Adil Kərimli: "Azərbaycan Mədəniyyəti - 2040" Konsepsiyası görüləcək işlərin zəruriliyini əsaslandıracaq
Bakı, 11 fevral, Gülay Nəzərova, AZƏRTAC
Mədəniyyət sahəsində kadr potensialının gücləndirilməsi istiqamətində ötən il kifayət qədər əhəmiyyətli işlər görülüb. Mədəniyyət ən vacib sahələrdən biridir. Bu sahənin inkişafı məqsədilə çoxsaylı qərarlar qəbul olunub, müxtəlif tədbirlər həyata keçirilib və mədəniyyət sahəsi daha da gücləndirilib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri mədəniyyət naziri Adil Kərimli fevralın 11-də nazirliyin 2025-ci ildəki fəaliyyətinə həsr olunmuş kollegiya iclasında səsləndirib.
Nazir bildirib ki, bu il qəbul edilmiş "Azərbaycan Mədəniyyəti - 2040" Konsepsiyası mühüm sənəddir. Bu sənəd qarşıdakı dövrdə həyata keçiriləcək islahatların istiqamətini müəyyənləşdirəcək, yol xəritəmizi formalaşdıracaq və görüləcək işlərin zəruriliyini əsaslandıracaq.
Onun sözlərinə görə, mədəniyyət anlayışının kifayət qədər fərqli mənaları var və cəmiyyətdə mədəniyyətə düzgün baxışın formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.11.2026 [20:21]
Vamiq Məmmədəliyev: Ustad görməyən tələbə kamil sənətkar ola bilməz
- 02.11.2026 [18:59]
Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib
- 02.11.2026 [16:13]
“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi
- 02.11.2026 [16:05]
İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO
- 02.11.2026 [16:00]
Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ
- 02.11.2026 [14:38]