DÜNYA


İstanbulda dumanlı hava şəraiti nəqliyyat vasitələrinin işində çətinlik törədir

İstanbul, 21 fevral, AZƏRTAC

İki gündür İstanbulda müşahidə olunan dumanlı hava şəraiti nəqliyyat vasitələrinin işində çətinlik törədir.

AZƏRTAC xəbər verir ki, duman səbəbindən su nəqliyyatının fəaliyyəti dayandırılıb.

Axşam saatlarında duman daha da qatılaşdığı üçün görmə məsafəsi azalıb.

Bu vəziyyət Atatürk və Sabiha Gökçən hava limanlarında uçuşların gecikməsinə və təxirə salınmasına səbəb olub. Bəzi təyyarələr İstanbula yaxın bölgələrdəki hava limanlarına yönləndirilir.

Hazırda şəhərdə dumanlı hava şəraiti davam edir.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.