REGİONLAR
Şəkidə quru tütün istehsalı 173 ton artıb
Şəki, 10 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki rayonunun təsərrüfatlarında tütün yığımı başa çatıb. Builki mövsümdə rayonda 3815 ton quru tütün istehsal olunub. Qurudulmuş tütünün 3200 tonu indiyədək tədarük müəssisələri tərəfindən alınıb və proses davam edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Xatırladaq ki, bu il Şəki rayonunun təsərrüfatlarında 1108 hektar sahədə tütün əkilib. Torpaq mülkiyyətçiləri cari mövsümdə 598,5 hektar sahədə “Virciniya botaniki”, 509,5 hektarda isə yerli tütün sortları yetişdiriblər. Rayonda fəaliyyət göstərən “Azərtütün ASK” MMC-yə məxsus tütün istehsalı və emalı məntəqəsi bu il fermerlərdən 5 min tondan çox yaşıl tütün kütləsi qəbul edib.
Qeyd edək ki, ötənilki mövsümdə şəkili fermerlər 1061 hektar sahədən 3 min 642 ton quru tütün əldə etmişdilər.