MƏDƏNİYYƏT


Üç ölkənin opera ulduzları Bakıda eyni səhnəni bölüşüb

Bakı, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Cakomo Puççininin “Bohema” operası nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, səhnə əsərini tanınmış italiyalı dirijor Lorenso Tassyeri idarə edib. Opera tamaşasında Mimi partiyası teatrın aparıcı solisti - Əməkdar artist, “Humay” milli mükafatının laureatı Afaq Abbasova tərəfindən ifa olunub.

Bundan başqa, operada əsas partiyalardan olan Rudolf və Marselini Özbəkistanın Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Ramiz Usmanov və Belarusun Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Qromov ifa edib.

Səhnə əsərində, həmçinin Xalq artistləri Əli Əsgərov (Alsindor) Əkrəm Poladov (Kollen),Əməkdar artistlər İnarə Babayeva (Müzetta), Tural Ağasıyev (Şonar) və Əliəhməd İbrahimov (Parpinol) çıxış ediblər.

Opera ulduzlarının məharətli çıxışı səhnə əsərini daha baxımlı edib, opera maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.