TƏRLAN NÖVRƏSLİNİN “SƏRAB” KİTABININ TƏQDİMATI OLMUŞDUR
Bakı, 27 oktyabr (AZƏRTAC). Oktyabrın 27-də Prezidentin İşlər İdarəsinin kitab evində gənc şair Tərlan Növrəslinin “Sərab” kitabının təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə xalq artisti Əminə Yusifqızı, şair Vahid Əziz, əməkdar artist Aybəniz Haşımova və digər çıxış edənlər Tərlan Növrəslinin yaradıcılıq yolundan, özünəməxsus üslubundan danışmışlar.
Türkiyədə Şərq üslubunda, nəfis tərtibatla, 1500 tirajla çap olunan “Sərab” kitabındakı poeziya nümunələri anaya məhəbbəti, Vətənə sevgini, torpağa bağlılığı tərənnüm edir. Kitabda gənc şairin bir-birindən maraqlı “Bakı-Bakı”, “Ata və oğul”, “Qocalıram yaza-yaza”, “Can ana”, Düşüncələrim...”, “İstəmirəm, sevmə məni” və digər şeirləri çap olunmuşdur.
Vurğulanmışdır ki, gənc şair həm də Türkiyədə keçirilən “Pop Star” musiqi yarışmasının finalçısı olmuşdur. Tərlan Növrəsli qardaş ölkədə Azərbaycan diasporunun təşkil etdiyi tədbirlərdə yaxından iştirak edir, şeirləri Azərbaycan və Türkiyə mətbuatında mütəmadi dərc olunur.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.02.2026 [12:53]
Suriyalı pianoçu: Qara Qarayevin musiqisi rəngarəng çalarlara malikdir
- 11.02.2026 [11:43]
Nazir müavini: Ötən il 850 mindən çox kitab elektronlaşdırılıb
- 11.02.2026 [10:24]
Şəhid leytenanta həsr olunmuş kitab - “9-cu mərtəbə”
Azərbaycan nefti cüzi ucuzlaşıb
- [10:26]
Kanadada atışmada 8 nəfər ölüb
- [06:49]
Fransada şərab ixracı azalıb
- [03:26]