Sabah hava əsasən yağmursuz keçəcək
Bakı, 11 fevral, AZƏRTAC
Azərbaycanda fevralın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-2, gündüz 6-9 dərəcə isti olacağı bildirilir. Atmosfer təzyiqi 760 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 60-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 10-15, gündüz 0-5 dərəcə şaxta olacağı bildirilir. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman müşahidə ediləcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti olacaq. Bəzi yolların buz bağlayacağı ehtimalı var.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə az yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman müşahidə ediləcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq. Bəzi yolların buz bağlayacağı ehtimal edilir.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda hava əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq. Bəzi yolların buz bağlayacağı bildirilir.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək, gündüz 6-11 dərəcə isti olacaq. Bəzi yolların buz bağlayacağı ehtimalı var.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 10-15, gündüz 0-5 dərəcə şaxta müşahidə ediləcək. Bəzi yolların buz bağlayacağı ehtimal olunur.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Arabir duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti müşahidə ediləcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz havanın bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-6 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti müşahidə ediləcək. Bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.