Premyer Liqa: “Sabah” 50-ci, “Turan Tovuz” 25-ci ev qələbəsini qazanıb
Bakı, 11 fevral, AZƏRTAC
“Sabah” Premyer Liqada 50-ci ev qələbəsini qazanıb.
Peşəkar Futbol Liqasından AZƏRTAC-a bildirilib ki, bu, Misli Premyer Liqasının XIX turuna təsadüf edib. Paytaxt təmsilçisi “Araz-Naxçıvan”ı 4:1 hesabı ilə məğlub edib.
Bakı klubu “50”yə 115-ci matçında çatıb. “Sabah” turnirin tarixində öz meydanında ən azı 50 qələbə qazanan 18-ci komanda olub.
2018/2019-cu illər mövsümündən Premyer Liqada çıxış edən “Sabah” ilk ev qalibiyyətini 2018-ci il sentyabrın 16-da “Qəbələ” üzərində əldə edib – 1:0.
Bundan başqa, bu turda “Karvan-Yevlax”ı qəbul edən “Turan Tovuz” 1:0 hesabı ilə qalib gəlib. Bu, klub tarixinə Premyer Liqadakı 25-ci qələbə kimi düşüb.
Qərb təmsilçisi 63-cü ev sınağında 25-ə çatıb. Tovuz klubu ölkə çempionatlarında ən azı 25 ev qələbəsi əldə edən 30-cu komandadır.
Qeyd edək ki, “Turan Tovuz” 2022/2023-cü illər mövsümündə debüt etdiyi Premyer Liqada ilk ev qələbəsini “Kəpəz” üzərində qazanıb. 2022-ci il sentyabrın 9-da keçirilən matçda meydan sahibləri 2 qola seviniblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.02.2026 [12:30]
"Qarabağ" – "Nyukasl" matçının biletləri satışa çıxarılır
- 11.02.2026 [11:33]
“Arsenal” transfer bazarında ən çox pul itirən klub olub
- 11.02.2026 [11:04]
“Kəpəz”in heç-heçəsiz oyunlar seriyası qırılıb
- 11.02.2026 [10:47]
Şahmat üzrə Azərbaycan çempionatında 1/8 final başlayır
- 11.02.2026 [10:25]
Dünya reytinqi: “Qarabağ” 9, “Sabah” 13 pillə irəliləyib
- 11.02.2026 [10:23]
NBA: Türkiyəli basketbolçunun komandası 3-cü pilləyə yüksəlib
- 11.02.2026 [04:34]
"Napoli" İtaliya Kubokunda mübarizəni dayandırıb
- 11.02.2026 [01:56]
Premyer Liqa: "Çelsi" xal itirib, "Nyukasl" "Tottenhem"ə qalib gəlib
Azərbaycan nefti cüzi ucuzlaşıb
- [10:26]
Kanadada atışmada 8 nəfər ölüb
- [06:49]
Fransada şərab ixracı azalıb
- [03:26]