Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fidan Hacıyeva – 30 il səhnədə: Yaxud “Azərbaycan Karmeni”nin hekayəsi – MÜSAHİBƏ

Fidan Hacıyeva – 30 il səhnədə: Yaxud “Azərbaycan Karmeni”nin hekayəsi – MÜSAHİBƏ

Bakı, 4 sentyabr, AZƏRTAC

Fidan Hacıyevanın vokal məktəbində həmişə olduğu kimi musiqi səslənir. Mən Fidan Hacıyevanın 50 illik yubileyinə və yaradıcılıq fəaliyyətinin 30 illiyinə həsr olunan III Beynəlxalq Opera Festivalına hazırlıqların qızğın vaxtında gəlmişəm.

Fidan xanımın yanında məndən başqa daha bir neçə qonaq var. O, özünün bişirdiyi ev piroqu ilə bizi qonaq edir. “Festivalı təşkil etməyə, üstəlik, piroq bişirməyə necə vaxt çatdırırsınız?” sualına Fidan xanım səhər tezdən durduğunu söyləməklə cavab verir: dua edir, bir fincan qəhvə içir, bağda idman hərəkətləri edir, səhər yeməyi yeyir, sonra isə axşama qədər davam edən işlərinə başlayır. Qarşıdakı festivalla bağlı isə hazırda onun çoxlu işi var…

Məhz festival haqqında söhbətlə də Xalq artisti, opera müğənnisi Fidan Hacıyeva ilə müsahibəmizə başladıq. Söhbət zamanı o, səhnəyə ilk çıxışından, gənc vokalçılarla işindən danışdı, həmçinin ona şöhrət və sevgi qazandıran Karmen obrazının heyrətamiz tarixçəsini bölüşdü.

– Fidan xanım, bu il festival üç ay davam edəcək... Bunu təşkil etmək nə dərəcədə çətin oldu?

– Uca Yaradanın köməyi ilə hər şey əla gedir. Yaxşı komandam var. Kiçikdir, amma çox yaxşıdır! Hamı işləyir: tələbələr, müəllimlər, orkestrim – hər kəs ümumi işə öz töhfəsini verir. Yanımda belə insanların olmasına görə xoşbəxtəm. Məni dəstəkləyən, kömək edən dostlarım da var.

– Üçüncü festivalın əsas mövzusu gənc ifaçıların təbliğidir. Ümumiyyətlə, gəncləri irəli çəkmək, onlarla məşğul olmaq istəyiniz, necə deyərlər, ruhunuzun tələbatı haradan yaranıb?

– Çox çətin yol keçmişəm... Mənim heç nəyim “hazır şəkildə boşqabda” qarşıma qoyulmayıb. Dövlətimə təşəkkür edirəm – mənə kömək etdi, bu dəstək sayəsində dövlət proqramı ilə İtaliyaya təhsil almağa getdim. Xaricdə qala bilərdim, belə bir imkanım var idi: həm təkliflər, həm də müqavilələr vardı. Amma Vətənə qayıtmaq və ölkəm üçün yaxşı bir iş görmək qərarına gəldim. 2015-ci ildə musiqi məktəbimi, 2019-cu ildə MEZZO kamera orkestrini, üç il əvvəl isə Opera Festivalını yaratdım.

Düşünürəm ki, heç yerdə qalmayaraq qayıtmaq, gənc ifaçıları öyrətmək, onlara kömək etmək və dəstək olmaq qərarını düzgün vermişəm. Vaxtilə ölkəm mənə necə dəstək olmuşdusa, mən də onlara elə dəstək olmaq istəyirəm.

Tələbələrimdən bəziləri hazırda mənimlə işləyir. Konservatoriyanı bitirib yenidən yanıma qayıdıblar. Bu, çox xoşdur. Festivalı isə ilk növbədə ona görə yaratmışdım ki, gənc ifaçılar müxtəlif səhnələrdə çıxış edə bilsinlər.

Bizə müraciət edən hər kəs üçün festivalımızda mütləq yer tapırıq, çünki yeni istedadları üzə çıxarmaq istəyirik.

- Xüsusilə də o illərdə öz yolunuzu təkbaşına qurmağı necə bacardınız?

– Çox çətin... Amma bu çətinliklərə görə Uca Yaradana minnətdaram. Əgər bunlar olmasaydı, nə bu məktəb, nə bu festival, nə də bu orkestr olardı...

Yəni Uca Yaradan əslində çətinliklər vasitəsilə mənə kömək etdi. Başqa bir yolun da olduğunu göstərdi. Və istədi ki, mən həmin yolla gedim. Məni özümə aid bir şey yaratmalı olduğum yerə gətirdi. Bu, bilirsiniz, taledir.

Hər şey asan olsaydı, məndə belə bir xarakter olmazdı. Mən çox məqsədyönlü insanam. Öz üzərimdə də çox işləyirəm.

– 19 yaşınızda “Koroğlu” operasında Xanəndə qız obrazında səhnəyə çıxırsınız. O zaman hansı hissləri keçirirdiniz? Axı 19 yaş çox gənc yaşdır.

– Bəli, o zaman operanın ən gənc solisti oldum. İlk dəfə bu səhnəyə çıxanda elə həmin andan onu sevdim. Yadımdadır, projektorun işığı... Elə bir hissim vardı ki, sanki bu işıq məni isidir. Heç bir qorxu hiss etmirdim – elə bil yüz ildir səhnədə çıxış edirdim.

– Repertuarınızda çoxlu müxtəlif möhtəşəm partiyalar var, amma onlardan biri sizin “vizit kartınıza” çevrilib. Bu, Karmendir. Hətta sizi “azərbaycanlı Karmen” də adlandırırlar...

– Bilirsiniz, maraqlı bir şeydir... Karmeni oxuyanda, bu obraza girəndə mən Fidan olmuram. Özüm də təəccüblənirəm ki, insan necə belə dəyişə bilər?! Yəqin məhz bu obraza görə İspaniyaya getdim: Karmenin harada yaşadığını, Xose ilə harada görüşdüyünü gördüm, flamenko öyrəndim, bu dili öyrəndim – onu başa düşmək üçün hər şeyi etdim.

– Yadımdadır, müsahibələrinizdən birində demişdiniz: “Karmen elə mən özüməm, onu oynamağıma ehtiyac yoxdur”...

– Məhz onu oxuyanda! Amma həyatda mən Karmen deyiləm... Başa düşdüm ki, o, haradasa mənim içimdədir, ehtiyac yarananda “işə düşür”. Düşünürəm ki, onun temperamenti heç vaxt içimdə sönməyəcək. Bəli, insan illər keçdikcə daha sakit olur. Amma Karmen oxuyanda – bu, artıq Fidan deyil, başqa bir insandır. Ümumiyyətlə, bu partiya mənə böyük uğur gətirdi. Bir də Karmen oxuyanda gələcək həyat yoldaşım Filiplə tanış oldum...

– Fidan xanım, bu barədə danışın!

– Bu, 1997-ci il idi, Filip Bakıya yenicə gəlmişdi. Onun işlədiyi şirkət Milad bayramını “Hyatt Regency” hotelində qeyd edirdi.

Mənim cəmi 21 yaşım vardı. Məni ora Karmen partiyasını ifa etməyə dəvət etmişdilər. Təsəvvür edirsiniz, hətta geyinməyə heç nəyim də yox idi. Müəlliməmə müraciət etdim, o da mənə paltar almağa kömək etdi. Sonra borcumu təqaüdümdən hissə-hissə qaytardım (Gülür). O paltar hələ də məndədir...

Orada hər şey o qədər gözəl idi ki. And içirəm, elə bilirdim, nağıla düşmüşəm. Mən oxuyandan sonra rəqslər başladı. Birdən baxdım ki, gözəl, mavi gözlü bir centlmen mənə yaxınlaşır. Mənimlə ingiliscə danışmağa başladı. Halbuki, ondan əvvəl üç il ingilis dili öyrənmişdim. Sizə danışmışdım?

– Bəli! Hətta atanızın bunu nə üçün etdiyinizi başa düşmədiyini də demişdiniz!

– Bəli, bəli! Taleyə bax. Əgər ingilis dili öyrənməsəydim, Filiplə heç danışa da bilməzdim. O, harada çıxış etdiyimi, məni harada dinləyə biləcəyini soruşdu. Mən teatrda işlədiyimi dedim. Sonra ən yaxın tamaşanın nə vaxt olacağını soruşdu. Mən də bir həftə sonra “Arşın mal alan”da çıxış edəcəyimi söylədim. Sağollaşdıq, hətta telefon nömrələrimizi də istəmədik. Bir həftə keçdi, “Arşın mal alan”da çıxış etdim. Ertəsi gün teatra gələndə isə mühafizə postunda mənə bir məktub verdilər.

– Kağız məktub?

– Bəli. Təsəvvür edirsiniz, necə romantikadır. Məktub Filipdən idi. Yazmışdı ki, tamaşada olub, azərbaycanlı dostu ilə gəlib və dostu operettanın süjetini ona ingiliscə tərcümə edib. Telefon nömrəsini yazmışdı və xahiş etmişdi ki, ona zəng edim. Bu hadisə mənə o qədər təsir etdi ki, həqiqətən də ona zəng edib tamaşaya gəldiyi üçün təşəkkür etdim.

Həmin vaxt isə Türkiyəyə getməli idim, müqaviləm vardı. Üç il orada qaldım. Filipə isə bunu demədim. Telefon nömrəmi də Türkiyə nömrəsi ilə dəyişdim...

– Üç il?..

– Bəli (Gülür). Azərbaycana qayıtdım. Həftədə bir dəfə məscidə gedirdim. Bir gün məscidə gedərkən küçədə Filiplə təsadüfən qarşılaşdıq... Məni gördü və dedi: “Sizi axtarırdım! Harada idiniz? Telefonunuz sönülü idi”. Dedim ki, Türkiyədə işləyirdim, indi isə qayıtmışam. O da cavab verdi: “Daha heç yerə getməyəcəksiniz. Sizi buraxmayacağam”. O vaxtdan birlikdəyik. Çox gözəl toyumuz oldu!

– Nə gözəl hekayədir. Məncə, bütün bunlar Karmenin sehridir... Yeri gəlmişkən, yenidən Karmendən danışaq – siz rəsmi olaraq ən gənc Karmen kimi tanınmısınız. Belə gənc yaşda bu qədər mürəkkəb rolu necə ifa edə bildiniz?

– Mən çox zəhmətkeş insanam. Bu rol üzərində işləyirdim. Əvvəla, musiqi məktəbini pianoçu kimi bitirmişəm. Bu, çox vacibdir. Mən savadlı musiqiçiyəm. Harmoniya, solfecio, musiqi ədəbiyyatı, musiqi tarixi... öyrənmişəm. Pianoçu kimi çıxış etmişəm. Sonra vokalı seçdim. Çox yaxşı müəllimdən, 40 il teatrda oxumuş, tanınmış opera müğənniləri ilə çıxış etmiş professor Hüseyn Əliyevdən dərs almışam. Müəllimim mənə sirləri açırdı, hətta opera səhnəsinin hansı hissəsində səsin necə səsləndiyini də bilirdi. Mən bunların hamısını mənimsəyirdim. Öz üzərimdə də çox işləyirdim. İndiyədək də işləyirəm.

– Xalq artisti olanda hələ qırx yaşınız tamam olmamışdı. Bu, sizin üçün nə demək idi?

– Ay, necə sevinmişdim. Yeri gəlmişkən, bundan dərhal sonra Prezident mükafatını da aldım. Buna görə dövlətimizə çox təşəkkür edirəm. Ona çox minnətdaram, məni həmişə dəstəkləyir, gördüyüm işləri həmişə yüksək qiymətləndirir. Buna görə də dövlətim üçün əlimdən gələn hər şeyi maksimum səviyyədə etməyə çalışıram. Gənc opera müğənnilərinə dərs demək, onlar üçün festival, konsertlər təşkil etmək – gücüm çatan hər şeyi.

– Fidan xanım, bəs öz partiyalarınızı gənc ifaçılara həvalə etmək necə hissdir? Məsələn, elə “Arşın mal alan”da siz həmişə ya Gülçöhrəni, ya da Asyanı oynamısınız. Keçənilki opera festivalınızda isə özünüzə Cahan xala rolunu götürdünüz, Asya və Gülçöhrə rollarını gənc artistlərə verdiniz...

– Mən bunu özümün davamı kimi hiss edirəm. Onlar oxuyanda, mən onları dinləyəndə ağlamaq istəyirəm, çünki mənim gördüyüm işi davam etdirirlər. Bu da məni sevindirir. Belə də olmalıdır. Artıq yeni Karmen də var. Bu, möhtəşəmdir. İndi çoxlu yaxşı gənc qız və oğlan opera müğənniləri. Onlar keçmişdə qalmamalı olan opera sənətinin davamçılarıdır. Opera musiqisini dəstəkləmək lazımdır. Bəs onu necə dəstəkləmək olar? Gənclərə dəstək verməklə.

Məsələn, indi iki müğənnini Gürcüstana, Tamara İverinin müsabiqəsinə göndərirəm. Bu, böyük beynəlxalq opera müsabiqəsidir. Münsiflər heyətində dünyanın müxtəlif teatrlarından tanınmış müğənnilər, müxtəlif agentliklərin nümayəndələri iştirak edir.

Yeri gəlmişkən, Tamara İveri Azərbaycana gələndə demişdi: “İlahi, burada necə səslər var?! Nə qədər möhtəşəm, nə qədər zəngin səslərdir”. Azərbaycan xalqı özünəməxsusluğu, temperamenti və ifadəli tembri ilə seçilən səslərlə çox zəngindir. Hazırda azərbaycanlı artistlər dünyanın bir çox teatrlarında oxuyurlar. Mən də buna sevinirəm.

– Hələ ifa etmədiyiniz, arzuladığınız bir partiya varmı?

– Çox mürəkkəb bir partiyanı – Cüzeppe Verdinin “Don Karlos” operasından şahzadə Ebolinin partiyasını oxumağı çox istərdim. Amma bizdə bu opera tamaşaya qoyulmur... Bir də Kamil Sen-Sansın “Samson və Dalila” operasından Dalilanın ariyasını ifa etmək istərdim.

– Bilirəm ki, gələcək üçün başqa çoxlu planlarınız da var...

– Bəli, amma indi bütünlüklə yalnız festivalla məşğulam. Üstəlik, festival yubileyimlə eyni vaxta təsadüf edir. Bütün işlərimi təxirə salmışam ki, gücümü festivala yönəldim. Bu, böyük işdir və bu işə çoxlu insan cəlb olunub.

Tamaşaçılara çoxlu yeni səslər təqdim edəcəyik. Sadəcə, tamaşaçıların bizi dəstəkləməsinə, insanların bu konsertlərə gəlməsinə ehtiyacımız var – bu, bizim üçün, əlbəttə, böyük dayaq olacaq.

Bir də tezliklə məndən bir xəbər olacaq. Hələlik bu, sirdir, amma böyük sürpriz olacaq. Bu barədə sonra danışacağam...

III Beynəlxalq Opera Festivalı sentyabrın 7-də başlayacaq və üç ay davam edəcək. Festival ölkənin müxtəlif regionlarını əhatə edəcək. Onun çərçivəsində təqdim olunacaq konsert proqramları da Azərbaycan hüdudlarından kənara çıxaraq, bir sıra dünya ölkələrində Azərbaycan opera sənətinin zənginliyini nümayiş etdirəcək.

Müəllif – Anara Axundova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir