İDMAN


Avropa çempionatında uğurla çıxış edən fudokançılarımız Vətənə qayıdıblar

Bakı, 8 oktyabr, AZƏRTAC

Polşanın Katovis şəhərində fudokan döyüş növü üzrə 25-ci Avropa çempionatında uğurla çıxış edən idmançılarımız oktyabrın 8-də Vətənə qayıdıblar.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunan qarşılanma mərasimində fudokançılarımızı idman ictimaiyyətinin nümayəndələri, fudokançıların yaxınları və komanda yoldaşları iştirak ediblər.

Avropa çempionatda Azərbaycan komandası dörd medal qazanıb. Belə ki, böyüklər arasında komanda yarışında böyük əzmkarlıq nümayiş etdirən millimizin kapitanı Ülvi Məmmədov ciddi zədə almasına baxmayaraq, mübarizəni sona qədər davam etdirib. Gərgin idman mübarizəsinin sonunda yığmamız yarışda üçüncü yeri tutub. Böyüklər arasında komanda yarışlarının bürünc medalı Ülvi Məmmədova təqdim edilib.

Uşaqların yarışında Elməddin Səlimli bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Komandamızın üzvləri Əsəd İmanov gümüş, Nicat Əsədov (18-21 yaşlılar) bürünc medal qazanıblar.

Qeyd edək ki, turnirdə ölkəmizi Dünya Fudokan Federasiyasının Azərbaycanda rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadənin rəhbərliyi ilə dörd idmançı təmsil edib.

Qitə çempionatında 30-dan çox ölkənin idmançıları mübarizə aparıblar.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.