İQTİSADİYYAT
® “Birbank” və “Umico.az”dan “Super-meqa-bomba” lotereya
Ölkənin ilk rəqəmsal bankı “Birbank” və “Umico.az” 2024-cü il noyabrın 4-də yeni “Super-meqa-bomba” adlı lotereyaya start verib.
Bu lotereya istifadəçilərə böyük hədiyyələr qazanmaq şansı təqdim etməklə yanaşı, müştərilərə alış-verişlərini daha maraqlı və sərfəli edəcək. Lotereyanın şərtlərinə əsasən “Umico.az” platformasında kreditlə 50 manat və daha çox məbləğdə alış-veriş edənlər 3 şans, “Birbank” kartları ilə 50 manat və daha çox məbləğdə alış-veriş edənlər 2 şans, digər ödəniş üsulları ilə 50 manat və daha çox məbləğdə alış-veriş edən hər kəs isə 1 şans əldə edərək lotereyada iştirak edəcəklər.
10 tirajdan ibarət lotereyanın uduş fonduna 1500-dən çox hədiyyə daxildir. Hədiyyələr arasında məşhur elektronika məhsulları – “Dyson”, “iPhone”, “PlayStation”, “Apple Watch”, “AirPods”, “Honor Magicbook” və bir çox digər dəyərli hədiyyələr var. Lotereyanın əsas hədiyyəsi isə “ZEEKR 001 2024” avtomobili olacaq!
Bundan başqa, istifadəçilər “Umico Premium” abunəliyini əldə edərək 7 min manat dəyərində səyahət sertifikatı qazanmaq üçün də şanslarını sınaya bilərlər.
Ətraflı məlumat üçün: https://kbl.az/smbpr “Birbank” kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın feysbuk və instaqram səhifəsinə müraciət edə bilərsiniz.
“Birbank” kartını sifariş vermək üçün “Birbank” tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, vatsap vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya “Birbank” mərkəzlərinə müraciət edin.