® “Araz” Supermarketlər şəbəkəsindən maraqlı təşəbbüs
Genetik və ətraf mühit faktorlarından yaranan diabet xəstəliyinə hər il dünyada milyonlarla insan yoluxur. Ölkəmizdə də bu statistika kifayət qədər yüksəkdir. Bu məqamı nəzərə alan “Araz” Supermarketlər şəbəkəsi 14 noyabr Ümumdünya Diabetlə Mübarizə Günündə maraqlı təşəbbüslə yadda qaldı. Belə ki, Siz harada, “Araz” orada deyərək daim müştərilərini düşünən “Araz” supermarketlər şəbəkəsi diabetli müştəriləri üçün təlim təşkil edib. Endokrinoloq Xəyalə Qarayeva və həkim dietoloq Şəfa Yadigarovanın iştirakı ilə baş tutan interaktiv təlimdə müştərilərin sualları cavablandırılıb, xəstəlik tarixçələri dinlənilib, peşəkar məsləhəti verilib. Təlimin təşkil olunmasında “Araz” Supermarketlər şəbəkəsinin məqsədi diabetli müştərilərini bu mövzuda daha çox məlumatlandırmaq, xəstəlikləri ilə effektiv mübarizə üsulları haqqında onları maarifləndirmək və həyat keyfiyyətlərini yaxşılaşdırmaq üçün dəstək olmaq idi. Bununla yanaşı Ümumdünya Diabetlə Mübarizə Günü ilə bağlı olaraq 15-16-17 noyabr tarixlərində bütün “Araz” Supermarketlərdə diabetik məhsullara xüsusi endirimlər ediləcək.
“Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” Supermarketlər şəbəkəsi ölkə üzrə yüzdən çox mağazası və 7000-dən çox əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur! Siz harada, “Araz” orada!