Suriyalı pianoçu: Qara Qarayevin musiqisi rəngarəng çalarlara malikdir
Bakı, 11 fevral, A. Axundova, AZƏRTAC
Bu il Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi dahi bəstəkar, akademik, tanınmış alim, pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı Qara Qarayevin anadan olmasının 108-ci ildönümü qeyd olunur.
AZƏRTAC bu münasibətlə dünyanın müxtəlif ölkələrində yaşayan və çalışan musiqiçilər, mədəniyyət və incəsənət xadimləri ilə söhbətlər silsiləsini davam etdirir.
Berlində yaşayan və fəaliyyət göstərən pianoçu, pedaqoq və solist (Suriya) Dialə Hanana Qara Qarayevin yaradıcılığı ilə bağlı təəssüratlarını bölüşüb:
"Dəməşq Konservatoriyasında azərbaycanlı pedaqoq Almaz Mehdiyevadan dərs alarkən, ilk dəfə Qara Qarayevin musiqisi ilə tanış oldum. Onun dərinliyinə və təmkininə, intensivliyinə və melodiyasına heyran qaldım. Bəstəkarın yaradıcılığının canlı və güclü gərginliyi, bütün əsərlərdə eyni dərəcədə ifadə olunmayan milli ruh, yerli intonasiyaların və Avropa formasının qeyri-adi şəkildə sintezi, ərəb ənənələrinə yaxın Şərq melodik çalarları dərhal diqqətimi çəkdi. Qarayevin musiqisinin emosional dərinliyinə qərq oluram. O, rəngarəng çalarları ilə parlayır.
Qarayevin yaradıcılığını yaxından öyrənmək mənə Avropa və Şərq musiqi ənənələrinin bir-birinə necə qarşılıqlı təsir göstərə biləcəyini daha yaxşı başa düşməyə kömək etdi”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:32]
Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir
- 07.08.2026 [15:55]
Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib
- 07.08.2026 [14:43]
Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb
- 07.08.2026 [12:48]
Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova
- 07.08.2026 [11:46]
Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub
- 07.08.2026 [11:12]
Kətanda əbədiləşən Azərbaycan sevgisi
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:44]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:38]