İDMAN
UEFA Çempionlar Liqası: “Mançester Siti” klubu “Şalke”nin qapısından 7 cavabsız top keçirib
Bakı, 13 mart, Nicat Məmmədov, AZƏRTAC
Martın 12-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Ettihad” stadionunda baş tutan görüşdə İngiltərənin “Mançester Siti” klubu doğma azarkeşlər önündə Almaniyanın “Şalke” komandasını qəbul edib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb - 7:0.
Pep Qvardiolanın yetirmələrindən Serxio Aqüera (35, 38), Leroy Sane (42), Rahim Sterlinq (56), Bernardo Silva (71), Fil Foden (78) və Qabriel Xesus (84) fərqləniblər.
Səfərdə də 3:2 hesabı ilə qalib gələn ingilislər iki oyunun nəticəsinə əsasən UEFA Çempionlar Liqasının dörddəbir finalına vəsiqə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [17:14]
Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb
- 25.04.2024 [17:01]
Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb
- 25.04.2024 [16:34]
Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb
- 25.04.2024 [16:27]
Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar
- 25.04.2024 [16:22]
“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik
- 25.04.2024 [14:12]