveçdə iş təcrübəsindən, beynəlxalq əməkdaşlığın inkişafından və azərbaycanlı tələbələrin yeni nəsillərinə dəstək göstərməyi nə üçün vacib hesab etməsindən danışıb.

— Peşəkar fəaliyyətinizə Azərbaycanda başlamısınız, daha sonra isə İsveçdə davam etdirmisiniz. Xaricə köçmək və orada təhsil almaq qərarını necə qəbul etdiniz?

— Peşəkar fəaliyyətimə Azərbaycanda başlamışam. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirdikdən sonra karyerama Qafqazın ən böyük istehlak elektronikası pərakəndə satış şirkətlərindən biri olan “Baku Electronics” şirkətində korporativ hüquqşünas kimi başlamışam. Daha sonra MDB və Şərqi Avropa ölkələrində hüquqi xidmətlər göstərən beynəlxalq hüquq şirkəti olan “GRATA International”a qoşuldum.

Zaman keçdikcə akademik biliklərimi möhkəmləndirmək, innovasiya və əməkdaşlığa əsaslanan beynəlxalq təhsil mühitində təhsil təcrübəsi qazanmaq məqsədilə xaricdə təhsilimi davam etdirmək qərarına gəldim. Nəticədə seçimim İsveç oldu. Həmin dövrdə xaricdə təhsil almaq üçün nüfuzlu təqaüd əldə etmək azərbaycanlı hüquqşünas tələbələr arasında geniş yayılmış hal deyildi. Uzunmüddətli hazırlıq və əzmkarlıqla göstərdiyim səylər nəticəsində həmin vaxt “Visby” təqaüdü kimi tanınan İsveç İnstitutunun təqaüdünü qazandım və Lund Universitetində Avropa biznes hüququ üzrə magistr proqramına qəbul oldum.

Mən həmin magistr proqramına qəbul edilən İsveç İnstitutunun təqaüdçüsü olan ilk Azərbaycan vətəndaşı oldum. Daha sonra dostlarımın və Azərbaycandan olan digər hüquqşünas tələbələrin bir çoxu bu proqrama qoşuldu, onların bəziləri təqaüdlə, bəziləri isə təqaüdsüz təhsil aldı. Bu günədək təxminən iyirmi azərbaycanlı hüquqşünas həmin proqramı başa vurub və ya hazırda orada təhsilini davam etdirir. Zaman keçdikcə bir çox digər şəxsin də bu yolu seçdiyini görmək mənə xüsusi xoş təəssürat bağışlayır.

Təhsil illəri mənim üçün ciddi akademik və şəxsi dəyişikliklər dövrü oldu. Proqram mənə Avropa biznes hüququnu, rəqabət hüququnu və Avropa İttifaqının daxili bazarının fəaliyyətinin hüquqi əsaslarını daha dərindən öyrənmək imkanı verdi. Həmin vaxt rəqəmsal bazarların və müasir texnologiyaların tənzimlənməsi məsələləri məni xüsusilə maraqlandırırdı. Magistr dissertasiyam Avropa İttifaqının rəqabət hüququ kontekstində qiymət alqoritmlərinə həsr olunmuşdu. Bundan əlavə, Avropa İttifaqında onlayn platformaların birləşmələrinə nəzarət mexanizminə, eləcə də Aİ-nin Vahid Rəqəmsal Bazarında müəllif hüquqlarının qorunması məsələlərinə həsr olunmuş elmi məqalələr hazırladım.

— Təhsillə yanaşı, tələbə həyatında da fəal iştirak edir və hüquq layihələrinin inkişafı üçün çalışırdınız. Bu barədə daha ətraflı danışa bilərsinizmi?

— İsveçdə magistratura təhsili aldığım dövrdə tələbə təşkilatlarının fəaliyyətində fəal iştirak edirdim. Avropa Hüquq Tələbələri Assosiasiyasının (ELSA) Lund bölməsində seminar və konfranslar üzrə vitse-prezident vəzifəsini tuturdum, həmçinin Hüquq Cəmiyyətinin (Juridiska Föreningen) fəaliyyətində iştirak edirdim. Bu təşkilatlarda fəaliyyət göstərmək mənə İsveç tələbə icmasının bir hissəsinə çevrilmək, isveçli hüquq tələbələri ilə əməkdaşlıq qurmaq, həm İsveç, həm də xarici tələbələr üçün akademik və sosial tədbirlərin təşkilində iştirak etmək imkanı verdi.

Eyni zamanda, 2019-cu ilin iyul ayında Azərbaycandan olan hüquqşünas həmkarlarımla birlikdə təsis etdiyimiz LAWELS hüquq platformasını inkişaf etdirməyə davam edirdim. Biz bu platformanı analitik materialların, praktiki fəaliyyətlə məşğul olan hüquqşünasların məqalələrinin, qanunvericilikdəki dəyişikliklərə dair icmalların və hüququn müxtəlif sahələri üzrə peşəkar şərhlərin dərc edilməsi üçün bir məkan kimi yaratmışdıq. Ardıcıl fəaliyyətimiz sayəsində bir çox gənc hüquqşünasın öz elmi məqalələrini yazmaq və dərc etmək imkanı qazandığı “Akademik esse” layihəsini həyata keçirə bildik.

Bu dövr mənə nəinki İsveçin akademik və tələbə mühitinə daha dərindən inteqrasiya olunmaq, həm də Azərbaycanın hüquq ictimaiyyətinin inkişafına yönəlmiş təşəbbüslər üzərində işi davam etdirmək imkanı verdi.

— Magistr dərəcəsini əldə etdikdən sonra qarşınızda hansı imkanlar açıldı?

— İsveçdə təhsilimi başa vurduqdan sonra fəaliyyətimi vergi hüququ və vergi inzibatçılığının rəqəmsallaşdırılması sahəsində davam etdirdim. Höteborqda yerləşən “Pagero” şirkətinə qoşuldum. Şirkət sonradan hüquq, vergitutma və mühasibat uçotu sahəsində mütəxəssislər üçün informasiya həlləri təqdim edən dünyanın aparıcı texnologiya şirkətlərindən birinin - “Thomson Reuters”in tərkibinə daxil oldu. Hazırda dolayı vergitutma və vergi sahəsinin rəqəmsallaşdırılması üzrə aparıcı mütəxəssis vəzifəsində çalışıram.

İsveçdə işləmək və dünyanın aparıcı texnologiya şirkətlərindən birinin fəaliyyətinin bir hissəsi olmaq mənə beynəlxalq biznes mühitində çalışmaq baxımından dəyərli təcrübə qazandırdı. Bu təcrübə qlobal təşkilatlarda iş prosesinin necə qurulduğunu, innovativ həllərin necə tətbiq edildiyini və əməkdaşlıq mədəniyyətinin necə inkişaf etdirildiyini görməyə imkan verdi. Bu təcrübə mənim peşəkar inkişafıma əhəmiyyətli təsir göstərdi və idarəetməyə, texnologiyalara və beynəlxalq qarşılıqlı fəaliyyətə müasir yanaşmalar barədə təsəvvürlərimi genişləndirdi.

— Siz “Azərbaycan İsveç Tələbələri və Məzunları Şəbəkəsi”nin (SSANA) həmtəsisçisisiniz. Zəhmət olmasa, bu təşkilatın yaradılması ideyasının necə yaranması və hazırda hansı fəaliyyətlə məşğul olması barədə danışardınız.

— SSANA-nın yaradılması ideyası sadə, eyni zamanda, iddialı idi – İsveçdə təhsil alan və ya təhsilini başa vuran azərbaycanlıları bir araya gətirmək və Azərbaycan ilə İsveç arasında əlaqələrin inkişafına töhfə verən bir icma yaratmaq.

Zaman keçdikcə SSANA təhsil, peşəkar inkişaf və mədəni əməkdaşlıq sahələrində layihələr həyata keçirən, fəal şəkildə inkişaf edən bir təşkilata çevrildi. Əsas prioritetlərimizdən biri İsveçə yeni gələn tələbələrə dəstək göstərmək oldu. Ölkənin müxtəlif şəhərlərində görüşlər və tədbirlər təşkil edir, yeni tələbələrin daha tez uyğunlaşmasına kömək göstərir, azərbaycanlı tələbə və məzunlardan ibarət güclü bir icma formalaşdırmağa çalışırdıq. Bununla yanaşı, SSANA-nı yalnız məzunların birləşdiyi qurum kimi deyil, həm də təhsil, gənclər siyasəti və peşəkar inkişaf sahələrində Azərbaycan ilə İsveç arasında əməkdaşlığın inkişafı üçün platforma kimi görürdük.

İsveçdəki Azərbaycan səfirliyi ilə əməkdaşlıq qurmağa nail olduq. Səfirlik təşkilatın inkişafını, eləcə də onun tələbə və məzunlar arasında fəaliyyətini dəstəklədi. Öz növbəmdə, 2021-ci il aprelin 30-da Bakıda keçirilən İsveç universitetlərinin məzunlarının ilk görüşünün təşəbbüskarı oldum. Daha sonra İsveçdə Azərbaycanın səfiri Zaur Əhmədovla ilk görüşüm zamanı birgə təşəbbüsləri, tələbə və gənc mütəxəssislərin iki ölkə arasında akademik, mədəni və peşəkar əlaqələrin inkişafına daha fəal cəlb olunması imkanlarını müzakirə etdik.

Bu gün də İsveçdə təhsil almağı və ya karyera qurmağı planlaşdıran tələbə və gənc mütəxəssislərə dəstək göstərməkdə davam edirəm. Müntəzəm olaraq məlumatlandırıcı görüşlərdə və müzakirələrdə iştirak edir, burada təqaüd proqramları, İsveç əmək bazarı, iş icazəsi və yaşayış icazəsi almaq imkanları barədə məlumat verir, həmçinin İsveçdəki həyatım və peşəkar inkişafımla bağlı şəxsi təcrübəmi bölüşürəm.

SSANA-nın əsas ideyasından danışarkən bunu çox sadə şəkildə ifadə etmək olar – əgər vaxtilə kimsə ilk addımı atmağınıza kömək edibsə və siz öz əməyiniz sayəsində uğur qazana bilmisinizsə, deməli, bir gün siz də bu yolla sizin ardınızca gələnlərə kömək etməyə hazır olmalısınız.

— Belə təsəvvür yaranır ki, sizin üçün bir məqsədə çatmaq həmişə növbəti məqsədin başlanğıcına çevrilir. Bu yanaşmanın arxasında nə dayanır?

— Düşünürəm ki, həqiqətən də belədir. Avropa biznes hüququ üzrə magistratura təhsilimi başa vurduqdan sonra Lund Universitetinin İqtisadiyyat Məktəbində Avropa və beynəlxalq vergi hüququ üzrə ikinci magistr dərəcəsi almağa qərar verdim. Mənim üçün təhsil diplom almaqla başa çatmır. Hüququn, texnologiyaların və dövlət tənzimlənməsinin daim dəyişdiyi bir dünyada təhsil fasiləsiz proses olmalıdır.

Səyahətlər də həyatımda mühüm yer tutur. Bu günədək 40 ölkəyə və 158 şəhərə səfər etmişəm. Mənim üçün bu, sadəcə yeni yerləri görmək imkanı deyil, həm də insanlarla tanış olmaq, müxtəlif mədəniyyətləri daha yaxşı anlamaq, başqa insanların hekayələrini dinləmək və müxtəlif cəmiyyətlərin necə yaşadığını və inkişaf etdiyini görmək fürsətidir.

Bütün fəaliyyət yoluma nəzər saldıqda, onu birləşdirən bir ideyanın olduğunu görürəm – körpülər qurmaq istəyi. Mən Azərbaycanla İsveç arasında əlaqələri möhkəmləndirməyə, tələbələr üçün yeni imkanlar yaratmağa, hüquqi biliklərini biznes praktikası ilə əlaqələndirməyə və şəxsi inkişafın ümumi rifaha töhfə verməklə yanaşı həyata keçirilə biləcəyini göstərməyə çalışıram.

Nərgiz Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH