Gürcüstanın valyuta ehtiyatları artıb
Tbilisi, 12 iyun, AZƏRTAC
Gürcüstanın valyuta ehtiyatları artaraq müstəqillik illərində ən yüksək həddə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə yerli mətbuat Gürcüstan Milli Bankına istinadla məlumat yayıb.
Gürcüstan Milli Bankının məlumatına görə, ölkənin valyuta ehtiyatları 2019-cu il mayın 31-nə 3,7 milyard ABŞ dolları olub.
May ayında valyuta ehtiyatları 95,5 milyon dollar və ya 2,6 faiz, ilin əvvəlindən mayın 31-dək isə 428,2 milyon dollar və ya 13 faiz artıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.02.2026 [12:03]
“Ford Motor” tarixində ən böyük rüblük zərərini açıqlayıb
- 11.02.2026 [11:40]
ABŞ-da terror şübhəsi ilə 1400-dən çox miqrant saxlanılıb
- 11.02.2026 [11:13]
UNICEF: Dünyada 200 milyondan çox uşaq humanitar yardıma möhtacdır
Azərbaycan nefti cüzi ucuzlaşıb
- [10:26]
Kanadada atışmada 8 nəfər ölüb
- [06:49]
Fransada şərab ixracı azalıb
- [03:26]