ABŞ-Azərbaycan Xartiyası müdafiə və enerji sahəsində yeni imkanlar açır - ŞƏRH
Bakı, 11 fevral, Pərvanə Qafarova, AZƏRTAC
ABŞ və Azərbaycan arasında imzalanmış Xartiya (Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya – red.) ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcını qoyur.
Bu barədə AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, COP29-un iqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai bildirib. “Vensin Ermənistana səfəri Ermənistanı Rusiyanın iqtisadi dominantlığından çıxarmaq səylərinin davamı kimi görünürdü, ancaq Azərbaycanla bağlı gündəlik regionumuzun nəqliyyat, enerji və informasiya dəhlizləri ilə bağlı gələcək baxışını əks etdirir”, - deyə Nigar Arpadarai vurğulayıb.
Deputat bildirib ki, Xartiyada diqqətçəkən bir neçə məqam var: “Xartiya müdafiə sahəsində ikitərəfli əməkdaşlıq üçün yol açır. Bu, 907-ci düzəlişin texniki olaraq hələ də ləğv edilmədiyi şəraitdə maraqlıdır. Görünür, ABŞ administrasiyası hesab edir ki, həmin düzəliş artıq öz aktuallığını itirib. Həmçinin ABŞ Orta Dəhlizin əhəmiyyətini təsdiqləyir. Üstəlik, onu interkonnektorlar da daxil olmaqla bütün kommunikasiya növləri kimi anlayır. Xartiyanın mətnində konkret olaraq hansı interkonnektorların nəzərdə tutulduğu açıqlanmasa da, çox güman ki, burada Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın boru kəməri infrastrukturunun birləşdirilməsi də nəzərdə tutulur.
Nigar Arpadarai əlavə edib ki, bu, təəccüblü deyil, çünki TRIPP dəhlizi yalnız regional dəhlizlər məntiqi çərçivəsində iqtisadi məna kəsb edir və həmin dəhlizlərdə mərkəzi mövqeni isə Azərbaycan tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.02.2026 [13:38]
Azərbaycan-ABŞ münasibətlərində yeni, uğurlu səhifə açılıb - ŞƏRH
- 11.02.2026 [13:37]
Deputat: Azərbaycan və ABŞ strateji əməkdaşlığı genişləndirirlər
- 11.02.2026 [13:26]
Fransa mediası ABŞ-ın Vitse-prezidentinin Bakıya səfərindən yazır
- 11.02.2026 [12:52]