REGİONLAR


Payız mövsümündə Balakəndə 25 mindən çox yerli tut tingi əkiləcək

Balakən, 5 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Balakən rayonunda baramaçılığın yem bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Yeni tut bağlarının salınması məqsədilə baramaçılıqla məşğul olan təsərrüfatçılara bu günlərdə 25 min 530 ədəd yerli tut tingi paylanılıb. İndiyədək 22 min tingin əkilməsi təmin edilib və əkin davam etdirilir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon İcra Hakimiyyəti aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Turan Dibirov məlumat verib.

Qurum rəsmisi bildirib ki, baramaçılığın inkişafının təmin edilməsində ipəkqurdunun yem bazasının bərpa olunması xüsusi əhəmiyyət kəsb edir. Bu sahənin yem bazasının möhkəmləndirilməsi məqsədilə son illər Balakən rayonunda da zəruri tədbirlər həyata keçirilib. Belə ki, 2016-2019-cu illərdə rayon ərazisində 492 mindən çox tut tingi əkilib. Bunun 276 min ədədi Çin Xalq Respublikasından ölkəmizə gətirilən calaq olunmuş tinglər, 216,7 min ədədi isə yerli tut tingləridir.

Xatırladaq ki, builki mövsümdə balakənli kümçülər 32 tonadək yaş barama istehsal edərək “Azəripək” MMC-yə təhvil veriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.