İraqın neft ixracı ötən ay müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb
Qahirə, 4 sentyabr, AZƏRTAC
Avqust ayında İraqın neft ixracı ABŞ-İran müharibəsinin başlamasından bəri ən yüksək səviyyəyə çataraq sutkada təxminən 2,2 milyon barel təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə İraqın Dövlət Neft Marketinq Şirkətinin (SOMO) baş direktoru Əli Nizar əl-Şatri yerli telekanala müsahibəsində bildirib.
Onun sözlərinə görə, ötən ay ərzində ölkədən təxminən 73 milyon barel neft ixrac olunub. İxracdan əldə ediləcək gəlirin təxminən 4,5 milyard dollar olacağı gözlənilir. Bildirilib ki, bu göstərici İran ətrafında müharibənin başlanmasından sonra İraqın neft ixracında gəldiyi ən yüksək səviyyədir.
SOMO-nun baş direktoru qeyd edib ki, sentyabrın ilk iki günündə də ölkədən 10 milyon barel neft ixrac olunub.
İraq neftinin ixracı əsasən ölkənin cənubundakı dəniz terminalı və şimal istiqamətində Türkiyənin Ceyhan limanı vasitəsilə həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.09.2026 [21:37]
Fransada polislərin kütləvi etiraz aksiyası gözlənilir
- 04.09.2026 [18:51]
Gürcüstanın xarici ticarət dövriyyəsi 5,8 faiz artıb
- 04.09.2026 [18:47]
Avropada qaz anbarlarının doluluq nisbəti əvvəlki illərə görə xeyli aşağıdır
- 04.09.2026 [18:12]
Fatih Birol: Qlobal enerji sistemi elektrik dövrünə qədəm qoyub
- 04.09.2026 [17:01]
Çinin Tibet bölgəsindəki daşqında ölənlərin sayı 31-ə çatıb
- 04.09.2026 [16:23]
Gürcüstan Qara dənizdə sahil mühafizəsi üçün beynəlxalq tender elan edib
- 04.09.2026 [14:12]