CƏMİYYƏT


Bakıda 15 saylı mediasiya təşkilatı fəaliyyətə başlayıb

Bakı, 16 may, AZƏRTAC

Azərbaycan Respublikasında aparılan məhkəmə-hüquq islahatlarının bir parçası olan mediasiya institutunun tətbiqi qanun qəbul ounduğu dövrdən bu yana təkmilləşməkdədir. İndiyədək Bakıda fəaliyyətə başlamış 10-dan çox mediasiya təşkilatı məhkəmədən əvvəl mediasiya işlərini təşkil etməkdədir. 2021-ci il iyulun 1-dən ailə, əmək, kommersiya mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirak icbari xarakter daşıyır.

AZƏRTAC xəbər verir ki, Mediasiya Şurası İxtisas Komissiyasının sədri Qasım Şaliyevin rəhbərlik etdiyi 15 saylı mediasiya təşkilatı İçərişəhərdə yerləşən ofisdə fəaliyyətə başlayıb. “Həll olunmamış mübahisə qalmayacaq!” şüarı ilə açılışı olan təşkilat bütün mülki mübahisələr üzrə vətəndaşlara və iş adamlarına alternativ həll yolu kimi peşəkar mediasiya xidmətlərini təklif edir.

Qeyd edək ki, ofis beynəlxalq mediasiya təcrübəsinə uyğun formalaşdırılıb, mübahisə tərəflərinin aralarındakı münaqişənin səviyyəsinin azaldılması və barışıq imkanlarının əldə olunması üçün müvafiq maarifləndirici elanlar və broşürlər ilə təmin edilib. Mediasiya sessiyalarının keçirildiyi iclas otaqları mediasiyanın bərabərliyi və məxfiliyi prinsipinə uyğun xüsusi dizaynla hazırlanıb.

Tədbirdə Mediasiya Şurasının İdarə Heyəti, intizam və ixtisas komissiyasının üzvləri, eyni zamanda, vətəndaş cəmiyyətinin və nüfuzlu şirkətlərin nümayəndələri, müxtəlif media təmsilçiləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.