SİYASƏT


Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

Bakı, 24 dekabr, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə 60 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, məktubda Prezident İlham Əliyevin ən mürəkkəb vəziyyətlərdə belə ölçülüb-biçilmiş, uzaqgörən qərarlar qəbul etməyi bacaran müdrik və təcrübəli dövlət xadimi olduğu, Azərbaycanın iqtisadi, sosial və digər sahələrdə əldə etdiyi uğurların hamı tərəfindən etiraf edildiyi vurğulanır.

Təbrik məktubunda deyilir: “Siz haqlı olaraq, istər həmvətənləriniz arasında, istərsə də beynəlxalq aləmdə ən mürəkkəb vəziyyətlərdə belə ölçülüb-biçilmiş, uzaqgörən qərarlar qəbul etməyi bacaran müdrik və təcrübəli dövlət xadimi kimi nüfuz qazanmısınız. Sizin rəhbərliyinizlə Azərbaycanın iqtisadi, sosial və digər sahələrdə əldə etdiyi uğurlar hamı tərəfindən etiraf olunur.

Bizim yoldaşlıq münasibətlərimizi yüksək qiymətləndirirəm. Rusiya-Azərbaycan strateji tərəfdaşlığının daha da inkişaf etdirilməsi, həmçinin regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi naminə Sizinlə konstruktiv, məzmunlu dialoqun və sıx birgə fəaliyyətin davam etdirilməsinə şad olaram”.

Rusiya Prezidenti azərbaycanlı həmkarına möhkəm cansağlığı, firavanlıq və uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.