Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət edilib

Bakı, 15 iyul, AZƏRTAC

İyulun 15-də Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə dəvət edilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Xarici İşlər nazirinin müavini Xələf Xələfov Ermənistan silahlı qüvvələrinin iyul ayının 12-də artilleriya və ağır silahlardan istifadə etməklə Ermənistan-Azərbaycan sərhədində Tovuz rayonu istiqamətində hücumlara başladığını və onun nəticəsində 1 general da daxil olmaqla 11 Azərbaycan hərbçisinin və 1 mülki şəxsin həlak olduğunu diqqətə çatdırıb. Hücumları dəf etmək və atəş nöqtələrini ləğv etmək məqsədilə Azərbaycan silahlı qüvvələrinin həyata keçirdiyi tədbirlər nəticəsində çoxsaylı itkilər verən Ermənistan silahlı qüvvələrinin geri oturdulduğunu bildirib.

Nazir müavini qeyd edib ki, bu təcavüz aktını törətməkdə məqsəd Azərbaycan ərazilərində yeni mövqeləri ələ keçirməklə işğalın əhatəsini genişləndirərək sərhəd zonasında yaşayan mülki əhalini məcburi köçkün vəziyyətinə salmaqdır.

X.Xələfov, bu təxribatçı əməlin təcavüzkar Ermənistanın rəhbərliyinin son zamanlar bölgədə gərginliyin artmasına xidmət edən fəaliyyət və bəyanatlarının davamı kimi nəzərdən keçirilməli olduğunu vurğulayıb. O, Ermənistan rəhbərliyinin bu məkrli niyyətinin, eyni zamanda, region ölkələrini və üzv olduğu hərbi-siyasi blokları Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi orbitinə cəlb etməklə digər dövlətləri təcavüzkar ölkə kimi üzərinə düşən beynəlxalq məsuliyyətə bulaşdırmaqdan ibarət olduğunu bildirib.

Nazir müavini Ermənistan hakimiyyətinin bu avantürist təxribatının alınmadığından narahat olan Fransadakı, xüsusilə Parisdəki erməni havadarlarının Azərbaycana qarşı düşmənçiliklərini gizlədə bilmədiklərini qeyd edib. Belə ki, təşkil edilmiş radikal qrupların iyul ayının 13-dən 14-nə keçən gecə (Fransanın milli bayramı günü, saat 2-3 radələrində) Azərbaycan səfirliyinə və Mədəniyyət Mərkəzinə hücumlar təşkil edib və səfirliyimizin binasına qarşı vandal aktı törədiblər.

X.Xələfov baş vermiş insidentlə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Fransa tərəfinə qəti etiraz etdiyini, bu vandalizm aktının araşdırılmasını, törədənlərin hərəkətinə hüquqi qiymət verilməsini tələb etdiyini diqqətə çatdırıb. O, Fransa Hökuməti tərəfindən Azərbaycanın Parisdəki diplomatik missiyasının binalarının mühafizəsinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini istəyib.

X.Xələfov, Azərbaycan tərəfinin Fransadan Minsk qrupunun həmsədri olaraq münaqişənin həlli istiqamətində real addımlar atılmasını, eləcə də Fransanın seçkili orqanlarının bəzi nümayəndələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qondarma “qurumu” təşviq edən hər hansı fəaliyyətinin qarşısının alınması üçün bütün zəruri tədbirləri görməsini gözlədiyimizi bildirib.

Nazir müavini, baş verənlərin bir daha ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların mahiyyətini şübhə altına aldığını və Minsk qrupunun rolunu və fəaliyyətini sual altına qoyduğunu vurğulayıb. O, Azərbaycan ictimaiyyətində Minsk qrupunun fəaliyyəti ilə bağlı ciddi narazılıqların getdikcə artmaqda olduğunu Minsk qrupu həmsədrlərinin Ermənistana işğalçı siyasətinə son qoymasına və beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməsi üçün açıq çağırışlar etmək əvəzinə, hər dəfə ümumi bəyanatla kifayətləndiyini qeyd edib.

X.Xələfov münaqişənin həllinin süni surətdə uzadılmasının regional sabitlik və təhlükəsizlik üçün yeni risklər və çağırışlara münbit şərait yaradaraq daha geniş regional münaqişələrə yol açacağını vurğulayıb.

O, Ermənistan respublikasının bu cinayətkar addımları atmaqla 30 ildən bəri davam edən və Azərbaycan torpaqlarının 20 faizdən çoxunu işğal altında saxlayan təcavüzkar siyasətinin davam etdirilməsində israrlı olduğunu nümayiş etdirdiyini bildirib.

X.Xələfov hadisələrin bu məcrada inkişafına Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçilik missiyasını həyata keçirən beynəlxalq təşkilat və nüfuzlu dövlətlərin təcavüzkar Ermənistana loyal və yumşaq münasibət bəsləməsinin şərait yaratdığını vurğulayıb.

O, vəziyyətin gərginləşməsinə xidmət edən bu kimi təhrikedici əməllərə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib. Bugünkü Ermənistan respublikası hakimiyyətinin siyasətinin sülh danışıqlarının hər vəchlə pozmaq, onların mahiyyətini saxtalaşdırmaq, işğal olunmuş Azərbaycan ərazilərinin azad olunmasından boyun qaçırmaqdan ibarət olduğunu diqqətə çatdırıb. Bu proseslərin dünya birliyi və Minsk qrupu həmsədrlərinin gözü qarşısında baş verdiyini və adekvat tədbirlərin görülməməsinin daim Azərbaycan xalqını məyus etdiyini söyləyib.

X.Xələfov Azərbaycanın hüquqlarının on illərdən bəri ardıcıl olaraq pozulması və onun haqq işinə biganəliyin Azərbaycan xalqının və onun qətiyyətli rəhbərliyinin səbir kasasını doldurduğunu, Azərbaycan xalqının və dövlətinin yaşamaq və inkişaf hüququnun təcavüzkar tərəfindən daim tapdalanmasına yol verilməyəcəyini vurğulayıb.

Yaranmış vəziyyətin Azərbaycanın BMT Nizamnaməsində təsbit olunmuş özünü müdafiə hüququna əsaslanaraq təcavüzün dayandırılması, işğal olunmuş ərazilərinin azad olunması üçün təxirə salınmadan tədbirlərin həyata keçirməsini tələb etdiyini bildirib.

Fransanın Azərbaycandakı səfiri ölkəsinin iyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan sərhədində baş verənləri diqqətlə izlədiyini və insan tələfatına səbəb olmuş bu hadisələrdən dərin təəssüf və narahatlıq keçirdiklərini bildirib, Azərbaycan tərəfinə başsağlığı verib.

Səfir, nazir müavininin səsləndirdiyi Azərbaycan dövlətinin və xalqının narahatlıqlarını anladığını, ölkəsinin ATƏT-in Minsk qrupunun həmsədri qismində Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün səylərini davam etdirəcəyindən əmin edib. O, Azərbaycan tərəfinin Ermənistan-Azərbaycan münaqişəsi, eləcə də Parisdə Azərbaycan səfirliyinə qarşı törədilmiş vandal aktı ilə bağlı narahatlığı və gözləntiləri ilə bağlı mesajların aydın şəkildə Parisə çatdıracağını vəd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstanda enerji obyektlərinə nəzarət üçün dronlardan istifadə olunur

İsveçdə parlament seçkilərinin ilkin nəticələri məlum olub

Bakıda TDT-yə üzv ölkələrin Müsəlman Dini İdarələri rəhbərlərinin VII görüşü keçirilir

FHN: Ötən həftə ərzində 412 yanğına çıxış olub, 3 nəfərin meyiti təhvil verilib VİDEO

FHN: Ötən həftə ərzində 412 yanğına çıxış olub, 3 nəfərin meyiti təhvil verilib VİDEO

Milli rəqs sənətimizin Montrö festivalında təntənəsi

TDT-yə üzv ölkələrin nümayəndələri Fəxri xiyabanı ziyarət ediblər

Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfəri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına xidmət edir - ŞƏRH

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp: MKİ direktoru Ukrayna ilə bağlı bütün danışıqlarda iştirak edir

Mask: “SpaceX” Nvidia süni intellekt superkompüterlərini 2027-ci ildə kosmosa göndərəcək

Aİ-Böyük Britaniya sammiti noyabrın sonuna təxirə salınıb

“Bloomberg”: Avstriya İranın nüvə agentliyi rəhbərinin BAEA-da çıxışına mane olub

Səudiyyə Ərəbistanı İran və Oman arasında Hörmüz boğazı ilə bağlı təklifə düzəliş edib

ABŞ İrana nüvə yanacağı tədarükünün mümkünlüyünü açıqlayıb

Fransa ABŞ-dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

FT: Kanada Aİ-nin Ukrayna üçün 90 milyard avroluq kredit paketinə qoşula bilər

Naxçıvan şəhərində avtomobil piyadanı vurub

Tramp: FED faizləri azaltmasa, ABŞ bəzi ölkələrlə ticarəti dayandıracaq

Omanda Körfəz ölkələri XİN rəhbərlərinin görüşü təxirə salınıb

Bundesliqa: “Bavariya” səfərdə qələbə qazanıb

İsrail ordusu Suriyanın cənubuna artilleriya zərbələri endirib

“Bild”: Almaniyada su çatışmazlığı yaranıb

Azərbaycanın 3x3 basketbol millisi Avropa üçüncüsü olub

Gənc riyaziyyatçı: Qazandığım bilikləri gələcəkdə Azərbaycanda tətbiq etmək istəyirəm

Türkiyənin “ROKETSAN” şirkəti ballistik raketlərin siyahısını genişləndirməyi planlaşdırır

Gürcüstandakı azərbaycandilli məktəblərin müəllimləri üçün təlimlər təşkil olunub

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

İsveçdə seçki günü 500-ə yaxın insident qeydə alınıb

Gürcüstanda 12 illik təhsil könüllü olacaq – Bu sistemin üstünlükləri və çatışmazlıqları nədir?

Erlinq Holann Mançester derbisində komandasına qələbə qazandırıb

Azərbaycanın aerobika gimnastları dünya çempionatında gümüş medal qazanıblar

"Turan Tovuz" xal itirib, "Zirə" - "Qarabağ" matçında qalib müəyyənləşməyib

Tisa çayında Buz dövrünə aid heyvanın qalıqları aşkarlanıb

Rusiya-Ukrayna müharibəsindən sonra yaranan enerji böhranı Almaniyaya 50,4 milyard avroya başa gəlib

Tramp Zelenskini Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağa çağırıb

Nazir: Çimərlik polosu üzrə beynəlxalq yarış ölkəmizdə çox uğurla təşkil olundu

Bu saata olan əsas xəbərlər

Körfəz ölkələrinin hədəfə alınmasına yol verilməyəcəyi açıqlanıb

Macarıstanda dizel yanacağı bahalaşıb, hökumət sürücülərə dəstək göstərmək məcburiyyətində qalıb

Elçin Camallı: Bütün yarışlarda ölkəmizi layiqincə təmsil etməyə çalışırıq

Türkdilli dövlətlərin Vəkillər kollegiyaları arasında əməkdaşlıq genişləndirilir

TDT-yə üzv ölkələrin nümayəndələri Seyid Yəhya Bakuvinin türbəsini və Tolerantlıq Evini ziyarət ediblər

Azərbaycan təmsilçisi "Sea Breeze 2026" turnirinin qalibi olub – YENİLƏNİB 2

Hakan Fidan: Türkiyə Prezidenti yaxın vaxtlarda Suriyaya səfər edəcək YENİLƏNİB

Avropa Komissiyası data-mərkəzlərin inkişafının enerji sistemi ilə uzlaşdırılmasını vacib sayır

Sabahdan Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Avropada qaz ehtiyatlarının azalması enerji bazarlarında riskləri artırır

Mingəçevirdə yaşayış binasında baş verən yanğın söndürülüb VİDEO

Mingəçevirdə yaşayış binasında baş verən yanğın söndürülüb VİDEO

İndoneziyaya məxsus bərə qəzaya uğrayıb, ölənlər və itkin düşənlər var

Xorvatiyada mənzil kirayəsi qaydalarının dəyişdirilməsi təklif olunur

Türkiyədə çip istehsalı müəssisələrinin yaradılması planlaşdırılır

Lənkəran-Astara zonasında qısamüddətli leysan olub – FAKTİKİ HAVA

Dosent: Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri sistemli şəkildə inkişaf etdirilir

8 Noyabr prospektinin müəyyən hissələrində təmir işləri həyata keçirilir YENİLƏNİB

İstanbul aeroportunda yeni uçuş-enmə zolağı istifadəyə veriləcək

AMEA-da Pakistan ədəbiyyatı üzrə yeni tədqiqatlar aparılır

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

AZƏRTAC yeni podkast layihəsinə başlayır VİDEO

AZƏRTAC yeni podkast layihəsinə başlayır VİDEO

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Berlində avtobus ağaca çırpılıb, 15 nəfər xəsarət alıb

Konqoda Ebola virusuna yoluxanların sayı 7 mini ötüb

Qazax Dövlət Dram Teatrı yeni mövsümün açılışını edib

Si Cinpin Qlobal Cənubu beynəlxalq hüququ birgə dəstəkləməyə çağırıb

Madrid - üç məkan, üç fərqli hekayə, bir şəhər FOTOREPORTAJ

Nəcibə Arif: Pakistan Ədəbiyyat Akademiyasında Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı tərcümə işləri davam etdirilir

“Mənim rəngli dünyam”: Qaxdakı rəsm sərgisindən rəngli görüntülər

Qaraməryəm-İsmayıllı-Şəki yolunda avtomobil aşıb, sərnişin həyatını itirib

Hörmüz boğazında İrana məxsus mülki gəmi vurulub

Vanuatuda gəminin batması nəticəsində 30 nəfər itkin düşüb

İndoneziyada göyərtəsində 243 nəfərin olduğu gəmi ilə əlaqə kəsilib

WSJ: Kanada Aİ-nin assosiativ üzvü olmaq istəyir

Kuşner qarşıdakı həftələrdə Ukrayna ilə bağlı yeni addımların atılacağına ümid edir

Nyu-Yorkda oyun meydançasında iki nəfər güllələnərək öldürülüb

Peskov: G20 sammitində Putin ilə Zelenski arasında görüş qeyri-mümkündür

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026-cı ildə 10 milyard dollar təşkil edəcək

Almaniyanın 30-dan çox şəhərində ifrat sağçılığa qarşı etiraz aksiyaları keçirilib

Kuşner ərazi mövzusunu Ukrayna ilə bağlı danışıqlarda ən çətin məsələ adlandırıb

Səudiyyə Ərəbistanında husilərin atdığı mərminin partlaması nəticəsində iki nəfər yaralanıb

İsmayıllıda yol qəzasında bir nəfər ölüb

Bolqarıstan hərbi zavoddakı partlayışın mümkün səbəbi kimi təxribat amilini nəzərdən keçirir

Paytaxtın 8 Noyabr prospektində təmir işləri həyata keçiriləcək

“Tasnim”: İran və Oman Hörmüzdə gəmiçiliklə bağlı razılığa gəliblər

Çimərlik polosu üzrə "See Breeze 2026" beynəlxalq turnirində finalçılar məlum olub

Tokayev Trampı Qazaxıstana səfərə dəvət edib

Azərbaycanın Qarsdakı baş konsulu diaspor nümayəndələri ilə görüşüb

® Mərkəzi Gömrük Hospitalı tibbi innovasiyaların tətbiq olunduğu qabaqcıl səhiyyə ocağıdır

Pərvin Əzizli: Gənclər yalnız problemlər haqqında danışmalı deyil, konkret həllər təklif etməlidirlər

Bakıda keçirilən XIV Beynəlxalq Altay Topluluqları Simpoziumu başa çatıb

Olimpiadalarda uğur qazanan gənc riyaziyyatçı: Elə gün olurdu ki, 10 saat hazırlaşırdım

Azərbaycan Premyer Liqasında V turun növbəti oyunları keçirilib

Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb

Azərbaycan ISSA-nın 15-ci Baş Assambleyasında təmsil olunub

Media: Azərbaycan-Mərakeş münasibətləri çoxşaxəli tərəfdaşlıq mərhələsinə qədəm qoyub

Qarabağa və Şərqi Zəngəzura bu il 400 mindən çox xırdabuynuzlu heyvan köçürülüb

Kəlbəcərin Zar kəndinə yaxın zamanda köç başlanacaq VİDEO

Kəlbəcərin Zar kəndinə yaxın zamanda köç başlanacaq VİDEO

Kəlbəcər şəhər parkının layihələndirilməsi yekunlaşıb

Hikmət Hacıyev: Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır

Gələn il Kəlbəcərdə 3 yeni yaşayış məhəlləsinin tikintisinə başlanılacaq VİDEO

Gələn il Kəlbəcərdə 3 yeni yaşayış məhəlləsinin tikintisinə başlanılacaq VİDEO