Cəfər Cabbarlının anadan olmasının 120 illiyi qeyd ediləcək
Bakı, 20 may, AZƏRTAC
Mayın 23-də Abdulla Şaiqin mənzil-muzeyində Azərbaycan ədəbiyyatının klassiki Cəfər Cabbarlının anadan olmasının 120-ci ildönümü ilə əlaqədar tədbir keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirin bədii hissəsində ədibin müxtəlif əsərləri gənc istedadların ifasında təqdim ediləcək, sözlərinə bəstələnmiş musiqilər səsləndiriləcək. Tədbirlə bağlı slayd-şou nümayiş ediləcək.
Tədbirin keçirilməsində məqsəd Cəfər Cabbarlının əziz xatirəsini bir daha yad etmək, zəngin yaradıcılığını təbliğ etməkdən ibarətdir.
Qeyd edək ki, martın 20-də Azərbaycan ədəbiyyatının klassiki Cəfər Cabbarlının anadan olmasının 120 illiyi tamam olub. Prezidentin qüdrətli ədib və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120-ci ildönümünün yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədilə müvafiq Sərəncamı imzalanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2026 [11:06]
Azərbaycan musiqisinin unudulmaz siması - Soltan Hacıbəyov
- 07.05.2026 [23:04]
Ulu Öndərin xatirəsinə həsr olunmuş konsert: “Odlar Yurdunun sədaları”
- 07.05.2026 [21:36]
Yazıçılar Birliyində “Səhifələrdən obrazlar” sərgisi açılıb
- 07.05.2026 [18:36]
Anar Heybətov: Prezident mükafatı yaradıcılığıma böyük stimul verir
Roma Papası XIV Leo Həzrətlərinə
- [12:13]
Bu saata olan əsas xəbərlər
- [12:00]
30 ilin dərsi, 30 illik dostluq
- [11:09]