DİN: Yollarda təhlükəsizliyin təmin edilməsi üçün qabaqlayıcı tədbirlər görülür
Bakı, 11 fevral, AZƏRTAC
Gözlənildiyi kimi hazırda bir sıra dağlıq və dağətəyi rayonlarda qarın yağması yollarda müəyyən çətinliklər yaradıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əsasən enişli-yoxuşlu yollarda, sərt döngələrdə, körpülərdə, açıq ərazilərdə sürüşmə ehtimalı əhəmiyyətli dərəcədə artıb.
Bildirilib ki, ötən gündən başlayaraq DYP əməkdaşları aidiyyəti qurumlarla birgə yollarda təhlükəsizliyin təmin edilməsi, nəqliyyat axınının tənzimlənməsi üçün qabaqlayıcı tədbirlər görür, sürücülərlə profilaktik izahat işləri aparırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.02.2026 [13:12]
Polis qarlı havada gücləndirilmiş rejimdə xidmət aparır
- 11.02.2026 [11:52]