Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Xalqa bağışlanmış ömürdən anlar: 2001-ci ilin oktyabrı

Bakı, 19 avqust, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

2 oktyabr. Prezident Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin 10-cu ildönümünə həsr edilmiş müşavirədə nitq söylədi.

3 oktyabr. Almaniya Federativ Respublikasının milli bayramı münasibətilə təşkil olunmuş rəsmi qəbulda iştirak etdi.

10 oktyabr. Türk Dünyası Yazıçılar və Sənətçilər vəqfinin (TÜRKSAN) “Türk Dünyasının Xüsusi Mükafatı”na layiq görüldü.

12 oktyabr. Bakıda Puşkinin abidəsinin açılış mərasimində çıxış etdi.

13 oktyabr. SSRİ Xalq artisti Rəşid Behbudovun xatirə gecəsində nitq söylədi.

16 oktyabr. Ukrayna xarici işlər naziri Anatoli Zlenkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

17 oktyabr. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 10-cu ildönümünə həsr olunmuş mərasimdə nitq söylədi.

18 oktyabr. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 10-cu ildönümü münasibətilə təşkil olunmuş rəsmi qəbulda çıxış etdi.

20 oktyabr. BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Marko Barsottini qəbul etdi.

21 oktyabr. Türkiyənin xarici işlər naziri İsmayıl Cemin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

23 oktyabr. ATƏT-in Parlament Assambleyasının sədri Adrian Severinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

26 oktyabr. Dövlət büdcəsinin layihəsinin müzakirəsinə həsr olunmuş geniş müşavirə keçirdi.

X X X

2001-ci ilin oktyabrı Azərbaycan tarixində dövlət müstəqilliyinin bərpasının 10 illik yubileyi ilə əlamətdar oldu. Yubileyin geniş qeyd olunmasına xüsusi önəm verən Prezident Heydər Əliyev oktyabrın 2-də və oktyabrın 17-də bununla bağlı keçirilən tədbirlərdə, oktyabrın 18-də isə bu münasibətlə təşkil olunmuş rəsmi qəbulda nitq söylədi.

Dövlət müstəqilliyinin bərpasının on illiyinin qeyd edilməsi ilə bağlı mart ayında imzaladığı Fərmandan ötən dövr ərzində görülmüş işləri müsbət qiymətləndirən Ulu Öndər qarşıda duran vəzifələrdən də danışdı. Müstəqilliyin onillik tarixinin dərindən araşdırılmalı olduğunu vurğulayaraq, tarixçi alimlər üçün bir növ yol xəritəsinə bənzər vəzifələr müəyyənləşdirdi: “Bəlkə də bu on ilin gündəliyi yazılmalıdır. Hansı gün nə olub, Azərbaycan hansı gün nə vəziyyətdə olubdur, hansı gün nə fəlakət qarşısında olubdur. Çünki bu dövr, zaman gələcək, Azərbaycan müstəqil bir dövlət kimi daha da möhkəmlənəcək, iqtisadi cəhətdən inkişaf edəcək, Azərbaycan möhkəm və qüdrətli bir dövlət olacaqdır. Ancaq gələcək nəsillər də gərək bunu unutmasınlar. Ona görə də bu on il təhlil edilməlidir. İndi bizim tarixçilər adətən keçmiş əsrləri təhlil edirlər, əsərlər yazırlar, elmi dərəcələr alırlar. Buna etiraz yoxdur, çünki tariximizin hər səhifəsi bizim üçün əhəmiyyətlidir. Ancaq tariximizin bu səhifəsi, bu on illik səhifəsi, hesab edirəm ki, bizim xalqımız üçün və gələcək nəsillər üçün ən əhəmiyyətli bir dövrdür. O mənada ki, faciəli dövrdür, ağır dövrdür, amma eyni zamanda, bu dövrü bizim xalqımız öz müdrikliyi ilə, öz iradəsi ilə yaşadı və bu çətinliklərdən çıxdı. Ona görə də sizin bu kitablarınız davam etməlidir”.

Ümummilli Lider vurğuladı ki, bu on ilə heç də çəhrayı eynək arxasından baxılmamalı, tarix olduğu kimi yazılmalıdır.

Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə mədəniyyətin və incəsənətin inkişafını diqqətdə saxlayırdı. Onun hakimiyyəti illərində yaradıcı insanların yubiley və xatirə gecələrinin keçirilməsi ənənəyə çevrilmişdi. Bu tədbirlərin əksəriyyətində şəxsən iştirak edən Heydər Əliyevin dərin məzmunlu çıxışları həm mədəniyyət xadimləri, həm də ictimaiyyət tərəfindən böyük maraqla qarşılanırdı. Belə tədbirlərdən biri də 2001-ci il oktyabrın 13-də dünyaşöhrətli müğənni, SSRİ Xalq artisti Rəşid Behbudovun xatirə gecəsi oldu. Mərasimdə nitq söyləyən Ulu Öndər görkəmli müğənni haqqında xatirələrini bölüşməklə yanaşı, Rəşid Behbudov sənətinin əsas xüsusiyyətlərini bu sahənin bilicisi kimi dərindən şərh etdi.

Sitat: Rəşid Behbudov bizim qədim xalq mahnılarını elə müasirləşdirirdi, elə gözəl ifa edirdi ki, adam heyran qalırdı - bu, qədim xalq mahnısıdır, ya müasir estrada mahnısıdır. O, heç vaxt öz milli köklərindən ayrılmamışdır. Onun o dövrdə ifa etdiyi mahnıların hamısı milli xarakter daşımışdır. Azərbaycanın milli folklorundan, xalq dilindən gələn sözləri mahnılarında o qədər şirin, o qədər məharətlə ifa edirdi ki, adamı ikiqat, üçqat sevindirirdi, mənəvi zövq verirdi...

Bir sənətkar kimi Rəşid Behbudovun xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, gözəl səsi ilə yanaşı, mahnının sözlərini də gözəl tələffüz etmək qabiliyyəti var idi. Bəzən mahnını oxuyurlar, sözlər bir-birinə toqquşur, qavramaq mümkün olmur. Amma Rəşid Behbudov, ümumiyyətlə, bütün mahnıları ifa edərkən, sözləri o qədər aydın, səlis, o qədər düzgün tələffüz edirdi ki, bu, onun sənətini daha da yüksəldirdi.

Qeyd etdiyimiz kimi, 2001-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 10-cu ildönümü münasibətilə rəsmi qəbul keçirildi. Heydər Əliyev tədbirdəki dərin məzmunlu çıxışında xalqımızın müstəqilliyik tarixindən, müstəqil Azərbaycanın on ildə keçdiyi çətin və mürəkkəb, eyni zamanda, şərəfli yoldan danışdı, demokratik dövlət quruculuğunun möhkəm təməllərinin qoyulduğunu qeyd edərək, qarşıda duran işlərlə bağlı fikir və düşüncələrini bölüşdü.

X X X

Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin 10-cu ildönümü münasibətilə təşkil olunmuş rəsmi qəbuldakı nitqindən

• Tarixin səhifələri bütün dünyaya göstərir ki, Azərbaycan xalqı hələ 1918-ci ildə öz müstəqilliyini bəyan edərək öz dövlətini qurmuş, müstəqil yaşamağa başlamışdı. Ancaq sonra bu itirildi. 1991-ci ildə Sovetlər İttifaqının dağılması ilə əlaqədar olaraq, Sovetlər İttifaqına mənsub olan 15 müttəfiq respublikanın hamısı öz dövlət müstəqilliyini bəyan etdi və müstəqil dövlət kimi dünya birliyinə daxil oldu.

• Biz 1991-ci il oktyabrın 18-də ölkəmizin müstəqilliyi haqqında Konstitusiya aktını qəbul etməklə, bütün dünyaya bəyan etdik ki, Azərbaycan müstəqil dövlətdir. Biz on ildir ki, müstəqil dövlət kimi yaşayırıq. Bu illər ərzində çətin və olduqca şanlı, şərəfli yol keçmişik.

• Xalqımız azad yaşayır, öz taleyinin sahibidir və Azərbaycan xalqının dünya xalqları içərisində imzası var. Azərbaycan artıq on il müstəqil dövlət kimi yaşayaraq imtahanlardan keçibdir.

• Mən tam əminəm ki, biz on il böyük yol keçərək, ağır yol keçərək müstəqilliyimizi qoruyub saxlaya bildiksə, onu möhkəmləndirə bildiksə, Azərbaycanda müstəqil, demokratik, hüquqi dövlət yarada bildiksə, bu dövlətin bütün təsisatlarını yarada bildiksə, demək, Azərbaycanın gələcəyi üçün çox əsaslı, çox möhkəm bir təməl qoymuşuq. Biz öz üzərimizə düşən missiyanın birinci, ən çətin hissəsini yerinə yetirmişik.

• Ancaq hələ xalqımız qarşısında borcumuz da var. Borcumuz odur ki, Azərbaycan müstəqil bir dövlət kimi daha da inkişaf etsin, daha da qüdrətlənsin, Azərbaycanın müstəqilliyi hər bir vətəndaş üçün xoşbəxtlik gətirsin.

Bu məqamda qeyd etmək yerinə düşər ki, Azərbaycan hazırda öz müstəqilliyinin 32-ci ilini yaşayır. Ulu Öndərin xidmətləri nəticəsində müstəqilliyimiz əbədi və dönməz xarakter alıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqil dövlət kimi ildən-ilə daha da inkişaf edir və qüdrətlənir. Təxminən üç il əvvəl Vətən müharibəsində qazanılmış tarixi zəfər də xalqımızın Ümummilli Liderinin illər öncə müəyyənləşdirdyi siyasi kursun uğurla davam etdirilməsi sayəsində mümkün oldu. Bugünkü qüdrətli Azərbaycanın simasında məhz Heydər Əliyev ideyalarının əbədiyaşarlığını görürük.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb

Los-Ancelesdə meşə yanğınlarında ölənlərin sayı 24-ə çatıb

Tanzaniyada Afrika Enerji Sammiti keçiriləcək

Zelenski: Ukrayna Dnestryanıda yaranan humanitar böhrana görə yardım etməyə hazırdır

Almaniya üçün Alternativ Partiyası yeni gənclər təşkilatı təsis etməyi qərara alıb

Zelenskidən KXDR sədrinə əsir götürülən əsgərlərlə bağlı təklif

Los-Ancelesdəki yanğınlar 8 milyon insanı təhdid edir

Bayden və Netanyahu Qəzzada atəşkəs perspektivlərini müzakirə ediblər

“Barselona” “Real Madrid”i məğlub edərək İspaniya Superkubokunun qalibi olub

Çadda Fransa erası bitir

Azərbaycan-İran sərhədində zəlzələ qeydə alınıb

Neftçalada ölümlə nəticələnən qəza olub

Bundesliqa: “Leyptsiq” ev oyununda, “Ştutqart” səfərdə qələbə qazanıb

Türkiyə Superliqası: “Qalatasaray” qələbə seriyasını davam etdirib

İngiltərə Federasiya Kuboku: “Mançester Yunayted” “Arsenal”ı məğlub edərək növbəti mərhələyə yüksəlib

Los-Ancelesdə daha 85 min sakinə təxliyə xəbərdarlığı edilib

Bakı Ali Neft Məktəbinin tələbəsi Polşada Azərbaycanla bağlı təqdimat edib

İspaniya La Liqası: "Atletiko" liderliyə yüksəlib

Quba-Xaçmaz yolunda baş verən qəzada bir nəfər ölüb

İtaliya A Seriyası: "İnter" səfərdən qələbə ilə qayıdır

“Uşağın sehrli dünyası” adlı Yeni il şousu keçirilib

İngiltərə Federasiya Kuboku: "Tottenhem" növbəti mərhələyə yüksəlib

Qazaxda gənc qadın dərmandan zəhərlənərək ölüb

Türkiyə mediası: Fransa Afrikada həm hərbi, həm də siyasi çəkisini itirir

Superliqa: "Trabzonspor" darmadağınla üç xala sevinib

Peter Siyarto: ABŞ-ın Rusiyaya qarşı son sanksiyaları yanacağın bahalaşmasına səbəb olur

Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycana təşəkkür edib

Qarayazı Dövlət Təbiət Qoruğundan - REPORTAJ VİDEO

İsveçin milli təhlükəsizlik müşavirinin unutduğu məxfi sənədləri xadimə tapıb

Zelenski: Ukrayna üçün hava hücumundan müdafiə ilə bağlı qəbul edilmiş qərarlar hələ də tam yerinə yetirilməyib

Jurnalistlər Yubiley İli üçün Vatikana toplaşacaqlar

Azərbaycan Basketbol Liqasında ikinci dövrəyə yekun vurulub

Azərbaycana qarşı haqsız addım atanlar məsuliyyətdən yayına bilməyəcəklər ŞƏRH

Türkdilli Dövlətlərin Xizək Kuboku keçiriləcək

Azərbaycan klubu yeni basketbolçu transfer edib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur

Pakistanda yol qəzasında 12 nəfər ölüb, 25 yaralı var: Ölənlərin sayının artması gözlənilir

Yanvarın 13-də hava əsasən yağmursuz keçəcək

Ağacın aşması nəticəsində bağlanan Zəngilan-Mincivan magistral yolu FHN-in müdaxiləsi ilə açılıb VİDEO

Türkiyə eksperti: Hrant Dink Fondu regiondakı reallıqları təhrif etməyə çalışır

Çexiyada restoranda baş vermiş partlayış nəticəsində altı nəfər ölüb

NASA Yerin maqnit sahəsini müfəssəl öyrənəcək

Türkiyə enerji daşıyıcıları idxalını minimuma endirməyi hədəfləyir

Biləsuvarda saxlanılan narkokuryerdən külli miqdarda narkotik vasitə və həblər aşkarlanıb

Faktiki hava: Naxçıvanda və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb

Azərbaycanın fiqurlu konkisürəni dünya çempionatına vəsiqə qazanıb

İspaniya Superkuboku: Bu gün “Real Madrid” – “Barselona” oyunu keçiriləcək

Los-Ancelesdə meşə yanğınları nəticəsində ölənlərin sayı 16-ya çatıb

Yəməndə qaz anbarında partlayış olub, 8 nəfər ölüb

Yer ilk dəfə 1,5 °C iqlim həddini pozdu: Təhlükəsiz zonanın sonudurmu?

Az tədqiq edilmiş bakteriyaların mikrobiologiyanın gələcəyindəki rolu - TƏDQİQAT

Fransada tramvaylar toqquşub, 50 nəfər xəsarət alıb

BƏƏ Əbu-Dabi Dayanıqlılıq Həftəsi Sammitinə hazırlaşır

Azərbaycan Bağdadda Asiya Parlament Assambleyası komitəsinin iclasında təmsil olunur

Hacıqabulda yol qəzasında ölən şəxsin kimliyi bilinib - YENİLƏNİB

Gəncədə mebel sexi yanıb

Bundesliqa: “Bavariya” səfərdə “Borussiya Münxenqladbax”a minimal hesabla qalib gəlib

Los-Ancelesdə meşə yanğınları zamanı 13 nəfər itkin düşüb, 11 nəfər ölüb

Superliqa: “Beşiktaş” doğma meydanda üç xala sevinib

Pakistanda yol qəzası olub, 12 nəfər ölüb

İngiltərə Federasiya Kuboku: “Çelsi” növbəti raunda vəsiqə qazanıb

Azərbaycan atleti beynəlxalq turnirdə bürünc medal qazanıb

Sudan ordusu əl-Cəzirə əyalətinin paytaxtını azad edib

Ermənistan ona silah verən Fransa və digər ölkələrlə kontraktları ləğv etməlidir - ŞƏRH

Alis Vaydel AfD-nin Kansler vəzifəsinə namizədi seçilib

“Axios”: Danimarka Trampın komandasına Qrenlandiya ilə bağlı mesajlar göndərib

Dünya İqtisadi Forumu: 92 milyon insan peşəsi üzrə işsiz qalacaq

Nazir: Gürcüstana qarşı münasibətdə ikili standartlarla üzləşirik

İngiltərə Federasiya Kuboku: "Liverpul" növbəti mərhələyə yüksəlib

Sabirabadda avtomobil su kanalına aşıb, xəsarət alanlar var

İstanbulda Azərbaycan caz musiqisi səsləndirilib VİDEO

Azərbaycan sumo üzrə dünya çempionatına ev sahibliyi edəcək

Böyük Britaniyanın maliyyə naziri Çinə səfər edib

AZƏRTAC-ın minifutbol komandası Ulu Öndərin xatirəsinə həsr olunmuş turnirdə növbəti oyununu keçirib VİDEO

SANA: Suriya təhlükəsizlik qüvvələri İŞİD-in Dəməşqdə məscidə hücumunun qarşısını alıb

Əlahiddə Ümumqoşun Ordunun tabeliyindəki hərbi hissələrdə vakant sürücü vəzifələrinə qəbul elan edilir

Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kubokunun ikinci gününə yekun vurulub VİDEO

Latviya ilə vergi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Maka Boçorişvili: Regionda sülh və sabitlik Gürcüstan üçün çox vacibdir

Naxçıvan şəhərində aşkar edilən hərbi sursatlar ərazidən kənarlaşdırılıb

Bu il Azərbaycanda iki yeni milli park yaradılacaq: ərazilər məlum olub – EKSKLÜZİV

Türkiyə Prezidenti Azərbaycana səfir təyinatını təsdiqləyib

Musiqi müəllimləri attestasiya ilə bağlı növbəti dəfə məlumatlandırılıb

Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın perspektivləri müzakirə olunub

Naxçıvanda məktəblilər arasında II Kimya-Biologiya Olimpiadasının rayon turu keçirilib

"Şamaxı" klubu Zahid Mərdanovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib

“Barselona” futbolçusunu 70 milyon avrodan aşağı məbləğə satmayacaq

Görkəmli tarzən Əkrəm Məmmədlinin 80 illik yubileyi qeyd olunub

Ş.S.Bağırovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Böyük Qayıdış: Qarabağ və Şərqi Zəngəzur yeni inkişaf dövrünü yaşayır

Deputat: Azərbaycan artıq qlobal siyasətin formalaşmasında iştirak edir- RƏY

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı: Azərbaycan yaşıl enerji və Dayanıqlı İnkişaf Məqsədləri sahəsində irəliləyir - MÜSAHİBƏ

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Siyəzəndə oğurluqda şübhəli bilinən 4 nəfər saxlanılıb

"Yuventus" fransalı futbolçu ilə razılığa gəlib

MSK sədri: Bələdiyyə seçkilərində seçicilər geniş seçim imkanına malik olacaqlar

Gənc rəssam: Qobelenə bənzəyən, lakin heykəl tipli bu fərqli texnika tamaşaçıların marağına səbəb oldu

AMEA-nın Qafqazşünaslıq İnstitutu yeni nəşrlərini təqdim edib

Lionel Messi Avropaya qayıda bilər