Azərbaycan Dövlət İnformasiya Agentliyi

15 İyun - Müasir Azərbaycanın xilası və böyük inkişaf yolunun başlanğıcı

15 İyun - Müasir Azərbaycanın xilası və böyük inkişaf yolunun başlanğıcı

Bakı, 15 iyun, AZƏRTAC

Tarixdə elə taleyüklü günlər vardır ki, onların əhəmiyyəti yalnız müəyyən bir zaman kəsiyi ilə məhdudlaşmır, bütöv xalqların gələcəyini müəyyən edən dönüş nöqtəsinə çevrilir. Azərbaycan xalqının müasir dövlətçilik tarixində 15 İyun – Milli Qurtuluş Günü məhz belə mühüm tarixi mərhələlərdən biridir. Bu tarix yalnız siyasi hakimiyyət dəyişikliyi deyil, dövlət müstəqilliyimizin qorunması, milli dövlətçilik ənənələrinin xilası və Azərbaycanın gələcək inkişaf modelinin formalaşdırılması baxımından müstəsna əhəmiyyət daşıyır.

Bu barədə AZƏRTAC-a açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Canməmməd Canməmmədov deyib.

Deputat bildirib ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan ilk illərdən etibarən olduqca mürəkkəb geosiyasi və daxili siyasi proseslərlə üz-üzə qalmışdı. Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal olunur, ölkədə hakimiyyət böhranı dərinləşir, iqtisadi tənəzzül sürətlənir, idarəetmədə xaos hökm sürür, müxtəlif siyasi qruplaşmalar arasında qarşıdurmalar dövlətçiliyi real təhlükə altına salırdı. 1993-cü ilin iyun ayında Gəncədə baş verən məlum hadisələr və ölkədə vətəndaş qarşıdurmasının qaçılmaz xarakter alması Azərbaycanı faktiki olaraq dağılmaq həddinə gətirib çıxarmışdı: "Belə mürəkkəb və taleyüklü bir mərhələdə Azərbaycan xalqının yeganə ümid yeri yenidən Ümummilli Lider Heydər Əliyev oldu. Xalqın təkidli tələbi ilə Bakıya dəvət olunan Ulu Öndərin 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilməsi ölkənin siyasi tarixində yeni bir dövrün başlanğıcını qoydu. Məhz bu gündən etibarən Azərbaycanda dövlət idarəetmə sisteminin bərpası, siyasi sabitliyin təmin edilməsi və milli dövlətçilik ənənələrinin yenidən möhkəmləndirilməsi istiqamətində ardıcıl proseslər başlandı. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkənin dağılmasının qarşısı qətiyyətlə alındı, separatçı meyillər neytrallaşdırıldı, dövlət institutlarının fəaliyyəti yenidən quruldu və vahid idarəçilik sistemi formalaşdırıldı. Azərbaycanın gələcək inkişafını müəyyən edən fundamental dövlətçilik strategiyası məhz həmin dövrdə formalaşdırıldı".

Ulu Öndərin siyasi fəaliyyətində mühüm mərhələlərdən birinin 1994-cü ildə imzalanan və beynəlxalq enerji tarixində mühüm yer tutan “Əsrin müqaviləsi” olduğunu deyən deputat bildirib ki, bu strateji qərar Azərbaycanın zəngin enerji resurslarının dünya bazarlarına çıxarılmasına, xarici investisiyaların cəlb olunmasına və ölkənin iqtisadi müstəqilliyinin möhkəmlənməsinə möhkəm zəmin yaratdı. Ardınca həyata keçirilən Bakı–Tbilisi–Ceyhan və digər enerji layihələri Azərbaycanı qlobal enerji təhlükəsizliyində mühüm aktora çevirdi. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən ilk milli Konstitusiya müasir Azərbaycan dövlətçiliyinin hüquqi əsaslarını formalaşdırdı. Demokratik institutların qurulması, hakimiyyət bölgüsü prinsiplərinin təsbit edilməsi, insan hüquq və azadlıqlarının qorunması və bazar iqtisadiyyatına keçidin hüquqi mexanizmləri məhz həmin dövrdə müəyyən olundu.

Eyni zamanda milli ordu quruculuğunun əsası qoyuldu. Peşəkar, vahid komandanlığa tabe olan nizami ordu modelinin formalaşdırılması sonrakı dövrdə Azərbaycanın hərbi gücünün əsas sütunlarından birinə çevrildi. 1994-cü ildə Ermənistanla əldə olunan atəşkəs isə ölkəyə daxili sabitliyin bərpası və dövlət quruculuğunun möhkəmləndirilməsi üçün zəruri zaman qazandırdı.

C.Canməmmədov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilən siyasi kurs sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək keyfiyyətcə yeni inkişaf mərhələsinə yüksəldi. Son illərdə Azərbaycanın iqtisadi qüdrətinin əhəmiyyətli dərəcədə artması, beynəlxalq nüfuzunun güclənməsi, regional lider dövlətə çevrilməsi və hərbi potensialının möhkəmləndirilməsi bu strateji kursun ardıcıl davamının məntiqi nəticəsidir. 1990-cı illərdə əsası qoyulan ordu quruculuğu siyasətinin tarixi nəticəsi kimi Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər qazandı və torpaqlarını işğaldan azad etdi. 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində ölkənin suverenliyi və konstitusiya quruluşu bütün ərazilərdə tam şəkildə təmin edildi. Beləliklə, illər öncə Ulu Öndərin müəyyən etdiyi dövlətçilik strategiyası tarixi ədalətin bərpası ilə nəticələndi.

Azərbaycanın strateji gələcəyi baxımından mühüm hadisələrdən biri də 2021-ci ilin 15 iyun tarixində, məhz Milli Qurtuluş Günündə azad Şuşa şəhərində Azərbaycan ilə Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması oldu. Tarixin məhz bu şəkildə seçilməsi böyük siyasi və simvolik məna daşıyırdı. 1993-cü ildə dövlətçiliyin xilası ilə başlanan yol, 2021-ci ildə azad Şuşada iki qardaş dövlət arasında strateji müttəfiqliyin yeni mərhələyə yüksəlməsi ilə davam etdi.

"Bu gün Azərbaycan postmüharibə dövrünün ən genişmiqyaslı yenidənqurma mərhələsini yaşayır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən böyük bərpa-quruculuq layihələri, “Böyük Qayıdış” proqramı çərçivəsində məcburi köçkünlərin doğma torpaqlarına mərhələli qayıdışı, müasir şəhərsalma layihələrinin icrası ölkənin yeni inkişaf modelinin mühüm göstəriciləridir. Azərbaycan eyni zamanda beynəlxalq nəqliyyat və logistika sistemində strateji mövqeyini daha da gücləndirir. Orta Dəhlizin inkişafı, Zəngəzur dəhlizi istiqamətində aparılan infrastruktur layihələri, regional kommunikasiya xətlərinin genişləndirilməsi ölkəmizin Avropa ilə Asiya arasında mühüm tranzit qovşağı rolunu möhkəmləndirir", - deyə deputat əlavə edib.

C.Canməmmədov deyib: "Enerji siyasətində də yeni mərhələ başlanmışdır. Ulu Öndərin müəyyən etdiyi enerji strategiyasının davamı olaraq Azərbaycan bu gün yaşıl enerji siyasətinə xüsusi önəm verir, bərpaolunan enerji layihələrinə iri investisiyalar yönəldir və qlobal enerji təhlükəsizliyində yeni strateji rol formalaşdırır. Bakının BMT-nin İqlim Dəyişmələri üzrə Konfransına – COP29-a ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq diplomatiyada artan nüfuzunun daha bir göstəricisidir. Azərbaycan, həmçinin Türk dünyasında inteqrasiya proseslərinin aparıcı iştirakçılarından biri kimi çıxış edir. Türkiyə ilə strateji müttəfiqlik münasibətlərinin daha da gücləndirilməsi, türk dövlətləri arasında siyasi və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, regional sülh gündəliyinin təşviqi ölkənin xarici siyasət prioritetlərinin əsas istiqamətlərindən birini təşkil edir. Bu gün 15 İyun yalnız keçmişin xatirəsi deyil. Bu tarix müasir Azərbaycanın siyasi sabitliyinin, iqtisadi gücünün, hərbi qüdrətinin, beynəlxalq nüfuzunun və tarixi Zəfərinin başlanğıc nöqtəsidir. Tarixi reallıq göstərir ki, 15 İyun 1993-cü ildə atılan xilaskar addım Azərbaycanın gələcək inkişaf trayektoriyasını müəyyən etmişdir. Bu gün güclü dövlət, qalib ordu, bərpa olunmuş ərazi bütövlüyü, beynəlxalq nüfuz və davamlı inkişaf modeli məhz həmin siyasi kursun nəticəsidir. Milli Qurtuluş Günü Azərbaycan xalqının birliyinin, dövlətçilik iradəsinin və milli strateji gələcəyinin sarsılmaz simvolu olaraq tarixdə daim yaşayacaqdır. 15 İyun — Qurtuluşdan Müttəfiqliyə, Zəfərdən daha böyük tarixi uğurlara aparan milli iradənin təntənəsidir".

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin Azərbaycandakı səfiri: 2008-ci ildən etibarən Azərbaycandan 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO