Voleybol üzrə Avropa çempionatı: Azərbaycan millisi İspaniyaya qalib gəlib
Bakı, 23 avqust, AZƏRTAC
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının C qrupunda növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Faiq Qarayevin başçılıq etdiyi yığma İspaniya ilə qarşılaşıb. Milli Gimnastika Arenasında təşkil olunan oyun komandamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan millisi turnirdəki ilk matçında Portuqaliya yığmasına 3:1 hesabı ilə qalib gəlib. İspaniya komandası isə ilk matçda Belçikaya məğlub olub - 2:3.
Qeyd edək ki, qadın voleybolçular arasında Avropa çempionatına Azərbaycanla yanaşı, Türkiyə, İsveç və Çexiyada ev sahibliyi edir. Bakıda C qrupunun oyunları keçirilir. Bu qrupda Azərbaycan, Niderland, İspaniya, Belçika, Portuqaliya və Rumıniya milli komandaları mübarizə aparırlar. C qrupunun matçlarına avqustun 28-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2026 [17:40]
“Fənərbağça”nın 2 futbolçusu “Lyon”la cavab oyununu buraxacaq
- 23.08.2026 [15:33]
Manuel Noyer tarixdə ən çox titul qazanan alman futbolçu olub
- 23.08.2026 [14:22]
Çempionlar Liqası: “Sabah” – “Hapoel” oyunu rumıniyalı hakimlərə tapşırılıb
- 23.08.2026 [13:45]
Voleybol üzrə Avropa çempionatı: Azərbaycan millisi İspaniyaya qarşı
- 23.08.2026 [13:28]
ABŞ-də keçirilən tennis turnirinin finalçıları müəyyənləşib
- 23.08.2026 [13:16]
Azərbaycanın MMA döyüşçüləri dünya çempionatında gümüş medal qazanıblar
- 23.08.2026 [12:18]