DÜNYA
Avtomobil istehsalçıları alyansı yeni müşahidəçi orqan yaradıb
Tokio, 13 mart, AZƏRTAC
“Nissan”, “Mitsubishi Motors” və “Renault” avtomobil istehsalçıları alyansı qurumun qarşılaşdığı çətinlikləri aradan qaldırmaq üçün mühüm addım atmağa hazırlaşır.
AZƏRTAC xəbər verir ki, üç şirkət yeni müşahidəedici orqanın yaradıldığını bildirib.
“Nissan” şirkətinin prezidenti Hiroto Saykava, “Mitsubishi Motors” şirkətinin prezidenti Osamu Masuko, həmçinin “Renault” şirkətinin direktorlar şurasının sədri Jan-Dominik Senar və şirkətin baş direktoru Terri Bollore martın 12-də “Nissan”ın Yokohama şəhərindəki baş ofisində mətbuat konfransı keçiriblər. Bildirilib ki, bu dörd rəhbər Jan-Dominik Senarın başçılığı ilə alyansın əməliyyatlarını müşahidə edəcək və onun idarəedilməsi ilə məşğul olacaqlar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio