UEFA Çempionlar Liqası: “Yuventus” “Atletiko Madrid”ə məğlub olub
Bakı, 21 fevral, AZƏRTAC
UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, mərhələnin mərkəzi qarşılaşması sayılan “Atletiko Madrid” doğma azarkeşlər önündə İtaliyanın “Yuventus” komandasını qəbul edib. Görüş madridlilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində Xose Gimenez (78) və Dieqo Qodin (83) fərqləniblər.
Mərhələnin digər oyunu Almaniyada keçirilib. “Şalke” - “Mançester Siti” (İngiltərə) oyunu qonaqların 2:3 hesablı qələbəsi ilə başa çatıb.
Komandalar arasında cavab görüşləri martın 14-də keçiriləcək.