® “Birbank” istifadəçiləri əlavə bonuslar qazanacaqlar

Ölkənin ilk rəqəmsal bankı olan “Birbank” Yeni ilin gəlişi münasibətilə istifadəçilərinə kampaniya təqdim edir. Şərtlərə görə, “Kapital Bank” kartları ilə “Birbank”da ödəniş edən istifadəçilər əlavə bonuslar qazanacaqlar. Belə ki, “Birbank” vasitəsilə bir dəfəyə 20 AZN və daha yüksək məbləğdə mobil, stasionar telefon, kommunal, TV və ya internet ödənişi edənlər, əlavə olaraq 1 AZN məbləğində bonus əldə edəcəklər.
Dekabrın 31-dək davam edəcək aksiya zamanı hər “Birbank” istifadəçisi maksimum 5 dəfə (toplam 5 AZN) bonus qazana bilər. Qeyd edək ki, ƏDV bonusları, “Ürəklər” və ya başqa bankların kartları ilə həyata keçirilən ödənişlərə bonus hesablanmır. Üç milyondan artıq istifadəçi tərəfindən yüklənən “Birbank”ın bir sıra üstünlükləri var: rahat qeydiyyat, kredit və BirKart sifarişi, NFC ödənişlər imkanı, rəqəmsal kart sifarişi, bankomatdan QR kod vasitəsilə nağdlaşma, istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonusların idarə edilməsi və sair. Ödəniş kartlarının təhlükəsiz istifadə olunması üçün yaradılan funksionallıqlar da əsas özəlliklər sırasındadır. “Birbank”da kartı bloklamaq, PİN kodunu dəyişmək, 3DS və SMS xəbərdarlıq xidmətlərinə qoşmaq və ən əsası istifadə üzrə gündəlik və aylıq limitləri təyin etməkdir. Ətraflı məlumat üçün “www.birbank.az” saytına müraciət edə bilərsiniz.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]
Banklar yeddi ayda 655.3 milyon manat xalis mənfəət əldə ediblər
Tramp İtaliyaya səfər edəcək
- 17.04.2025 [23:46]
Ötən il bir dini icma qeydiyyata alınıb, altısının qeydiyyatı ləğv olunub
- 17.04.2025 [23:41]
ABŞ-da universitetdə atışma olub, ölən və yaralananlar var
- 17.04.2025 [22:52]