İsrailin Qəzzadakı müharibə xərcləri 142 milyard dollara çatıb
Bakı, 16 avqust, AZƏRTAC
2023-cü ilin oktyabrın 7-də başlayan İsrailin Qəzzadakı müharibəsi ölkə tarixinin ən uzun və ən baha başa gələn müharibəsinə çevrilib.
AZƏRTAC xəbər verir ki, "Haaretz" qəzetində dərc olunan hesabata əsasən İsrailin müharibə xərcləri təxminən 420 milyard şekelə (142 milyard dollar), dövlət borcu isə təqribən 400 milyard şekelə (135 milyard dollar) çatıb.
Hesabatda qeyd olunur ki, sursat ehtiyatlarının daha qısamüdddətli müharibələr üçün hazırlanmasına baxmayaraq 2023-cü ilin oktyabr ayının sonlarında Qəzzada quru əməliyyatına başlayan İsrailin döyüş gözləntisi üç aylıq olub.
İsrailin ehtiyatda olan zabitlərindən biri "Haaretz" qəzetinə bildirib ki, bəzi sursat növlərinin ehtiyatı hətta qısa bir müharibə üçün belə kifayət etmirdi, bəzi kateqoriyalarda isə real istehlak ilkin planlaşdırılan səviyyədən iki dəfə çox olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [16:24]
İraq OPEC üzrə istehsal kvotasının artırılmasını tələb edir
- 09.09.2026 [16:24]
Türkiyənin Atatürk Universiteti öz süni intellekt sistemini yaradıb
- 09.09.2026 [15:41]
Şahzadə Uilyam Norveç Kralı V Haraldın dəfn mərasimində iştirak edir
- 09.09.2026 [15:35]
Britaniyada yüzlərlə aviareys ləğv edilib
- 09.09.2026 [14:08]