“Özbək xalq nağılları” kitabı işıq üzü görüb
Bakı, 9 sentyabr, AZƏRTAC
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Şəxsi arxivlərin tədqiqi şöbəsinin elmi işçisi, yazıçı-publisist Xanım Mehdixanlının (Xanımbacı Məlikzadə) rus dilindən tərcümə edərək nəşrə hazırladığı “Özbək xalq nağılları” kitabı işıq üzü görüb.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib.
Nəşrə qardaş özbək xalqının folkloruna aid, Azərbaycan dilində indiyədək çap olunmamış on dörd nağıl rus dilindən tərcümə edilərək daxil olunub. Nağıllar müxtəlif mövzuları əhatə edir.
Qeyd edək ki, yeni nəşrin redaktoru filologiya üzrə fəlsəfə doktoru Leyla Kərimova, rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Əli Əliyevdir. Kitab I Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:44]
BMU-ya yeni qəbul olunan tələbələrlə tanışlıq görüşlərinə başlanılıb
- 09.09.2026 [15:22]
Hikmət Quliyev: Türkoloji Qurultayın 100 illiyi elmi əlaqələri gücləndirir
- 09.09.2026 [14:41]