Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1995-ci ilin fevralı

Bakı, 15 dekabr, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

5 fevral. Görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun müəllif gecəsində çıxış etdi.

6 fevral. Respublikanın müdafiə qüdrətinin möhkəmləndirilməsi məsələlərinə həsr olunmuş müşavirə keçirdi.

7 fevral. “Azərneftyağ” İstehsalat Birliyində yeni “ELOU-AVT-2” qurğusunun açılış mərasimində iştirak etdi.

9-10 fevral. MDB ölkələri dövlət başçılarının növbəti toplantısında iştirak etmək üçün Almatıda səfərdə oldu.

12 fevral. Prezident sarayında təhsil işçilərinin bir qrupu ilə görüşdə çıxış etdi.

16 fevral. ABŞ televiziya şirkətlərinə müsahibə verdi.

18 fevral. Respublikada fəaliyyət göstərən siyasi partiyaların nümayəndələri ilə görüş keçirdi.

20 fevral. “Qadın Azərbaycan təsviri sənətində” mövzusuna həsr olunmuş sərginin açılış mərasimində iştirak etdi. Prezident sarayında Azərbaycanda yaşayan ləzgilərin nümayəndələri ilə görüşdü.

24 fevral. İngiltərə jurnalistlərinə müsahibə verdi.

25 fevral. Xocalı soyqırımının üçüncü ildönümü münasibətilə Azərbaycan xalqına müraciət etdi.

26 fevral. Xocalı faciəsinin üçüncü ildönümü ilə əlaqədar Təzəpir məscidində və Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında keçirilən mərasimlərdə çıxış etdi.

X X X

Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan mədəniyyətinin inkişafına yüksək diqqət və qayğı ilə yanaşırdı. Bunun nəticəsində Azərbaycan mədəniyyəti öz yüksəliş dövrünü yaşayırdı. 1995-ci il fevralın 5-də görkəmli bəstəkar Arif Məlikovun müəllif gecəsində iştirak edən Heydər Əliyev öz nitqində bu çətin dövrdə də mədəniyyətimizin, incəsənətimizin yaşadığını, inkişaf etdiyini, incəsənətimizi yaradan istedadlı, görkəmli şəxsiyyətlərin Azərbaycan mədəniyyətini dünyaya nümayiş etdirdiklərini söylədi: “Bir azərbaycanlı kimi mən öz xalqımın nailiyyətləri ilə, - harada oluramsa-olum, - fəxr etmişəm. Xalqımızın incəsənət, mədəniyyət sahəsində nailiyyətləri Vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Mən bununla daim fəxr etmişəm”.

Ölkəmizdə neft sənayesinin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır. Fevralın 7-də “Azərneftyağ” İstehsalat Birliyində respublika inşaatçılarının Cənubi Koreyanın “Laki İnjinirinq” Şirkəti ilə birlikdə quraşdırdıqları yeni “ELOU-AVT-2” qurğusunun açılış mərasimində çıxış edən Ulu Öndər "Əsrin müqaviləsi"nin Azərbaycanın təkcə bugünü üçün deyil, gələcəyi üçün də çox böyük əhəmiyyət daşıdığını vurğuladı: “Bilirsiniz ki, biz artıq müstəqil bir dövlət kimi öz sərvətlərimizin, öz taleyimizin sahibiyik. Bunlara əsasən biz Azərbaycanın ən böyük sərvətlərindən biri olan neftdən istifadə məsələsini özümüz həll edirik. Sizə məlum olduğu kimi, keçən ilin sentyabrında Xəzər dənizinin Azərbaycan Respublikasına aid sektorundakı üç yatağın birgə işlənməsi və istismarı haqqında dünyanın böyük neft şirkətləri ilə müqavilə imzalamışıq. Bu müqavilə indi "Əsrin müqaviləsi" adlandırılır. Ona uyğun olaraq Azərbaycan 30 il müddətində müasir texnika və texnologiyalardan istifadə edərək, bu yataqlardan müştərək surətdə neft çıxaracaq və ölkəmizdə neft hasilatı ildən-ilə artacaqdır”.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasının prioritet istiqamətlərdən biri də təhsilin inkişafı idi. Təhsil sahəsinin milli məqsədlər, mənafelər əsasında qurulmalı olduğunu deyən Ulu Öndər təhsil siyasətinə dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaşırdı. Fevralın 12-də Prezident sarayında təhsil işçilərinin bir qrupu ilə görüşündəki çıxışda Ümummilli Lider Heydər Əliyev təhsil sahəsində yaranmış mürəkkəb vəziyyətdən və problemlərdən, həmçinin qarşıda duran vəzifələrdən danışdı. Görüşdə iştirak edən təhsil işçilərinin fikirlərini dinlədi, onlarla fikir mübadiləsi apardı.

Ümummilli Lider multikulturalizmi Azərbaycanın demokratik inkişafının mühüm tərkib hissəsi hesab edir, ölkə ərazisində yaşayan bütün xalqların hüquq və azadlıqlarının, eləcə də etnik-mədəni dəyərlərin qorunmasına xüsusi diqqət göstərirdi. Bu baxımdan, fevralın 20-də Prezident sarayında ölkəmizdə yaşayan ləzgilərin nümayəndələri ilə keçirdiyi görüş diqqət çəkir. Görüşdə çıxış edən Ümummilli Lider respublikamızın çoxmillətli, beynəlmiləl dövlət olmasını Azərbaycanın müsbət xüsusiyyətlərindən biri kimi dəyərləndirdi.

Sitat: “Mən prezident seçilərkən də, prezident vəzifəsini həyata keçirməyə başlayarkən and içdiyim zaman da əsas andlarımdan biri bu olub ki, mən milli mənsubiyyətindən, dilindən, dinindən, siyasi dünyabaxışından asılı olmayaraq, respublikanın bütün vətəndaşlarının hüquqlarının qorunmasının təminatçısı kimi çıxış edəcəyəm. Biz bu siyasəti ardıcıl surətdə həyata keçiririk və həyata keçirəcəyik...

Respublikamızın əhalisinin tam əksəriyyəti azərbaycanlıdır. "Azərbaycanlı" məfhumu çox genişdir. Düzdür, azərbaycanlıların minillik kökünə baxsan, bir qismi o kökdən, bir qismi bu kökdən gəlib. Amma onlar hamısı əsrlər boyu azərbaycanlı kimi formalaşıb. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da - bütünlükdə hamısı azərbaycanlıdır. Bu “azərbaycanlı” sözü bizi həmişə birləşdirib”.

Bir çox milli faciələrimiz kimi, Xocalı soyqırımına da siyasi-hüquqi qiymətin verilməsi Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə gəlişindən sonra mümkün oldu. 1994-cü ildə onun təşəbbüsü ilə Milli Məclis “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul etdi. Xocalı Soyqırımının üçüncü ildönümü ilə əlaqədar fevralın 26-da Təzəpir məscidində və Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında keçirilən mərasimlərdə iştirak edən Heydər Əliyev çıxışında bu qanlı hadisələri xalqımızın ürəyinə sancılan süngüyə bənzətdi. Eyni zamanda, qətiyyətlə bildirdi ki, bu kimi faciələr Azərbaycan xalqının iradəsini sındırmayıb və sındıra bilməyəcək.

Sitat: “O dəhşətli gecədə Azərbaycan xalqının ürəyinə bir süngü taxıldı. O süngü indiyədək bizi sızıldadır. Bu yara hələ sağalmayıb, bağlanmayıb, bu yara qəlbimizdə həmişə olacaqdır. Qeyd etdiyim kimi, gecə vaxtı dinc əhaliyə hücum etmək, uşağı, qadını, qocanı, xəstəni vəhşicəsinə yerindəcə məhv etmək, öldürmək və onlara görünməmiş qəddarlıqla əzab-əziyyət vermək düşmənlərimizin nə qədər vəhşi olduğunu bir daha sübut edir...

Xocalı faciəsi bizim dərdimizdir, kədərimiz, qəmimizdir. Ancaq, eyni zamanda, Azərbaycan xalqının əsrlər boyu keçdiyi mübarizə yolu, milli azadlıq yolu şanlı, uğurlu yoldur. Keçmişdə də bizim yolumuzda çətinliklər olub. Çətinliklər bu gün də var. Ancaq heç bir şey Azərbaycan xalqının iradəsini sındırmayıb və sındırmayacaqdır. Biz belə hadisələrdən onu götürməliyik ki, daha da cəsur olmalıyıq, daha da mətin, daha da bir olmalıyıq. Dərk etməliyik ki, biz özümüz öz taleyimizin sahibi olduğumuz kimi, özümüz də öz taleyimizi, öz müstəqilliyimizi qorumalı, Allahın bizə buyurduğu yolla gedərək öz yolumuzu açmalı və bu yolla irəliləməliyik”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “Azercell” məşhur oyun platforması “Steam” ilə eksklüziv əməkdaşlığa başlayır

Britaniyada məzunlar üçün iş bazarı rekord səviyyədə zəifləyib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

Tam orta təhsil bazasında kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

Azərbaycan Milli Xalça Muzeyi Budapeştdə keçirilən 40-cı Beynəlxalq Xalq Sənətkarları Festivalında iştirak edib

Rusiyanın bir neçə regionunda “Ozon” şirkətinin anbarları dronların hücumuna məruz qalıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 84 nəfər saxlanılıb

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Tullantılardan hazırlanan 200 kiloqramlıq “cəngavər” - REPORTAJ

Azərbaycan və Koreya yaşıl enerjinin ötürülməsi üzrə əməkdaşlıq imkanlarını dəyərləndirib

Fransada büdcə böhranı təhlükəsi: DGFiP-dən sərt xəbərdarlıq

Yanvar-iyul aylarında əlilliyi olan 85 min şəxsə reabilitasiya xidmətləri göstərilib

DİM “Abituriyent” jurnalının 5-ci nömrəsini nəşr edib

Fernando Alonso unikal nailiyyətə imza atıb

Azərbaycan nümayəndə heyəti Buxara “Ark” Qalasına gəlib

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda yeni ünvan verilən daşınmaz əmlak obyektlərinin sayı 35 faiz artıb

Sabirabadda ağır yol qəzası: 1 ölü, 2 yaralı

Bütün sosial ödənişlər avqustun 25-də yekunlaşdırılacaq

ABŞ-də keçirilən tennis turnirinin qalibləri müəyyənləşib

Ukraynanın Prezidenti Zati-aliləri cənab Volodimir Zelenskiyə

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iqtisadi münasibətlər üçün yeni imkanlar yaradıb – ŞƏRH

Qazaxıstan MSK Qurultaya seçkilərin ilkin nəticələrini açıqlayıb

Rəqabət sahəsi üzrə təkmilləşdirilən hüquqi çərçivə və bazar rəqabətini təşviq edən qaydalar müzakirə olunub

Qızılın qiyməti 3 ayın ən yüksək həddini keçib

“Neftçi” Azərbaycan çempionatlarında 300-cü ev qələbəsini qazanıb

“Neftçi” U-15 dünya çempionatı üçün ilk seçim turnirinin qalibi olub

Özbəkistan millisinin sabiq futbolçusu: Azərbaycanla idman sahəsində əməkdaşlıq yeni, daha yüksək mərhələyə yüksəlir

Azərbaycan və Özbəkistan münasibətləri yeni tarixi mərhələ astanasında ŞƏRH

Böyük Britaniyanın Baş naziri Kiyevdə Ukraynaya yeni dəstəyi açıqlayacaq

Avropa çempionatı: Azərbaycanın voleybol millisi Rumıniyanı sınağa çəkəcək

Magistraturanın boş qalan plan yerlərinə qəbul elan edilir

Mövsümdə ilk, “Neftçi” üçün 150-ci böyükhesablı qələbə

Azərbaycan millisinin voleybolçusu: Hər oyun qızıl dəyərindədir

“Magistr” jurnalının 6-cı nömrəsi nəşr olunub

Samuxda fitosanitar monitorinqlər aparılıb

Bakının parklarında açıq hava konsertləri davam edir

® Səfir Lu Mey Oğuz, Şəki və Qəbələdəki müəssisələri ziyarət edib

“Netflix”, “eBay” və “Anthropic” Azərbaycanda vergi uçotuna alınıb - EKSKLÜZİV

Bakıda ilk dəfə “IRONMAN 70.3” triatlon yarışı keçiriləcək VİDEO

Bakıda ilk dəfə “IRONMAN 70.3” triatlon yarışı keçiriləcək VİDEO

Astara və Lənkəranda sahibkarların müraciətləri dinləniləcək

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Neft qiymətləri ucuzlaşır VİDEO

Neft qiymətləri ucuzlaşır VİDEO

Milli Məclisin deputatları Qazaxıstandakı seçki prosesini izləyiblər

Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib

BDYPİ-dən yol hərəkəti iştirakçılarına müraciət: Sükan arxasında telefondan istifadə etməyin

Baba sənətinin layiqli davamçısı - halvaçı Əfülfəz Nadiroğlu

Bu gün paytaxtın və regionların bir hissəsi işıqsız qalacaq

Paytaxtın hansı yollarında nəqliyyatın sıxlığı müşahidə olunur? - siyahı

ABŞ-də uşaqlar arasında ikinci tip diabetin yayılması 10 dəfə artıb

ABŞ İrana qarşı “maliyyə hücumu”na başlayır

İzmirdə 2200 litr saxta spirtli içki müsadirə edilib

Polşa ordusu üçün minlərlə “Piorun” zenit-raket kompleksi alacaq

Rusiyada qadağan olunmuş qida əlavələri satan 37 minə yaxın sayt bloklanıb

Kral III Çarlz dünyanın ən uzun sahil yolunun açılışını edib

Media: Tramp sentyabrda İrlandiyaya səfər edəcək

Ukrayna və Finlandiya birgə dron istehsalına başlayır

Qvineyada torpaq sürüşməsi nəticəsində 30-dan çox insan həlak olub

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub YENİLƏNİB VİDEO

Türkiyədə meşə yanğını ilə bağlı on iki şübhəli həbs edilib

Mil-Muğan regionunda “Şəhərdən kəndə mədəniyyət karvanı” layihəsinə start verilib

Norveç kralı V Haraldın səhhəti pisləşib

İran Hörmüz boğazından keçid qaydalarını sərtləşdirir

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Xalq artisti Tofiq Bakıxanov vəfat edib

Prezident İlham Əliyev: “Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir

Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək

Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib YENİLƏNİB VİDEO

Qazaxıstanda Qurultay seçkiləri: “Ədalət” partiyası 71,8 faiz səs toplayıb

Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub VİDEO

Belarus və Şimali Koreya arasında vizasız rejim tətbiq olunacaq

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar VİDEO

Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanışlıq VİDEO

Premyer Liqa: “Neftçi” 3 xalı darmadağınla qazanıb

Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatının son günündə iki medal qazanıblar

Naxçıvanda yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər xəsarət alıb

Mustafa Aşurov: Azərbaycan–Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var

Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib YENİLƏNİB VİDEO

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 qızıl medal qazanıb

Voleybol millisinin kapitanı: Komanda yoldaşlarım əla mübarizə apardılar

Eldor Şermanov: Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr xalqlarımızın yaxınlığını daha da möhkəmləndirir VİDEO

Eldor Şermanov: Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr xalqlarımızın yaxınlığını daha da möhkəmləndirir VİDEO

Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli

Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir

Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub VİDEO

Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir

Əbədi dostluq haqqında Müqavilə: Azərbaycan-Özbəkistan qardaşlığının möhkəm təməli

Azərbaycan Premyer Liqası: “Turan Tovuz” ilə “Şamaxı” komandasının qarşılaşması heç-heçə başa çatıb

Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub YENİLƏNİB VİDEO

Media əməkdaşlığı Azərbaycan və Özbəkistan xalqlarının ortaq dəyərlərini auditoriyaya çatdırmağa imkan yaradır  ŞƏRH  VİDEO

Media əməkdaşlığı Azərbaycan və Özbəkistan xalqlarının ortaq dəyərlərini auditoriyaya çatdırmağa imkan yaradır ŞƏRH VİDEO

Azərbaycanın və Özbəkistanın Xalq artisti: Bu adı daşımaq böyük qürur olmaqla yanaşı, sənət qarşısında ciddi məsuliyyətdir

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib

Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var

Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib

Voleybol üzrə Avropa çempionatı: Azərbaycan millisi İspaniyaya qalib gəlib

Prezident İlham Əliyev: Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub

Prezident: Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

Bu saata olan əsas xəbərlər