Azərbaycan Dövlət İnformasiya Agentliyi

® “Azercell” ilə rabitənin yeni imkanları

®  “Azercell” ilə rabitənin yeni imkanları

“Azercell” 2018-ci ilin nəticələrini açıqladı

Azərbaycana bir sıra texnoloji yeniliklər gətirən, innovativ həllər, müasir xidmətlər vasitəsilə abunəçilərin həyatını asanlaşdırmaq və rəqəmsallaşdırmağı qarşısına məqsəd qoyan Azərbaycanın ilk GSM operatoru “Azercell” ölkə əhalisinin 99,8 faizini, ərazisinin isə 99,1 faizini (işğal olunmuş ərazilər xaric) əhatə edərək, ölkənin telekommunikasiya sektorunda 49 faiz bazar payı ilə lider mobil operator mövqeyində qərarlaşmağa davam edir.

Ölkənin qeyri-neft sektorunun ən iri vergiödəyicisi kimi Azərbaycan iqtisadiyyatına hər zaman öz töhfəsini verən “Azercell” şirkəti 2018-ci ildə dövlət büdcəsinə 94,5 milyon manat, 22 il ərzində isə 1 milyard 732,3 milyon manat həcmində vəsait ödəyib. “Azercell” ölkədə telekommunikasiyanın inkişafına ötən il 59,5 milyon ABŞ dolları, 22 il ərzində 1 milyard 527 milyon dollardan çox sərmayə yatırıb. Şirkət 2018-ci ildə insan resurslarının inkişafına 880 min dollaradək, sosial layihələrə isə 266 min dollardan çox vəsait xərcləyib.

4G istifadəçilərinin sayı 1 milyonu keçdi

Abunəçiləri yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin etmək, rəqəmsal dünyanın ən son yeniliklərinin ölkədə tətbiqinə hazır olmaq üçün şəbəkənin gücləndirilməsi, əhatə dairəsinin genişləndirilməsi və internet xidmətinin sürətinin daha da artırılması istiqamətində bir sıra mühüm təkmilləşdirmə layihələri müvəffəqiyyətlə icra olundu. Nəticə olaraq, ötən ildə “Azercell” şəbəkəsi üzərindən mobil internet trafikinin istifadəsi 2017-ci il ilə müqayisədə artaraq 13 petabayta çatdı. İl ərzində 3 dəfə artan “Azercell”in 4G istifadəçilərinin sayı 1 milyonu keçdi. Ölkədə 4G xidmətini ilk dəfə abunəçilərinə təqdim edən və Azərbaycanın bütün bölgələrini yüksək sürətli mobil internetlə təmin etməyi hədəfləyən “Azercell” daha 30 şəhər və rayonda 4G şəbəkəsini qurdu. Ümumilikdə, il ərzində 5889 Radio Baza Stansiyası “Azercell” abunəçilərini mobil rabitə ilə təmin edib ki, bunların 828-i 4G stansiyaları olub.

İstifadəçilərin LTE xidmətindən rahatlıqla yararlanması üçün HSS (Home Subscriber Server) layihəsi istifadəyə verildi. Bu texnologiyanın sayəsində abunəçilər 4G şəbəkəsinə qoşulmaq üçün Müştəri Xidmətlərinə müraciət etmədən, mobil cihaz ayarlarından LTE rejimini seçməklə sərbəst şəkildə 4G şəbəkəsindən istifadə etmə imkanı qazandılar.

Rominq siyahısını daha da genişləndirərək, ötən il “Azercell” 19 yeni ölkə ilə saziş bağladı. Eyni zamanda, mobil internet xidmətini ölkə hüdudlarından kənarda daha münasib və əlçatan etmək üçün səyahət edən müştərilərə rominqdə istifadəyə nəzərdə tutulan xüsusi internet paketləri təqdim olundu. Bu paketlər 50 ölkədə fəaliyyət göstərən 70-dən çox operatorun şəbəkəsində istifadə edilə bilər.

4G üzərindən sürətli mobil internetdən faydalana biləcək insanların sayının artması üçün şirkət ilboyu müştərilərə yeni və əlverişli telefon kampaniyaları təqdim etdi. Bunun sayəsində “Azercell” müştərilərinin 60 faizdən çoxu smartfon istifadəçisi oldu. İl boyunca abunəçilərə internet paketləri, danışıq dəqiqələri hədiyyə olundu, müxtəlif həvəsləndirici kampaniyalar keçirildi.

“Azercell” - müştərilər tərəfindən ən çox tövsiyə olunan operator

Hər zaman abunəçilərinin rahatlığını düşünən şirkət 2018-ci ildə 16 yeni konsepsiyalı “Azercell” Eksklüziv mağazalarını istifadəyə verdi. İl ərzində ümumilikdə 6 milyonadək abunəçiyə xidmət göstərildi. Bakı və Bölgə Müştəri Xidmətləri mərkəzləri tərəfindən 1 milyon 286 min 929 abunəçiyə, Bakı və Gəncə telefon mərkəzləri tərəfindən 4 milyon 515 min 727, “Azercell”in rəsmi internet səhifəsi üzərindən onlayn çat vasitəsilə 45 min, sosial media vasitəsilə 60 mindən çox abunəçiyə xidmət göstərildi. Qeyd edək ki, ötən il “Azercell”in 24/7 rejimində xidmət göstərən peşəkar Telefon Mərkəzi fəaliyyətinin 20 illiyini qeyd etdi. 20 il ərzində Telefon Mərkəzi tərəfindən 50 milyondan artıq abunəçi müraciəti qəbul olunub.

Təsadüfi deyil ki, ötən il müştəri loyallığını ölçən NPS indeksinin ölkə üzrə ən yüksək göstəricisi - 82 faizi “Azercell”ə məxsus olub. Şirkətin Müştəri Məmnuniyyəti Sorğusunda əldə etdiyi nəticə 93 faizə bərabər olub.

Müasir texnologiyalar insan həyatının keyfiyyətini artırmaq üçündür

“Azercell”in Korporativ Sosial Məsuliyyət (KSM) strategiyasının əsasını yeni texnologiyalar və mobil telekommunikasiya xidmətləri vasitəsilə insan həyatının keyfiyyətinin artırılması, gündəlik həyatın asanlaşdırılması ideyası təşkil edir.

“Azercell” internetdən istifadə arealının genişlənməsi nəticəsində uşaqların üzləşə biləcəyi təhlükələri aradan qaldırmaq uğrunda “İnternet Təhlükəsizliyi və Rəqəmsal Vətəndaşlıq” kimi mühüm əhəmiyyət kəsb edən bir layihəyə rəhbərlik edir. Təhsil Nazirliyinin dəstəyi ilə Bakı və regionların orta təhsil müəssisələrində “Azərbaycan Müəllim İnkişafı Mərkəzi”nin mütəxəssisləri tərəfindən 400-dən çox şagird, müəllim və valideyn bu mövzuda məlumatlandırılıb.

Ölkədə onlayn mütaliə mədəniyyətini ilk tətbiq edən şirkət məhz “Azercell” olub. “Azercell” müştəriləri arasında istifadəçi sayı 18 mini keçən və 1 milyonadək kitabı mobil cihaza sığdırmış “Bookmate” tətbiqi indi daha zəngin oldu. Noyabr ayında “Azercell” “Bookmate” tətbiqi çərçivəsində “Audio kitab” xidmətini mütaliəsevərlərin istifadəsinə verdi. Qısa müddət ərzində istifadəçi sayı 5000 nəfərə çatan bu xidmət ilkin olaraq 60 klassik əsəri Azərbaycan dilində səsləndirdi. İlboyu doğma dilimizdə səsləndirilmiş kitabların sayı artırılacaq.

KSM proqramlarının daimi təşəbbüskarı və iştirakçısı olan “Azercell”in Azərbaycan əhalisi arasında pulsuz müayinə təklifindən minlərlə insan yararlanıb. 2018-ci il ərzində “Azercell” “Mobil Göz Klinikası”nda 1368 nəfər müayinədən keçib, “Mobil Diş Klinikası”nda isə 628 nəfər pulsuz diş müayinəsi və müalicəsi alıb. “Azercell”in “Mobil Qan Klinikası” “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasında məskunlaşan uşaqları pulsuz müayinə edib.

Uşaqların problemləri və ehtiyaclarına xüsusi həssaslıqla yanaşan “Azercell” şirkətinin dəstəyilə ötən il Göygöl Regional “Uşaq Qaynar Xətt” xidməti fəaliyyətə başlayıb. Ümumilikdə, il ərzində Azərbaycan “Uşaq Qaynar Xətt” xidmətinə 3581 müraciət (fəaliyyət göstərdiyi 8 il ərzində isə 32.865 müraciət) daxil olub. “Azercell”in dəstəyi ilə keçirilən IV Uşaq Paralimpiya İdman Oyunlarında 8 regiondan 140 sağlamlıq imkanları məhdud uşaq 8 idman növündə 19 medal uğrunda mübarizə aparıb.

Şirkətin dəstəyi ilə icra olunan gənclərin inkişafına yönəldilmiş layihələri qeyd etmək də yerinə düşərdi. “Azercell” aparıcı ali təhsil müəssisələrində ilboyu təşkil olunan karyera günlərinin fəal iştirakçısı olub.

Tələbələrin fərdi və akademik inkişafına hər zaman öz töhfəsini verən “Azercell”in ötən il elan etdiyi Tələbə Təqaüdü proqramına 1400-ə yaxın müraciət qeydə alındı və onların arasından 25 qalib seçildi. “Azercell Akademiyası” tərəfindən il boyunca ümumilikdə 30 təlimçi tərəfindən aparılan 231 təlim sessiyası təşkil olundu.

Rəqamsal sahibkarlığın inkişafına dəstək

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində il ərzində texnoloji, qrup çalışmaları, forumlar, təlimlər, görüşlər, müsabiqələri əhatə edən 80 tədbir və 5 beynəlxalq toplantı keçirilib. Bölgələrdə və ali məktəblərin nəzdində Barama mərkəzlərinin filialları açılıb. Mərkəz tərəfindən 20 startap layihəsi dəstəklənib.

“Azercell Telekom” MMC müxtəlif dövlət qurumları və biznes təşkilatları ilə birlikdə bir sıra layihələrə, təlimlərə dəstək verib, tərəfdaş qismində iştirak edib. Bunlar sırasında Heydər Əliyev Fondu tərəfindən təşkil olunan və 18 min nəfəri bir araya gətirən “Bakı Marafonu” yarışmasını, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həyata keçirdiyi və regionlardakı gənc sahibkarları üzə çıxaran “İdeyadan Biznesə- İ2B” layihəsini, “Global Influencer Day” tədbirini, “Science via Media” layihəsini, Buktreyler Festivalını, “Əlilliyi olan tələbə və məzunların 1-ci əmək yarmarkasını”, “Barama Hackathon 2018” və “Seedstars World” müsabiqələrini, “A’Startap Sammiti 2018” intensiv seminarını və digər tədbirləri qeyd etmək olar.

MDB məkanında Qızıl IIP sertifikatı alan yeganə şirkət

Ötən il “Azercell Telekom” MMC güclü liderliyin, korporativ mədəniyyətin və insan resurslarının idarə olunması təcrübəsinin davamlı inkişafının göstəricisi olaraq “Investors In People” (IIP) - İnsana Sərmayə Standartının tələbləri üzrə dəyərləndirilərək “Qızıl sertifikatı”nı qazandı. “Azercell” ölkəmizdə “Qızıl sertifikat” qazanan ilk şirkət olmaqla yanaşı, MDB məkanında belə bir uğura imza atan yeganə telekommunikasiya şirkətidir.

“Azercell” beynəlxalq aləmdə nüfuzlu qəbul edilən "Stevie” Beynəlxalq Biznes Mükafatında “İlin Telekommunikasiya Şirkəti” və “İlin Korporativ Sosial Məsuliyyət Proqramı (Avropa üzrə)” nominasiyalarında Bürünc “Stevie” mükafatına layiq görülüb. Həmçinin qürurverici haldır ki, ötən il bu mükafatlar siyahısına “İnsanların Seçimi üzrə Stevie Mükafatı” da əlavə olundu. 2018-ci ildə ölkəmizdə mobil rabitənin keyfiyyətinin yüksəldilməsi, regionlarda 4G şəbəkəsinin genişləndirilməsi, ölkənin bütün bölgələrində abunəçilərin sürətli internetə çıxışının təmin olunması, müasir xidmətlərin, eləcə də yeni biznes həllərinin tətbiq edilməsi, abunəçi xidmətlərinin modernləşdirilməsi, həmçinin mobil texnologiyalar vasitəsilə həyatın asanlaşdırılması istiqamətində keçirilən layihə və bir sıra digər təşəbbüslər “Azercell”ə telekommunikasiya sahəsi üzrə “İlin Ən Sevilən Şirkəti” adını qazanmağa əsas verdi.

“Azercell”in nailiyyətləri bununla kifayətlənməyib. Belə ki, “Azercell” “Qlobal Liderlər Klubu” tərəfindən Azərbaycanda idarəetmə və dayanıqlı inkişaf sahəsində “Ən yaxşı şirkət”, Vahid Mürsəliyev isə “İlin rəhbəri” kimi mükafatlandırılıb.

“Azercell Telekom” bu il də öz missiyasına sadiq qalaraq, abunəçilərini yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin etmək, onlara ən yaxşı müştəri təcrübəsi yaşatmaq, rəqəmsal dünyanın ən son yeniliklərini daha əlçatan etmək istiqamətində fəaliyyətini tam gücü ilə davam etdirəcək.

“Azercell Telecom” MMC-nin prezidenti Vahid Mürsəliyevin 2018-ci ilin yekunlarına dair videomüraciətini bu keçiddən izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=4yh7Xe7imcY

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sektorunun lideri, qeyri-neft sektorunun ən böyük vergiödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Ekspres” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və sair. 2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO