Azərbaycan Dövlət İnformasiya Agentliyi

® Asif Kəngərli: Narkomaniyaya aparan bəlalı yol siqaret çəkməklə başlayır

®  Asif Kəngərli: Narkomaniyaya aparan bəlalı yol siqaret çəkməklə başlayır

O artıq cəmiyyətimizi yalnız müalicə etmir, qələmlə silahlanıb dünyanın ən böyük bəlası ilə mübarizə aparır. Həkim-yazıçı Asif Kəngərli asılılıq verən maddələr barədə maarifləndirici kitabları ilə yeniyetmə və gəncləri narkotik, tütün və spirtli içkinin ağuşundan xilas etməyə çalışır.

-Asif həkim, insanlar bu bəlaya neçə düçar olur?

Məlumatsızlıqdan, maarifləndirmə işinin çox zəif olması səbəbindən. Əksinə, məlumatlı olmaq silahlı olmaq kimidir. Mən 20 il (2002-2022) ərzində yorulmadan, usanmadan çalışdım, hamını silkələyən, ayıldan “Bəla” adlı kitab-abidə yaratdım. “Bəla”nı oxusan bəladan, “Şər suyu”nu dərk eləsən şərdən, “Zəhrimar”dan xəbərin olsa zəhərdən uzaq olarsan. Təəssüf ki, siqaretlə, alkoqol çoxdan evimizə girib, keçib yuxarı başda oturublar. Bu gün biz onları evimizdən qova bilmirik.

Narkotik vasitələr isə qapını aralayaraq, zorla içəri daxil olmağa çalışırlar. İndi həm ölkəmizdə, həm də dünyada bu bəla ilə mübarizə gedir. Əgər biz imkan versək ki, o içəri girsin, narkotiklərin ayrılmaz iki “dostu” - Hepatit C və QİÇS-də onunla bərabər gələcək. Ondan sonra belə evdə yaşamaq, uşaq tərbiyə etmək mümkün olarmı?!

- Nə üçün yeniyetmələr, gənclər narkotik maddə aludəçisinə çevrilirlər?

-Həyatda olduğu kimi, bu aləmdə də hər şey sadədən mürəkkəbə, azdan-çoxa doğru gedir. Əgər uşaq bu gün siqaret çəkirsə, bu SOS siqnalı olmalıdır. Buna narkotik maddə qəbuluna atılan ilk addım kimi baxmaq lazımdır. Narkotikə tərəf gedən o bəlalı yol məhz siqaretdən başlayır. Ümumdünya Səhiyyə Təşkilatı bir araşdırma aparıb. Onlar siqaret çəkməyə başlayan gəncləri 10 nəfərlik qruplara ayırıb və həyatlarını izləyiblər. Məlum olub ki, hər qrupdakı 10 nəfərdən, yalnız 5-i siqaret çəkməklə kifayətlənib. İkinci beşlikdən ikisi 1-2 dəfə, ikisi 5-10 dəfə, biri isə daimi nəşə çəkən xəstəyə çevrilib. Həmin xəstə artıq 5-6 ildən sonra ağır narkotikə - heroinə keçib. Faciə də bundan sonra başlayır. Həmin narkotik aludəçisi əvvəlcədən tanıdığı dostlarını, qohum-qonşularını da bu bəlaya cəlb etməyə çalışır. Hər bir narkoman ildə ən azı özü kimi daha bir narkoman yetişdirir. Ona görə də siqaret çəkməyə narkomaniyanın başlanğıcı kimi baxmaq və ona qarşı ciddi mübarizə aparmaq lazımdır.

-Narkotik vasitələr insanı nələrdən məhrum edir?

-Hər şeydən əvvəl insanın sağlamlığını əlindən alır, onu xəstəliklərə düçar edir. Narkomaniya – psixosomatik xəstəlikdir, bu insanların nə sağlam canı, nə də sağlam ruhu ola bilər. İkincisi, narkotik maddə bahadır, onu almaq çoxlu pul tələb edir. Daim artan bu tələbatı ödəmək üçün aludəçi şəxs əlində olan nəyi varsa satır. Nəticədə əvvəllər zəngin olan bir şəxs sonda müflisləşir və borca düşür. Üçüncüsü isə hər kəs istəyər ki, yaxşı adı olsun, necə deyərlər “yaman addan ölüm yaxşıdır”. Narkotik qurbanı isə ləkəli adla yaşamaq məcburiyyətində qalır. Narkotik maddə qəbulu insanı bu dünyanın nemətlərindən - işindən, ailəsindən, dostlarından məhrum edir. Mən Yer üzündə ikinci bir şey tanımıram ki, narkotik maddə qədər insanı belə total şəkildə hər şeydən məhrum etsin.

Vaxtilə sağlam olan bir gəncin narkotikə uyması bir əsgərin itirilməsi, yaxud bir qızın ailəsiz - subay qalması deməkdir. Əgər pis vərdiş qurbanı ailəlidirsə, o zaman ailənin başı üzərində Damokl qılıncı asılmış kimidir: boşanma təhlükəsi anbaan artır.

-Narkotik maddə qəbulu hansı sindromları əmələ gətirir?

-Orqanizmin reaktivliyinin dəyişilməsi sindromu, psixi asılılıq və fiziki asılılıq sindromu. Elə bu sindromlar da narkotik istifadəçisi olan şəxsi sağlam adamdan fərqləndirir. Dərmanlarla müalicə xəstəni yalnız fiziki asılılıqdan çıxarır. Yuxu bərpa olunur, iştaha açılır, ovqat yaxşılaşır, daxili üzvlərdə olan patologiya aradan qalxır. Psixi asılılıqdan çıxmağa isə aylar, hətta illər tələb olunur.

Müalicə qərarı verən pasiyentlərə üzümü tutaraq demək istəyirəm ki, siz ömrünüzdə bəlkə də ən vacib qərarlardan birini qəbul etmisiniz. Bu bəladan həqiqətən yaxa qurtarmaq istəyənlərin məqsədi, iradəsi olmalıdır. Nəzərə alın ki, müalicə prosesi uzun, əziyyətli bir işdir. Bu yolun əvvəlində iztirablar, çətinliklər olsa da, sonunda sevinc və xoşbəxtlik var. Bu çətinliklərə tab gətirməyənləri ya ölüm, ya da məhbus həyatı gözləyir. Narkotik aludəçisinin yalnız bir arzusu olur: nə olursa olsun, narkotik maddə əldə etmək. Axırda isə bu arzu onu cinayətə qədər sürükləyir.

-Çıxış yolunu nədə görürsünüz?

-Hələ 1996-cı ildə Azərbaycanda narkotik maddələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizə aparmaq üçün fərman və sərəncam imzalanıb. Həmin Sərəncama əsasən, Təhsil Nazirliyi (Elm və Təhsil Nazirliyi) ilə Mədəniyyət Nazirliyi kompleks maarifləndirici və profilaktik tədbirlər görməlidirlər. Beləliklə, aidiyyəti nazirlik orta məktəblərin ədəbiyyat üzrə tədris proqramına tabakomaniya, alkoqolizm və narkomaniyadan bəhs edən əsərlər salmalı, onları tədris etməlidir. Mən müəllifi olduğum “Zəhrimar” və digər hekayələri aşağı siniflərdə, ”Bəla” pyesini isə yuxarı siniflərdə tədris etməyi təklif edirəm. Bu əsərlərin mövzusuna uyğun inşalar yazılmalı, bu problemlər hər sinifdə müzakirə predmetinə çevrilməlidir. Tabakomaniya, narkomaniya və alkoqolizmə qarşı mübarizə gələcək nəslin səhhəti, bəlkə də həyatı uğrunda mübarizə aparmaq deməkdir.

-Xəstənin müalicə olunub sağlam həyat tərzinə qayıtmasında onun özünün, müalicənin, ailəsi və ətrafının rolu təxminən nə qədərdir?

-Xəstənin öz həyatındakı rolu həlledicidir. Mən hər zaman deyirəm ki, müalicə-mübarizədir! Mübarizə aparmaq üçün xəstənin özünün enerjisi, qarşıya qoyduğu məqsədi olmalıdır. Xəstə seçim etməlidir. O, xəstəliyin, yoxsa həkimin tərəfindədir? Burada xəstənin öz rolu azı 50 faiz, müalicənin rolu 20 faiz, ailənin rolu 20 faiz, ətrafın rolu 10 faiz qiymətləndirilir.

Narkomaniyaya düçar olmuş xəstələr 5 il həkim nəzarətində qalmalı, onun 2-3 ilini hər 3 aydan bir müalicə kursu keçməlidirlər. Yalnız bundan sonra pasiyentdə davamlı müsbət dəyişikliklər olandan sonra müalicə dayandırıla bilər. Müalicə işinə üzdən, məsuliyyətsiz yanaşmaq, onu təxirə salmaq, qeyri-ixtisaslı həkimə həvalə etmək olmaz.

-Son vaxtlar sulu qəlyan çəkənlərin də sayı artıb. Qəlyanlar da insan sağlamlığına siqaret qədər ziyan verirmi?

-Sulu qəlyandan istifadə zamanı tənbəki tüstüsü qəlyan vasitəsilə sudan keçməklə insanın ağciyərlərinə daxil olur, amma bu ağciyərlərə düşən nə kanserogen, nə də ki toksiki maddələrin miqdarını azaltmır, çünki suyun filtrasiya etmək qabiliyyəti yoxdur.

-Siqareti atan kimi insan orqanizmində nə baş verir? Siqareti tərgidənlərə məsləhətiniz nə olardı?

-Tütünçəkmə 20-dən artıq xəstəlik əmələ gətirir, sonda isə əlilliyə səbəb olur. Siqareti tərgitmək bir prosesdir: bu bəziləri üçün nisbətən asan, bəziləri üçün isə çox ağrılı keçir. Siqaret çəkməyə başlayanların 80 faizdən çoxu bu vərdişə 18 yaşdan tez başlayanlardır. Nə qədər gənc yaşda siqaret çəkməyə başlasan, onu tərgitmək də bir o qədər çətin, fəsadları ağır olur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, 2030-cu ildə siqaretdən həyatını itirənlərin sayı 10 milyona çatacaq. Yəni siqaret çəkmə bəşəriyyətə qarşı xain “müharibədir”.

-Asif həkim, siqareti atan kimi insan orqanizmində hansı dəyişikliklər baş verir?

-Sonuncu siqareti atan kimi 20 dəqiqəyə qan təzyiqi ilə ürəyin normal işi bərpa olunur, 8 saatdan sonra qanda oksigenin miqdarı normallaşır, 1 həftəyə dərinin və sifətin rəngi yaxşılaşır,1 ay ərzində tənəffüs almada yüngüllük əmələ gəlir, səhər öskürəyi, başağrıları keçir,1 ildən sonra infarkt riski, 5 ildən sonra isə xərçəngə tutulma ehtimalı kəskin azalır.

-Tütün asılılığından çıxmaq üçün dərman lazımdırmı?

-Siqareti tərgidənlərin 90 faizi tütün çəkməyi heç bir dərmansız, özü də birdən dayandıranlardır. Bu işdə insanın məqsədi və iradəsi rol oynayır. Belə edə bilməyənlər müxtəlif preparatlardan, ən əsası isə çox populyar olan nikotin plastırından istifadə edə bilərlər. Hesab olunur ki, siqareti dərmanların köməyilə atmaq imtina sindromunu yumşaldır, o dövrü asan keçməyə kömək edir. Nikotin psixi asılılıq yaratdığından o adamdan asanlıqla əl çəkmir, buna aylar, bəzən isə illər lazım olur. Lakin unutmayın ki, hər işdə yalnız güclülər qalib gəlir!

-Alkoqolizmin müalicəsi necə aparılır?

-Alkoqolizm - xroniki, residiv verən xəstəlik sayılır. Belə xəstələr 5 il həkim nəzarətində qalmalı, onun 2 ilini hər 3 aydan bir müalicə almalıdırlar. Müalicə həkimi narkologiya ilə yanaşı psixiatriya, nevrologiya, terapiya, seksopatologiya və psixologiyanı da bilməli, alkoqolizm sahəsində yaxşı nəzəri bilik və təcrübəyə malik olmalıdır ki, həm xəstələrə tibbi və psixoloji yardım edə, həm də onun ailə üzvlərinə lazımi məsləhətlər verə bilsin. Əks halda, səhvlərə yol verilə və az sonra residiv, yəni xəstəliyin yenidən kəskinləşməsi halı baş verə bilər. Ona görə də alkoqolizmin müalicəsi ilə yalnız mütəxəssis - həkim-narkoloq məşğul olmalıdır. Belə bir ciddi psixi xəstəliyi qeyri-mütəxəssisə həvalə etmək avtomobilin təmirini təcrübəsiz ustaya etibar etməyə bənzəyir.

Müalicə - detoksikasiya ilə başlamalı, sinir sistemi, daxili üzvlərdəki patologiyalar və depressiyanın aradan qaldırılması ilə davam etməli və mütləq alkoqola qarşı iyrəndirici terapiya ilə başa çatmalıdır. Lakin mütəxəssis olmayanlar yalnız sistem qoşmaqla işlərini bitmiş hesab edirlər ki, bu da yarımçıq müalicə sayılır. Nəticədə, xəstəlik sürətlə ağır mərhələyə keçə və həkimə inam azala bilər.

Alkoqolizmin I və II mərhələsi Anonim Narkoloji Kabinetdə və ya pasiyentin öz evində, III mərhələsi isə stasionarda aparılmalıdır. Xəstə müalicə rejiminə tabe olmalıdır, yəni evdən bayıra çıxmamalı, alkoqoldan qəti imtina etməlidir.

Alkoqolizmdən əziyyət çəkən xəstəni müalicəyə cəlb etmək çox vaxt çətin olur. Çünki o, özünü xəstə saymır. Onlar əzab çəkir, bu vəziyyətdən çıxmaq üçün yollar axtarırlar. Lakin onlarda fiziki və psixi asılılıq formalaşdığından həmin psixoloji səddi keçə bilmir, özünü nə alkoqoldan, nə də içki məclislərindən ayrı təsəvvür edə bilmirlər. Ona görə də belə məqamda xəstənin yaxınları ona dəstək olmalı, onu zor-xoş müalicəyə cəlb etməlidirlər.

-Yeniyetmələrə, gənclərə hansı mesajı vermək istərdiniz?

-Ətrafda özünüzə düşmən axtarmayın, insanın, ailənin, bir də cəmiyyətin üç düşməni var: siqaret, alkoqol və narkotik maddələr. Sənin üstünə “üçbaşlı əjdaha” hücum çəkmək istəyir. Əjdahanın başı siqaret, ikinci başı alkoqol, üçüncü başı isə narkotik adlanır. Əgər sən siqaret, alkoqol və narkotik vasitələrdən uzaq ola bilsən, qalib gələ bilərsən. Əgər zəiflik göstərsən, o əjdaha səni udacaq!

Həkim-yazıçı Asif Kəngərli

Əlaqə: (050) 303-44-45

https://www.instagram.com/dr_asifkengerli/

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran ABŞ-nin regiondakı texnoloji infrastrukturunu hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib

Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib