CƏMİYYƏT
Qahirə şəhərində Anım Gününə həsr olunmuş “Qarabağ, Azərbaycan” kitabı dərc olunub
Bakı, 4 oktyabr, AZƏRTAC
Misirdəki Azərbaycan diasporunun təşəbbüsü ilə Qahirə şəhərində 27 sentyabr – Anım Gününə həsr olunmuş “Qarabağ, Azərbaycan” adlı kitab nəşr olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, kitab Misir və ərəb dünyasını Azərbaycanın qəlbi hesab olunan Qarabağ torpağı ilə yaxından tanış etmək məqsədilə hazırlanıb. Kitabın müəllifləri – Azərbaycan Diasporu Gənclərinin Misirdəki koordinatoru Səbinə Sultan və gənc alim-ixtiraçı, Beynəlxalq İSEF və “Genius” Olimpiadasının laureatı Sandi Salem, baş redaktoru Azərbaycan diasporunun sədr müavini Sədaqət Əliəşrəfdir. Kitaba rəyi şərqşünas və tarixçi, Ain Şəms Universitetinin professoru, Dr.Ahmed Helmi yazıb.
Qeyd edək ki, “Qarabağ, Azərbaycan” kitabı Qahirə şəhərinin kitabxanalarına və təhsil ocaqlarına hədiyyə olaraq paylanılır.