Lerikdə qarın hündürlüyü 25 santimetrə çatıb, bəzi ərazilərdə elektrik enerjisi kəsilib
Lerik, 11 fevral, İlkin Adıyev, AZƏRTAC
Lerikdə qarın hündürlüyü 25 santimetrə çatıb, bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikov məlumat verib.
O qeyd edib ki, Lənkəran–Lerik avtomobil yolu nəqliyyatın hərəkəti üçün açıqdır. Yağıntının intensivliyini nəzərə alaraq 52 saylı Yol İstismar İdarəsinin ağır texnikaları əraziyə cəlb olunub, yolların qardan təmizlənməsi istiqamətində işlər davam etdirilir.
Eyni zamanda, bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişi bərpa olunub. Aidiyyəti qurumların əməkdaşları nasazlıqların aradan qaldırılması üçün tədbirlər görür. Qısa müddətdə enerjinin verilişinin tam bərpası gözlənilir.
Rayon ərazisində qarlı hava şəraiti davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:15]
Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib
- 30.09.2026 [14:11]
Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO
- 30.09.2026 [13:38]
Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb
- 30.09.2026 [13:29]
Xaçmazda məktəblini avtomobil vurub VİDEO
- 30.09.2026 [13:00]
Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB
- 30.09.2026 [11:28]