Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO
Bakı, 30 sentyabr, AZƏRTAC
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin dövriyyəsi və kultivasiyası ilə məşğul olan, eləcə də qanunsuz odlu silah saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlərlə S.İbrahimov, E.İsmayılov və T.Haşımov saxlanılıblar. Onlardan narkotik vasitələr, kultivasiya etdikləri narkotik tərkibli bitkilər və odlu silahlar aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə sözügedən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.