REGİONLAR


Ukraynalı fotoqraf: Gəncədə Ermənistanın dinc sakinlərə qarşı həyata keçirdiyi terrordan dəhşətə gəldik

Gəncə, 26 yanvar, Elcan Məmmədov, AZƏRTAC

Biz Ağdam, Şuşa kimi işğaldan azad olunmuş ərazilərə də baş çəkdik. Çoxlu dağılmış evlər, abidələr və yollar gördük. Gəncədə gördüklərimiz isə bizə çox pis təsir etdi, dəhşətə gəldik.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Gəncədə Ermənistanın günahsız mülki insanlara qarşı həyata keçirdiyi raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış olan ukraynalı fotoqraf Sergey Kiork deyib.

Fotoqraf burada çəkdiyi şəkillərlə erməni terrorunu informasiya portallarında işıqlandıracağını bildirib: “Bizə dedilər ki, burada baş çəkdiyimiz əraziyə raket hücumlarında 12 dinc sakin həlak olub. Təbii ki, çox kədərləndik. Çoxlu şəkillər çəkdik və bu şəkilləri həm də saytlarda paylaşacağam”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.