® “Bakcell”in 4G şəbəkəsi artıq bütün ölkə ərazisini əhatə etməkdədir
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti artıq ölkənin bütün bölgələrində yüksək keyfiyyətli 4G xidmətlərini təqdim edir. Artıq Bakı, Abşeron yarımadası və Azərbaycanın bütün şəhər və rayonlarında (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) yaşayan “Bakcell” abunəçiləri şirkətin təqdim etdiyi yüksəksürətli mobil internet xidmətlərindən yararlana bilirlər.
Qeyd edək ki, 1700-dən çox 4G stansiyası sayəsində “Bakcell” şirkəti əhatə dairəsi və şəbəkə tutumu baxımından ölkədə ən böyük LTE şəbəkəsinə malikdir.
“Bakcell” 2018-ci il ərzində mobil internet xidmətlərini ölkənin regionlarına doğru genişləndiriməyə davam edib. Şəbəkəyə yatırılan irihəcmli sərmayələr nəticəsində keçən il 300-ü regionlarda olmaqla 800-dən çox 4G stansiyası quraşdırılıb. İstifadəçilər üçün ən yüksək keyfiyyətin təmin olunması istiqamətində aparılan işlərin davamı olaraq bu il ərzində ölkə ərazisində 750-dən çox 4G baza stansiyası istifadəyə veriləcək.
“Bakcell” öz şəbəkəsinin etibarlılığını və sabitliyini təmin etmək məqsədilə müntəzəm olaraq şəbəkə infrastrukturunu təkmilləşdirir.
“Bakcell” şirkəti bazarda lider mövqeyini daha da gücləndirmək və xidmətlərin keyfiyyətini daha da artırmaq məqsədilə Azərbaycanın ən keyfiyyətli 4G şəbəkəsinə irihəcmli sərmayələr yatırır. Məqsədimiz odur ki, 4G xidmətlərimiz bütün ölkə ərazisində təmin olunsun. Buna görə də şəbəkəmizin əhatə dairəsi və keyfiyyətinin artırılmasına yönəlmiş işlər davam etdiriləcək”, - deyə şirkətin baş icraçı direktoru Nikolai Beckers bildirib.
“Bakcell”in təmin etdiyi keyfiyyət və ən yüksək mobil internet sürətinə yerli və beynəlxalq səviyyədə yüksək qiymət verilir. Belə ki, 2018-ci ildə “Bakcell” “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Dünyada tanınmış “Ookla” şirkəti tərəfindən təsdiq edilib ki, “Bakcell” şəbəkəsi ölkədə ən yüksək orta yükləmə sürəti və ən aşağı gecikmə müddətinə (latency time) malikdir. 2017-ci ildə isə mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən “Bakcell” şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”).
“Bakcell” özünün yüksəkkeyfiyyətli mobil şəbəkəsinin genişləndirilməsi və modenrnizasiyasına yönəlmiş irimiqyaslı tədbirləri davam etdirəcək.
Şirkət müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. “Bakcell” öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.
7000-dən çox baza stansiyası vasitəsilə “Bakcell” şəbəkəsi əhalinin 99 faizini, ölkə ərazisinin isə 93 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. “Bakcell” və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya ingilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-“Bakcell” abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.